PDF Oxu

Müxalifət

  • 13

Əli Kərimovun 103 min avroluq “planı”

Əli Kərimovun 103 min avroluq “planı”

Zaman-zaman Avropanın nüfuzlu təşkilatları bir çox ölkələrdə qarnt layihələri çərçivəsində tenderlər elan etməsi, əlbəttə ki, heç kimə sirr deyil. Belə ki, bu ərəfədə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu fevral ayında Avropa Birliyinin elan etdiyi tender çərçivəsində 103 min avroluq qrant layihəsi udmuşdur.

Əldə etdiyimiz məlumata görə, həmin tenderdə iştirak etmək üçün müraciət ərizəsində Azərbaycanın 5 əsas bölgəsində - Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Lənkəranda insan haqları istiqamətində maarifləndirmə işlərinin aparılması göstərilmişdi. Lakin bütün bunların arxasında qeyri-müəyyən hadisələrin yer alması bir sıra nüansları ortaya çıxarmış olub. Belə ki, "Demokratik Jurnalistlər Məktəbi"ni ictimai birliyinin rəhbəri Rövşən Hacıbəylinin də tərəfdaş olaraq göstərildiyi həmin qrant layihəsində guya heç bir siyasi motiv irəli sürülmür və ancaq əhalinin öz hüquqlarını bilməsi və maarifləndirilməsi nəzərdə tutulması iddia edilir. Məhz bu səbəbdən də, Avropa Birliyi 103 min avro məbləğində qrant layihəsini bu iki qeyri-hökumət təşkialtına etibar edib.


"Azadlıq" qəzeti Əli Kərimovun oyununu "yaxşı" oynasa da...


Lakin digər məlumata görə, eyni zamanda, "Azadlıq" qəzetinin redaktoru olan Rövşən Hacıbəylinin bu layihədə tərəfdaş qismində iştirak etməsi Avropa Birliyi tərəfindən verilən külli miqdarda vəsaitin, əslində, AXCP (i) və onun mətbuat orqanı olan "Azadlıq" qəzetinə yönəldiləcəyindən xəbər verir. Partiya daxilindən sızan məlumata görə, həmin layihə çərçivəsində əldə olunan vəsait 2013-cü il prezident seçkiləri öncəsi AXCP (i) sədri Əli Kərimovun təbliğatına, ölkədə ictimai-siyasi sabitliyin pozulmasına, icazəsiz etiraz aksiyalarının maliyyələşdirilməsinə sərf ediləcək.


AXCP (i) sədri ölkədən qaçmaq üçün plan hazırlayıb


Onu da xatırladaq ki, hələ bir neçə gün bundan öncə AXCP (i) sədri Əli Kərimov Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle ilə görüşmüşdür. Görüş zamanı Avropa Birliyindən, xüsusən də, Almaniya hökumətindən pul dilənən AXCP (i) sədri özünün pasport məsələsini də qabartmışdır. Görüş zamanı səfirin təlimat və məsləhətlərini dinləyən Ə.Kərimov, ilk növbədə, Avropaya getmək istədiyini bildirmişdi.

Bu faktlar isə, bir daha onu deməyə əsas verir ki, Ə.Kərimovun almaniyalı qonaqdan pasport məsələsini tələb etməsi onun hansı istiqamətdə olan fəaliyyətini ehtiva edir. Yəni əldə edilən 103 min avronun dağıdıcılığa, ictimai-siyasi sabitliyi pozmağa yönləndirilməsi səyləri arxasında Ə.Kərimovun ölkədən qaçış məsələsi də dayanıb. Çünki AXCP (i) sədri yaxşı bilir ki, onun hakimiyyət iddiası sərsəm xəyallardan ibarətdir. Sərsəm xəyalların baş tutmaması isə, onun Azərbaycanı tərk edərək qaçması ilə nəticələnəcək. Əgər qaça biləcəksə.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər