PDF Oxu

Müxalifət

  • 14

Rauf Şenol yenidən baş qaldırıb

Rauf Şenol yenidən baş qaldırıb

Radikal müxalifətin üz qarası hesab olunan Müsavat və AXCP (i) funksionerləri dəyişməz yaramaz mövqelərilə siyasi düşərgənin əsas ruporlarına çevriliblər. Bu ünsürlərin əsas mübarizə hədəfləri və fəaliyyət istiqamətləri cəmiyyətdə narazılıq yaratmaqla iqtidarın əldə etdiyi yüksək uğurlara kölgə salmaq olub.

Xüsusilə də, "ərəb baharı"nın ardınca "şimal soyuğu"nun əsməsi ilə radikal müxalifətdə təxribatlar törətmək, qarşıdurmalar yaratmaq kimi arzu və istəkləri daha geniş şəkildə baş qaldırmağa başlayıb. "İctimai Palata" deyilən qondarma qurumun may ayında Bakıda keçirilcək "Evrovision" musiqi yaraşımasına qədər ölkədə ardıcıl aksiyalar keçirəcəklərini bəyan etmələri onların Azərbaycanın əldə etdiyi uğurlara qısqancılıqla yanaşdıqlarının göstərici sayıla bilər. Nəzərə almaq lazımdır ki, erməni mətbuatı, eləcə də, BBC kimi KİV-lərdə Bakıda keçiriləcək 57-ci musiqi yarışması ilə bağlı qeybət xarakterli məlumatlar toplusu səsləndirilib. Radikal müxalifətçilər də may ayına qədər aksiyalar keçirəcəkləri hədələri ilə çıxış etmələri onların mərkəzləşdirilmiş qüvvələr tərəfindən təlimat aldıqlarını göstərmiş olur. Ən maraqlısı odur ki, böyük məbləğdə maliyyə vəsaitini qazanan Müsavat başqanı İsa Qəmbərov və AXCP (i) sədri Əli Kərimov olsa da, ona-buna cırmaq atan, boşboğazlıq edən "Yeni Müsavat", "Azadlıq" kimi təxribat maşınlarıdır. Görünür, məhz buna görə də, ictimai rəydə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna yaraşan ayama - "Şenol" qoyulması da, səbəbsiz deyil. Proseslərin inkişafı isə göstərir ki, R.Arifoğlu bir qədər də fəaliyyətində təkmilləşdirmə aparacağı təqdirdə, ayamasını "Şenok"la əvəzləyə biləcək. Çünki müstəqil fikir söyləyib, konkret açıq mövqe ortaya qoya bilməyənlər it və küçük törəməsi hesab olunur. Demək olmaz ki, R.Arifoğlu qeyri-insani məxluqlar sinfinə daxildir. Bəli, o da ora-bura vurnuxan, hərdən düşünüb və ona uyğun addım atan insanlardandır. Amma bir fərq var ki, R.Şenol xarici qüvvələrin verdiyi tapşırıqlara uyğun fəaliyyət yolu seçən İ.Qəmbərovun, Ə.Kərimovun göstərişlərini yerinə yetirir. O göstərişlər ki, tərkibində xalqını sevən, dövlətinə bağlı olan insanların şərəf və ləyaqətini təhqir etmək, onların ictimai nüfuzuna xələl gətirmək dayanır. Demək olar ki, R.Arifoğlu baş redaktoru olduğu "Yeni Müsavat" qəzetinin hər sayında şər və böhtan xarakterli məqalələr dərc etməyi adi hala çevirib. Gah öncəgörənlik edib hansısa nazirin, icra hakimiyyəti başçısının istefaya göndəriləcəyini yazır, gah da filan qəsəbə və kəndlərdə kütləvi etiraz aksiyalarının keçiriləcəyini qeyd edir. Qəzetin maşetində isə dəyişməz başlıqlar yer alır: qan töküləcək, ölüm olacaq, iğtişaşlar baş verəcək.


İ.ƏLİYEV

Digər xəbərlər