PDF Oxu

Müxalifət

  • 11

Qana keçmiş zəhər

Qana keçmiş zəhər

Bu gün, çox təəssüf ki, cəmiyyətdə özünü azərbaycanlı adlandırıb erməniyə nökərçilik edənlərin sayları heç də məhdud deyil. Və təbii ki, həmin məhdudsuzluğu yaradanlar var və həmin "yaradıcıların" kim olduqları, hansı "məzhəbə" qulluq etmələri də sirr deyil. Təkcə son zamanlarda öz qəzet səhifələrində, internet saytlarında, "Facebook" və "Tvitter" kimi sosial şəbəkələrdə, eləcə də, müxtəlif bloqlarda edilən qaragüruhçu, şüvənvari çağırışlara nəzər yetirsək, bəlli olar ki, onlar kimlərdir. Həmin şəxslər ən başlıcası radikal müxalifət partiya sədrlərinin zəhərlədiyi aldanmış, aldadılmış gənclərdir. Əfsuslar olsun ki, həmin dırnaqarası gənclər bilavasitə xarici qüvvələr qarşısında öhdəliklər götürən siyasi dələduzların tilovlarına keçmiş binəvalardır ki, hazırda həmin qarmaqlardan xilas ola bilmirlər. Çünki buraxılmış zəhər artıq onların qanlarına işləyib. Həmin qarmaqların neştəri rolunu məhz Elnur Məcidli kimi xəyanətkarlar həyata keçirir.


Fransada erməniyə işləyən xəyanətkarlar bəzi

məqamları üzə çıxarır


Bu gün xaricdə dəbdəbəli həyat tərzi keçirən E.Məcidli kimilər Qərb ölkələrində fəaliyyət göstərən erməni lobbisinin və ermənipərəst siyasi dairələrin verdikləri sifarişləri əsasında Azərbaycan gənclərini çaşdırmağa, onları yanlış, səhv yola istiqamətləndirməyə çalışır, həmin məqsədlə radikal çağırışlara yol verirlər. Əlbəttə ki, dövlətin, hökumətin diqqət və qayğısı ilə davamlı şəkildə əhatə olunmuş Azərbaycanın gənc nəsli belə çağırışları, E.Məcidli kimi vətən xainlərini rədd edirlər. Digər tərəfdən, bu gün Fransada yüksək səviyyədə erməni xidmətində dayanan E.Məcidlinin nədən "erməni soyqırımı" məsələsini gündəmə gətirən erməni lobbisi ilə, fransız ermənipərəst senatorlarla iş birliyinə getməsi də bütün məqamları aşkar edir. Əgər bu xain, həqiqətən də, azərbaycançılığı, türkçülüyü "tərənnüm" edirsə, bu zaman onun həmin qüvvələrlə iş birliyinə getməsi hansı məqsədlərdən irəli gəlir? Və bu sual ətrafında mülahizələrimizi apararkən, bir daha belə bir gerçəklik ortaya çıxır: ölkəsinə, xalqına, millətinə, dövlətinə xəyanət etməklə kirli pullar qazanmaq.


Özünü zəhərləyən "əqrəb"


Bloqlarda yer almış birtərəfli, böhtan xarakterli şərhlərə, yazılara adekvat cavab verilməsinin qarşısı müxtəlif üsullarla alınmaqla, əslində, bəhs edilən qüvvələr özlərinin qərəzli ifadələrinin və spontan təxribatlarının "mühafizə"sinə nail olmağa çalışırlar.

Xarici qüvvələrin transmilli maraqları və özlərinin antimilli korporativ mənafeləri uğrunda təxribatçı, manipulyasiya xarakterli fəaliyyətlə çıxış edən yaramaz qüvvələr öz bloqlarında və forumlarında rasional təfəkkürlü gənclərlə, düşünən beyinlərlə aşkar dialoqdan qaçmaqla özlərinin dağıdıcı və provokativ siyasi oriyentasiyalarını bir daha nümayiş etdirirlər. Bununla da növbəti dəfə isbat edilmiş olur ki, bu şəxslər yenə də öz təbliğatlarını birtərəfli qaydada yaydıqları informasiyalar və onun əsasında qurduqları provokasiyalar vasitəsilə aparırlar. Burada E.Məcidlinin daha çox canfəşanlıq etməsi isə onun bu sahədə daha çox valyutalar əldə etməsində irəli gəlir. Yəni E.Məcidli qanına işləmiş zəhəri nə qədər sağlam ruhlu, sağlam düşüncəli Azərbaycan gəncinə yeritməyə cəhd göstərməyə çalışsa da, bu, ona qismət olmayacaq. Əvəzində, onun özü öz spesifik zəhərindən məhvə düçar ola bilər. Necə ki, əqrəb sancmağa heç nə tapa bilmədikdə, özü-özünü zəhərləyərək, tələf edir.


RÖVŞƏN

Digər xəbərlər