PDF Oxu

Müxalifət

  • 12

Radikalların gənclər siyasəti iflasa uğrayıb

Radikalların gənclər siyasəti iflasa uğrayıb

Radikal müxalifət partiyaları fəaliyyətdə olduqları uzun illər ərzində nəyə isə nail ola bilməyiblər. Bunun səbəbi isə onların qrup maraqlarından çıxış etmələri və xarici qüvvələrin tələblərinə uyğun fəaliyyət yolu tutmalarıdır. Radikal müxalifət düşərgəsində təmsil olunan qüvvələr ölkədə hər hansı aksiyaların keçirilməsi ilə bağlı bəyanatla səslədirsələr də nəticədə, bu aksiyaların baş tutmasına səbəb olmayıb. Bir sözlə, bu qüvvələrin xalq tərəfindən heç bir dəstəyi yoxdur. Nəyə görə, radikal müxalifət partiyalarına rəhbərlik edən liderlər daha çox gənclərdən istifadə edirlər? Vəhdət partiyasının sədri Tahir Kərimli bizimlə söhbətində bildirdi ki, radikal müxalifət qüvvələri yeni-yetmə gəncləri yalan sözləri ilə ələ alaraq, öz məqsədlərinə çatmaq üçün onlardan bir vasitə kimi istifadə edirlər.

T.Kərimlinin sözlərinə görə, hər zaman radikal müxalifət partiyalarına rəhbərlik edən liderlər çirkin məqsədlərini reallaşdırmaq üçün məram və məqsədlərini anlamayan gənclərdən istifadə edir. Bunun da səbəbləri onunla bağlıdır ki, həmin partiyalara rəhbərlik edən şəxslərin heç bir gücü və qüvvəsi yoxdur. Ona görə də, radikal müxalifət düşərgəsində təmsil olunan şəsxlər yeni əhval-ruhiyyəyə malik olan şəsxlərdən öz maraqları üçün istifadə edir. Bu baxımdan, müxalifətdə təmsil olunan şəxslər özlərinin tam şəkildə tanımayan gəncləri cəlb etməyə çalışırlar. Bu gənclərin əksəriyyəti də radikal müxalifət təmsilçilərinin tanımadığına görə aldanaraq həmin düşərgəyə gedir. Amma həmin gənclər müxalifət düşərgəsinə gedib orada olan əhval-ruhiyyəni görəndən sonra özləri öz istəyləri ilə oradan çıxıb gedirlər.

Partiya sədri qeyd edərək bildirdi ki, radikal müxalifət qüvvələri gənclərdən istifadə edərək, ölkədə hər hansı bir xoşagəlməz hadisələrin baş verməsinə səbəb olan deyil. Demək olar ki, müxalifət qüvvələr yeniyetmə gəncləri yalan sözləri ilə ələ alaraq, öz məqsədlərinə çatmaq üçün onlardan bir vasitə kimi istifadə edir. Amma bütün bunlara baxmayaraq, onların istəkləri həyata keçən deyil. Çünki müxalifətin heç bir sosial bazası yoxdur. Bu gün Azərbaycan cəmiyyəti 20 il bundan əvvəlki cəmiyyət deyil. Bir sözlə, bu gün Azərbaycan cəmiyyəti pisi yaxşıdan ayırmağı bacarır.


GÜLYANƏ

Digər xəbərlər