PDF Oxu

Müxalifət

  • 10

YOXDAN “VAR” OLMAQ CƏHDİ

YOXDAN “VAR” OLMAQ CƏHDİ

Qondarma "demokratlar"ın 2013-cü ilə bu gündən, hətta ötən ildən hazırlaşma cəhdləri ictimaiyyətə nə qədər qəribə görünsə də, həmin qəribəliklər ətrafında saf-çürük etməyə dəyər. Ona görə deyil ki, "ənənəvi müxalifət" bu qədər "önəmlidir", ona görə ki, önəmsiz radikalizmin anti-demokratik düşərgəsi və onların "liderləri" bütün mənalarda öz yersiz ambisiyalarını yürütməyə çalışaraq, sözün həqiqi mənasında, zəhlə aparmaqla məşğuldurlar. Yəni bu qədər sırınmaq, bu qədər əl-ayaqdan getmək, məncə, düşüklükdür.

Gah ABŞ-da yaşayan Rəsul Quliyevin ön plana çıxması, iddialarla çıxış etməsi, gah da bir zamanlar narıncı qalstuk taxaraq, Binə aeroportu yolunda onun pişvazına çıxan (yəni R.Quliyevin guya "möhtəşəm qayıdışını" qeyd etməkdən ötrü) İsa Qəmbərovla Əli Kərimovun bu gün R.Quliyevə qənim kəsilməsi sanki bunlara görk olmur. Amma nə edəsən ki, siyasi artistizm bunların canına-qanına hopub və həmin şakərlərindən əl çəkməkdə acizlik göstərirlər.

Məlumdur ki, hazırda ABŞ-da olan sabiq spiker R. Quliyev "mövqeyini" indidən, hər kəsdən öncə açıqlayıb. O, 2013-cü il seçkiləri ilə bağlı ictimai-siyasi mühitdə, istehza ilə qarşılanan açıqlama da verməyi unutmayıb. Sən demə bu fərd yataraq, yuxusunda görüb ki, artıq müxalifətin lideridir və hər kəs 2013-cü il iddiaları ilə onunla hesablaşır. Ola bilər ki, R. Quliyev bu fikri öz təbirincə "ciddi şəkildə" işlədib və hətta buna sadəlöhvcəsinə inanır da. Fəqət, hətta siyasətlə maraqlanmayan ictimaiyyət arasında belə bir sorğu keçirsək, çətin ki, onun dediklərinə kimsə inansın. Elə bu səbəbdən də, onun istehzadoğurucu açıqlaması Azərbaycan ictimaiyyəti tərəfindən heç də ciddiliyə alınmayıb.

Digər tərəfdən, bu tipli açıqlamanı verməyin mənəvi cəhətdən haqq edilməsini bir kənara qoyaq, R.Quliyev bu sözü deyərkən, düşüncəsində, (əgər bunu da itirməyibsə) yəqin hələ də 1996-cı ilin Azərbaycanı olub. Hansı ki, həmin illərdə də müxalifət sarsıdıcı məğlubiyyətlərdən göz açmağa imkan tapa bilmirdi. Ancaq qoca Qərbdə də, ABŞ-da, eləcə də, dünyanın bütün yerlərində çox gözəl anlayırlar ki, müxalifət hələ də köhnə havasını çalır, bununla da, özünü küncə sıxışdırır. Lakin ortada hər hansı iddia mövcuddur və R.Quliyevin ətrafında pulla ələ alınmış bir təbəqə, onun müdafiəsini təşkil edəcək, təbliğatını aparacaq sifarişli carçılar formalaşmaqdadır. Həmin carçıların işləri ilk öncə müxalifət daxilində R.Quliyevin yuxusunu "çin etməkdən" ibarətdir. Məsəlçün, hələ bir müddət bundan öncə Müsavatdan ayrılan Sülhəddin Əkbər və onunla bərabər bir neçə köhnə müsavatçılar, eləcə də, siyasiləşmiş QHT rəhbərləri R.Quliyevin təbliğatı ilə məşğuldurlar. Yenə də mütləq şəkildə vurğulamaq lazımdır ki, bu şəxslərin nə zamansa ciddi bir nəticəyə nail olacağı ümumiyyətlə ağılabatan amil deyil. Çünki bayaq qeyd etdiyimiz kimi, R.Quliyev qarşısında Ə.Kərimov və İ.Qəmbərov kimi "akulalar" dayanıb. Düzdür, həmin "akulalar"ın dişləri tökülsə də, hər halda, R.Quliyev üçün "akula"dırlar.


"VAHİD NAMİZƏD" DİLEMMASI VƏ RADİKALİZM ƏFSANƏSİNİN ACI SONU


2013-cü il iddiaları ilə çarpışan radikal müxalifətin "vahid namizəd" dilemması nə ilə nəticələnəcək? Məlumatlara görə, AXCP (i)-Müsavat partiyalarının rəhbərliyi arasında da, sözügedən mövzuda qarşılıqlı ziddiyyətlər hökm sürür. Məsələnin mahiyyəti isə belədir ki, Müsavat başqanı İsa Qəmbərov AXCP (i) sədri Əli Kərimov ilə görüşərək, 2013-cü il seçkilərini "müzakirə" ediblər. Əgər buna müzakirə demək mümkündürsə, İ.Qəmbərov "İctimai Palata"nın "vahid namizədi" olmaq istədiyini və bu yoldan dönmək fikrində olmadığını Ə.Kərimova eşitdirib. Müsavat başqanı bu işə partiyasının qurultayında (əgər o da baş tutsa) da baxılacağını və onun böyük ehtimalla seçkilərə qədər başqan postunda saxlanacağını diqqətə çatdırıb. Qısası, Müsavat başqanı Ə.Kərimovdan tələb edib ki, ona bu dəfə "ənənəvi" müxalifətin "vahid namizədi" olmaq üçün sonuncu şans verilsin.

Ancaq əldə edilən informasiyalara görə, Ə.Kərimov İ.Qəmbərovun bu tələbinə qarşı çıxıb. O, Müsavat başqanına açıq şəkildə bildirib ki, heç kimə güzəştə getmək fikri yoxdur. Ə. Kərimov 2003-cü ildə namizədliyini geri götürdüyünü xatırladaraq, növbəti dəfə belə bir addım atmaq niyyətində olmadığını açıq şəkildə bildirib və İ.Qəmbərova üz vurmamasını deyib.

Beləliklə də, radikal müxalifətin növbəti nağılı sona çatıb. Ancaq bu nağılda göydən üç alma düşməyib. Əksinə, üç "lider" düşüb ki, onları da heç kim qəbul etmək istəmir. Düzdür, nağıllarda yoxdan "var" olmaq cəhdi nağıllarda olsa da, bunu reallıqda etmək istəyənlərin aqibəti indidən bəllidir.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər