PDF Oxu

Müxalifət

  • 13

İsa Qəmbərovdan sərsəm “ideya”

İsa Qəmbərovdan sərsəm “ideya”

İsa Qəmbərov başqanlıq postunda qalmaq üçün sərsəm ideyalarla çıxış etməyə başlayıb. Belə ki, "Facebook"da yazışan insanlara yalvarış xarakterli "xahiş" edən İsa Qəmbərov sərsəmləyib ki, Bakıda keçiriləcək "Eurovision" yarışmasında iştirak edəcək iştirakçılar öz çıxışlarından sonra mətbuat konfransları keçirsinlər və həmin konfranslarda guya "siyasi məhbus" kimi təqdim olunan şəxslərin azad olunmasını tələb etsinlər. O, həm də bildirib ki, əgər həmin cinayətkarlar azad edilməsələr, yarışlara qədər "sürprizlər" edəcək. Maraqlıdır ki, bu kimi açıqlamalarla və "idiotluqlarla" gündəmdə qalmağa cəhd göstərən İ.Qəmbərov özünü bununla daha pis vəziyətdə qoyub. Ona görə ki, məhz həmin dəqiqələrdə "Facebook"da olan gənc nəslin nümayəndələri İ.Qəmbərovu ermənipərəstlikdə günahlandırıblar. Onlar iddia ediblər ki, Müsavat başqanı şəxsi ambisiyalarını gerçəkləşdirməkdən ötrü hətta ermənilərdən də betər şəkildə "Eurovision"un Azərbaycanda keçirilməsinin əleyhinədir. Əgər belə olmasa idi bu kimi sərsəm "ideyalarla" ermənilərin dəyirmanına su tökməzdi. Çünki bu kimi fikirlər erməni saytlarında səslənir və hətta erməni "Facebook" istifadəçiləri İ.Qəmbərovun bu kimi "ideyalarından" yararlanmağa cəhdlər göstərirlər.

Digər tərəfdən, "aktiv olun", "kreativ olun" kimi çağırışlar edən Müsavat başqanına cavab yazan istifadəçilər qeyd ediblər ki, "daha bəsdir ki, o, bu kimi təlxəkliklərlə məşğul oldun". Həmin cavablardan bir neçəsini təqdim edirik: "İsa Qəmbərov, sənin milli mənsubiyyətin hansı millətə aiddir. Azərbaycanlıya, yoxsa erməniyə?", "Sənin kimi yarıtmaz adamdan elə bunu da gözləmək mümkündür", "Sən və Əli Kərimov Azərbaycan xalqının ermənilərdən də betər düşmənlərisiniz", "İsa Qəmbərov, sənin sürprizin ancaq və ancaq siyasi səhnəni tərk etməkdən ibarət ola bilər" və s. Buradan bir daha bəlli olur ki, Müsavat başqanı özü-özünü yaman pis vəziyyətə qoyub. Onun anti-Azərbaycan meyilli fəaliyyəti, eləcə də, aşkar şəkildə ermənilərə simpatiyası bir daha sübut edir ki, bu cür cılız vəziyyətə düşməyi ilə o, şəxsi mənafelərini reallaşdırmağa cəhd göstərir. Belə reallıqların arxasında isə bir nəticə dayanıb. Bu adam hakimiyyətə o qədər hərisliklə baxır ki, hətta Ermənistandakı S.Sarkisyan rejimində belə təmsil olunmağa hazırdır. Belə adamdan bu cür "ideyaları" gözləmək isə heç də təsadüfi sayılmamalıdır.

R.Hüseynova

Digər xəbərlər