PDF Oxu

Müxalifət

  • 21

Radikal müxalifət çirkin məqsədlərinə çatmaq üçün gənclərdən bir vasitə kimi istifadə edir...

Radikal müxalifət çirkin məqsədlərinə çatmaq üçün gənclərdən bir vasitə kimi istifadə edir...

Radikal müxalifət partiyaları fəaliyyətdə olduqları uzun illər ərzində ciddi siyasi uğura nail ola bilməyiblər. Bunun səbəbi isə onların qrup maraqlarından çıxış etmələri və xarici qüvvələrin tələblərinə uyğun fəaliyyət yolu tutmalarıdır. Radikal müxalifət düşərgəsində təmsil olunan qüvvələr ölkədə etiraz aksiyaları keçirəcəkləri ilə bağlı bəyanatlar səsləndirsə də, nəticədə, bu aksiyaların baş tutmasına səbəb olmayıb. Bir sözlə, bu qüvvələrin xalq tərəfindən heç bir dəstəyi yoxdur. Nəyə görə, radikal müxalifət partiyalarına rəhbərlik edən liderlər daha çox gənclərdən istifadə etməyə çalışırlar? Məsələyə münasibət bildirən BAXCP Ali Məclisinin sədri Vaqif Abışov bildirdi ki, Azərbaycanda elə bir ciddi problem yoxdur ki, müxalifət qüvvələri gəncləri özlərinə cəlb edərək, ölkədə hər hansı bir xoşagəlməz hadisə yaratsınlar: "Dünya praktikasına nəzər salsaq, görərik ki, müxalifət qüvvələri daha çox öz istəklərinin həyata keçməsi üçün gənclərdən istifadə edir. Çünki həmin gəncləri ələ almaq daha asan olur. Azərbaycanda elə bir ciddi problem yoxdur ki, müxalifət qüvvələri gəncləri özlərinə cəlb edərək ölkədə hər hansı bir xoşagəlməz hadisə yaratsınlar. Düşüncəli, ağıllı və hadisələri təhlil etmək qabiliyyətinə malik olan gənclər məhz hazırkı dövrü təhlil etməklə münaqişəyə getməz. Burada radikal müxalifət partiyalarına 2-3 nəfər yeniyetmə gəncin getməsini bütün gənclərə aid etmək olmaz. Çünki Azərbaycan dövləti ölkədə təhsil olan gənclər üçün hər cür şərait yaradıb. Bu baxımdan, inandırıcı görünmür ki, radikal müxalifət düşərgəsində fəaliyyət göstərən partiyalara sözügedən gənclər dəstək versin".

V.Abışov onu da qeyd etdi ki, hər zaman radikal müxalifət qüvvələri çalışıblar ki, qarşıdurma və iğtişaşları gənclərdən istifadə etməklə reallaşdırsınlar. Amma 2-3 nəfər gənc müxalifət qüvvələrini müdafiə etsə belə, sonda yenədə uğursuzluğa düçar olaraq məğlubiyyətə uğrayırlar. Bir sözlə, Azərbaycan gənci ölkədə hər hansı bir qarşıdurma yaratmaq mövqeyindən çıxış edənlər tərəfinə keçərək, onları dəstəkləməz.


GÜLYANƏ

Digər xəbərlər