PDF Oxu

Müxalifət

  • 11

Kommunistlərdən “İctimai Palata”ya ittihamlar

Kommunistlərdən “İctimai Palata”ya ittihamlar

Qeyd edək ki, son günlər müxtəlif siyasi təşkilatlar və qurumlar tərəfindən Müsavat və AXCP (i)-nin inhisarı altında fəKommunistlərdən "İctimai Palata"ya ittihamlaraliyyət göstərən qondarma "İctimai Palata"ya qarşı ardıcıl və haqlı ittihamlar səsləndirilməkdədir. Hətta bu cür ittihamlar "palata" təmsilçiləri tərəfindən də irəli sürülür ki, bu da adıçəkilən qurumun bir daha öz yararsızlığını və dağıdıcılığa xidmət etdiyini bariz şəkildə sübut edir.

Lakin bütün bu haqlı iradlara, eləcə də, ictimai etirazlara baxmayaraq, "İctimai Palata" səlahiyyətliləri başda Əli Kərimov və İsa Qəmbərov olmaqla, guya əllərində sonuncu şanslarının olduğunu (əslində, onların şansları hələ 1993-cü ilin iyunundan tükənib - R.) pafoslu şəkildə bəyan edir, bununla da radikalizmin ömrünü bir az da uzatmağa cəhd göstərirlər. Lakin bütün bu çabalarına baxmayaraq, onlar tərəfindən verilən bəyanatlar həm siyasi, həm də ictimai kütlə tərəfindən ciddi qəbul olunmur.

Bunu həm də Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov qeyd edir. "İctimai Palata"nın guya müxalifət düşərgəsindəki dağınıqlığı aradan qaldırmaq, sistemsiz fəaliyyəti nizamlamaq üçün fəaliyyət planı hazırladığına dair iddialarına fikirlərini bildirən AKP sədri bildirib ki, "palata"nın belə bəyanatlarını real hesab etmir: "Əlbəttə ki, istənilən siyasi təşkilat tərəfdarlarının sayını artırmaq, fəaliyyətini artırmaq və hadisələrə təsir imkanlarını genişləndirməyə can atır. Ancaq "İctimai Palata"nın bu sahədə nəyəsə nail olması mümkün deyil". AKP sədrinin sözlərinə görə, "İctimai Palata" bəyanat və açıqlamalarına rəğmən, ölkə müxalifətinin güc mərkəzinə, müxalifət düşərgəsindəki strukturları birləşdirən və konsolidasiya edən struktura çevrilə bilməyib: "Çünki ortada şəxsi mənafelər daha çox üstünlük təşkil edir və bu faktor onları məğlubiyyətə doğru sürükləyir".


RÖVŞƏN

Digər xəbərlər