Qısa bir zaman ərzində bir mətbuat orqanının səhifələrində kəskin və qərəzli, eyni zamanda, tənqidyönümlü məqalələrin işıq üzü görməsi belə yazıların müəllifləri və onların sifarişçilərinin qabaqcadan əlbir olmalarında şübhə doğurmaya bilməz.
Qaranlıq niyyətlilərin qaranlıq məqsədləri
Bir qayda olaraq, belə yazıların mövzusunun Qərb mediasının sevimli "insan hüquqları" olmasına baxmayaraq, vurğuların düzülüşü, belə materialların işıq üzü görməsi vaxtı və onların üslubu bir çox qaranlıq niyyətlilərin qaranlıq məqsədlərindən xəbər verir.
Demək olar ki, Bakıda "Eurovision-2012" müsabiqəsinin keçirilməsi tarixi yaxınlaşdıqca, bəzi Qərb mətbu orqanları bu mövzudan daha çox yararlanmaq istəyir. Elə buna görə də, siyasətdən uzaq olan "Eurovision" müsabiqəsi bilərəkdən siyasiləşməyə məruz qoyulur ki, bu da belə məqalə müəllifləri tərəfindən düşünülmüş spekulyasiyaların aparıldığı barədə tamamilə haqlı şübhələr doğurur. Azərbaycan əleyhinə "Eurovision" mövzusunda açıq-aşkar spekulyasiya aparmaqla qərəzli materiallar dərc edən Almaniyanın "Şpiegel" jurnalı belə davranışa nümunə ola bilər.
"Şpiegel"in "fəallaşması"nın arxasında "hüquq müdafiəçiləri"nin də adları hallanır
Vurğulayaq ki, "Şpigel" qərəzini Almaniyanın İctimai Telekanalı - ARD də götürüb və ən maraqlısı da ondan ibarətdir ki, "Şpiegel"in "fəallaşması" arxasında "hüquq müdafiəçiləri"nin də adları çəkilir ki, bu barədə dəfələrlə məlumatlar verilib. Həmin adamların başında isə Leyla Yunusova adlı birisinin dayanması "ənənə" şəklini alıb. L.Yunusova siyasiləşmiş kələkləri ilə sifarişlər həyata keçirir və həmin sifarişlərin davamlı olması üçün əlindən gələn bütün rəzillikləri reallaşdırmaqla məşğuldur. Lakin bu, nə qədər doğrudur?
Ancaq Azərbaycanın uğurları "Şpigel" kimi mətbuat orqanlarından fərqli olaraq, Qərb dünyası tərəfindən qəbul olunur, yüksək dəyərləndirilir.
L.Yunusovanın nə isə danışmağı, boş-boş müsahibələr verməsi əslində, heç nəyi həll etmir
Məsələ ondadır ki, Azərbaycana qonaq gəlmiş Düsseldorf şəhərinin meri Drik Elbers Bakıya necə valeh olmasını gizlədə bilməmişdi. O, rəmzi açar təqdimatında Azərbaycan xalqını məhz Azərbaycan dilində salamlayaraq, ölkəmizə olan marağını yüksək səviyyədə nümayiş etdirmişdi. Məhz bütün bunlardan sonra "Şpigel" jurnalının və bu jurnala satılmış L.Yunusovanın nə isə danışmağı, boş-boş müsahibələr verməsi, əslində, heç nəyi həll etmir. Daha dəqiq desək, L.Yunusovanın kələyi və "Şpigel"in spekulyasiyaları yalnız onların olmayan nüfuzlarını daha da yox edir.
Azərbaycanda isə "Eurovision-2012" Mahnı Müsabiqəsinə gedən hazırlıq işləri vüsətlə davam edir və Azərbaycan xalqı bu möhtəşəm quruculuğa daha yaxından dəstək verir.
R.Kamalqızı