Azərbaycanın siyasi arenasında "ənənəvi müxalifət" kimi təqdim edilən radikal müxalifət səlahiyyətliləri son vaxtlar düşərgənin əsil mahiyyətinin nədən ibarət olduğunu gizlətmirlər. Belə ki, müxalifətdəki sistemsizliyi və xaotikliyi bu düşərgədəki partiyaların, istisnasız olaraq, hamısının liderləri ilə funksionerləri zaman-zaman etiraf edirlər. Bir araya gəlmə, birləşmə, müxtəlif hərəkatlar, qruplar və koalisiyalar, habelə, blokların yaradılması da müxalifətdəki partiyaların mövcud vəziyyətdən çıxış yolunu tapmır. Bu baxımdan qarşılıqlı ittihamlar ən pik nöqtəsinə çatmış olur.
"Qarabağ" blokunda ADP Müsavat və AXCP (i) ilə münasibətlərin korlandığını rəsmən bəyan etditəmsil olunmuş Azərbaycan Demokrat Partiyası (ADP) da əvvəlki mövqeyindən geri döndüyünü, bundan sonra hansı müxalifət partiyaları ilə yaxınlıq edəcəyini bəyan edib. Həmin məsələ ADP yetkililəri tərəfindən rəsmiləşdirildikdən sonra vəziyyət daha da mürəkkəbləşib. Partiya yetkilisi Həsrət Rüstəmov mətbuata verdiyi açıqlamasında bildirib ki, bəzi partiyalar düşərgədəki vəziyyəti daha da qəlizləşdirir: "Bizim məqsədimiz müəyyən zamana qədər müxalifətin normal fəaliyyət göstərməsi ilə bağlı olub. Lakin bəzi partiyalar bunu pozur"
Onun sözlərinə görə, ADP əməkdaşlıq və tərəfdaşlığa dəvətlə bağlı "Qarabağ" blokunun adından ölkə müxalifətindəki partiyalara müraciət məktubları yollamaqdadır: "Həmin məktublarda təklif olunur ki, heç olmasa, müxalifətin birliyi məsələsinin müzakirəsi üçün bir araya gəlsinlər. Ancaq təəssüf ki, bu addımlarımız da puç oldu".
ADP sədrinin müavini daha sonra bildirib ki, əgər təkliflər qəbul edilməzsə, "demokratlar" həmin partiyalarla əlaqələrini tamamilə kəsəcəklər. Belə ki, ADP-nin AXCP (i) və Müsavat partiyaları ilə münasibətlərinin pozulması barədə iddiaların həqiqətə uyğun olduğunu vurğulayan H.Rüstəmov deyib: " Təəssüf ki, bir çox məsələlərdə fikir ayrılıqları mövcuddur. Hesab edirəm ki, həmin fikir ayrılıqlarını qət etmək, aşmaq bundan sonra, çətin ki, mümkün olsun".
RÖVŞƏN