Son zamanlar radikal müxalifət düşərgəsində ziddiyyətli proseslərin davamlı xarakter alması oradakı səlahiyyətliləri "özünüsığorta" variantlarına əl atmağa vadar edir. Bir tərəfdən radikal "liderlər" pafoslu bəyanatlarında, öz təbirlərincə, "ictimai rəy" formalaşdırmağa cəhd edir, digər tərəfdən isə növbəti prezident seçkilərinə qədər süpürülüb atılmaq qorxusu onların canlarına vahimə salır. Həmin proseslərdən aydın görünür ki, radikalların seçkilərdən- seçkilərə doğru nəyi isə arzulamaları nəticədə onlarda ümidsizlik sindiromu ilə başa çatır.
Məsələn, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu əlində gündəlik qəzet, əlavə xeyli çap və internet mediası olmasına baxmayaraq, sonuncu parlament seçkiləri zamanı xoflanaraq, bəyan etmişdi ki, guya ona qarşı nəinki digər qəzetlərdə, eləcə də, baş redaktoru olduğu "Yeni Müsavat"da "qara piar" kampaniyası aparırlar (?) R.Arifoğlunun bu cür cəfəngiyyat danışması onun nə dərəcədə qorxu içində olmasına sübutdur. R.Arifoğlu, həmçinin iddia edirdi ki, guya bir neçə adam ona qarşı yazılmış yazı materiallarını çoxaldıb qəzet redaksiyalarını gəzir və onları çap etdirmək istəyirmiş, lakin heç bir qəzet buna razı olmayıb. Həqiqətən də, gülüş doğuran fikirditr. Birincisi, əgər bu adamlarda belə ciddi materiallar var idisə, R.Arifoğluna qarşı çıxan müxalifət qəzetləri bunun üçün yalvarardı, çünki həmin qəzetlər süni "rezonans" yaratmaq və "sensasiya" doğurmaq üçün belə materialları göydə axtarır. İkincisi, ola bilməz ki, belə materialları kimlərsə qapı-qapı gəzdirsin, çünki müasir zamanımızda informasiya texnologiyası sürətlə inkişaf edib. Bundan əlavə, həmin "yazıları" yerləşdirirsən internet saytlara, oradan bütün media götürüb yayır. Göründüyü kimi, uydurma cəfəngiyyatla xalqın gözündə təzyiqə məruz qalmış "qəhrəman" obrazı yaratmaq istəyən Rauf Arifoğlunun ya seçkiqabağı, ya da seçkilərdən sonra psixoloji, siyasi və digər vəziyyətləri onu qorxutmaqda davam edir.
Yaxud götürək elə AXCP (i) sədri Əli Kərimovu. Bu adamın rəqibləri onun ermənilərlə işbirliyini açıq şəkildə dəfələrlə sübut etdi və bu gün də sübut olunur. Hətta "Yurd" şefinin müxalifətdəki "dost"ları erməni mediasının Ə.Kərimova nədən dəstək verdiyini qabartdılar və beləliklə də, məsələ tamamilə aydın oldu. Eyni zamanda, müxalifət mətbuatı da da erməni mediasına istinadla bu xəbərləri yaydı və Ə.Kərimovun onsuz da pis və biabırçı olan siyasi nüfuzu bir qədər də qəlizləşdi.
Bu gün də müxtəlif qondarma toplantılarda Ə.Kərimov danışıb pafoslu çıxışlar etdiyi zaman "ağzına çullu dovşan sığışmır". Bir zamanlar, hətta "prezidentlik" davası edən adam indi adicə deputat belə ola bilmədi. Çünki o, ümumiyyətlə, heç bir nüfuzlu ada, yaxud titula layiq deyil, eyni zamanda, Ə.Kərimovun hər kəsə məlum olan bir titulu var: "MAVİ". Belə olan halda, onun prezidentlik iddiasına düşməsi gülüncdür və gülünc olduğu qədər də istehza doğurur.
R.Hüseynova