PDF Oxu

Müxalifət

  • 15

Çovğundan qorxan “İctimai Palata”

Çovğundan qorxan “İctimai Palata”

"İctimai Palata" rəsmiləri qarlı çovğunu bəhanə edərək növbəti toplantılarını təxirə saldıqlarını bəyan ediblər. Buradan da görünür ki, orada "cəmləşənlər"in heç biri öz dedikləri kimi "mübarizə əzmində" olan adamlar deyil, sadəcə, özlərini bu cür təqdim edən siyasi aktyorlardırlar.

Bu günə qədər bütün toplantılarında "biz gəlirik" kimi şüarlarla özlərini ictimaiyyətə sırımağa cəhd göstərən həmin tipajların, əslində, nə qədər zəif və qorxaq olduqları özünü bir daha təsdiq etdi. Adi təbiət şıltaqlığı ilə bacara bilməyənlərin "çətin anlarda xalqın yanındayıq" tipli qondarma açıqlamaları isə növbəti dəfə onların başlarını dondurub. Bu amil isə, bir daha təsdiq edir ki, baş verənlər onların, sadəcə, zəifliklərini göstərir.

"Azadlıq" və "Yeni Müsavat" qəzetləri də çıxılmaz vəziyyətdədirlər

Bu cür vəziyyət özünü "İctimai Palata"nın qondarma tədbirlərini pafoslarla işıqlandırmağa səy göstərən radikal müxalifət qəzetlərində də göstərib. Məsələ ondadır ki, hələ bir neçə gün öncə baş verən çovğun zamanı onları heç biri nəşr edilməyib.

Bu gün bunlardan utanmayan radikalların sabah hava açılan kimi ortalığa çıxmaları isə, təbii olaraq, ictimaiyyətin istehzası ilə nəticələnəcək. Çünki bu kimi ekstremal təbii vəziyyətlərdə bayıra çıxmağa qorxan boşboğaz radikal liderlərin bundan sonra deməyə heç bir sözləri olmayacaq. Hətta olsa belə onların nəyə "yaradıqları" hər kəsə bəllidir.

Qaldı ki, "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinin çıxıb-çıxmamalarına, həmin qəzetlərin çapı onsuz da heç kimin marağında deyil. Ona görə də qəzetlərin rəhbərlikləri fasiləsiz verilən elektrik enerjisinin və qazın isti ətrafında oturub öz müqəddəratlarını düşünsünlər. Hər halda, pis məsləhət deyil.

RƏFİQƏ

Digər xəbərlər