PDF Oxu

Müxalifət

  • 13

Rəsul Quliyevin fiaksoya uğrayan cəhdləri

Rəsul Quliyevin fiaksoya uğrayan cəhdləri

Özünü radikal müxalifət düşərgəsində görmək istəyənlərdən biri də Rəsul Quliyevdir. O Rəsul Quliyev ki, dəyərli oxucularımızın qızıldan qiymətli vaxtını alıb onun kimliyi haqda heç nə demək istəmirəm. Çünki haqqında bəhs etdiyim insan, artıq özü haqda necə lazımdırsa hər kəsdə təəssürat yaradıb. Kifayət qədər məsul vəzifələrdə işləmiş, dövlətin sərvətini mənimsəmiş bir insanın, ölkənin iqtisadi və siyasi cəhətdən ağır vaxtlarında vətənini tərk etməsi, əslində, bir xəyanət idi. Xəyanətkarlar isə heç vaxt bağışlanmır.

Bu gün okeanın o tayında oturub, ölkədən taladığı sərvəti xırd eləməklə məşğul olan birisi yenə də dinc oturmur. Bir vaxtlar yaratdığı və maliyə dəstəyi ilə iğtişaşlara, qarşıdurmalara sövq etdiyi partiyası Rəsul Quliyevin məkrli siyasətini görüb, ona arxa çevirdi. Baxmayaraq ki, həmin partiya yenə də əvvəlki ampluasında qalmaqda davam edir, amma partiyanın yaradıcısı olan şəxslə yollarının ayrılmasında israrlı idi və bunu etdi. Görünür, öz düşərgələrindən olanlar da onun hardasa xəyanətkar mövqeyini görüb bununla barışmırlar.

Son vaxtlar okeanın o tayından Rəsul Quliyevin barmağı yenə görünməkdədir. Özünü siyasi meyit olmadığını sərgiləmək üçün fəaliyyət dairəsini genişləndirmək istiqamətində çabalar edir, ölkədəki sabitliyi və sakitliyi pozmağa can atır. Belə ki, müxalifət düşərgəsində təmsil olunan bir çox siyasi qurumlarla və partiyalarla əməkdaşlığa can atan R,Quliyev, bu istiqamətdə vaxtı ilə ölkədən qamarladığı paranı xərcləməyə də ehtiyat etmir. Haqqında Azərbaycan cinayət məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi qaldırılan, barəsində axtarış elan olunan Rəsul Quliyevin əlçatmaz sevdalarından vaz keçməməsi, onun siyasi aktivliyindən yox, dar düşüncə sahibi olmasından xəbər verir. Onun Azərbaycanın siyasi həyatına yenidən adaptasiya olmaq cəhdi heç vəchlə özünü doğrultmur. Avropada və daxildəki bəzi siyasi qüvvələrlə işbirliyi qurmaq istəyini, hansı yolla olur-olsun, gerçəkləşdirmək istəyində olan eks spiker xəyyallarında yaşatdığı və gerçəkləşdirmək istədiyi niyyətlərin uğursuzluğu isə oni izləməkdə davam edir. Ölkənin iqtisadi və siyasi cəhətdən zənginləşməsi, mədəni və mənəvi dünyasının geniş vüsət alması Rəsul Quliyev kimi "siyasətçilərin" narahatçılığına səbəb olur. Maraqlıdır, ölkənin imza atdığı uğuları görmək üçün Rəsul Quliyevə və onun havadarlarına, görəsən, iki gözdən başqa nə lazımdır? Əlbəttə ki, vətənini sevən , daima onunla bir çırpınan ürək. Bu ürək onlarda varmı?..


Faiq

Digər xəbərlər