Bəzi maraqlı dairələr öz məkrli əməlləri ilə xalqımıza xəyanət yolunu tutan Eynulla Fətullayevi dəstəkləməyə, ona haqq qazandırmağa çalışsalar da, faktlar bu gün tamamilə bunun əksini göstərir. Yəni ictimaiyyət arasında daha geniş müzakirələr açıldıqca E.Fətullayevin də antimilli fəaliyyəti daha geniş mənada ölkə ictimaiyyətinə aydın olur. Daha dəqiq desək, bu çərçivədə hesab etmək mümkündür ki,
E.Fətullayev bilavasitə xalqımıza və dövlətimizə xəyanət edib. E.Fətullayev birmənalı şəkildə ermənilərin əlində alət, yaxud da siyasi oyuncaq olub. Ermənilərin, eləcə də, ermənipərəst Qərb siyasətçilərinin onu cidd-cəhdlə müdafiə etməsi də buna sübutdur. E.Fətullayevi dəstəkləyənlər isə, sadəcə, radikal müxalifət qəzetləri və onlara ağalıq edən xarici dairələrdir. Bütövlükdə isə Azərbaycan xalqı Eynullanın hərəkətlərini pisləyir. Bu gün Eynullanın xəyanətkar əməllərini müdafiə edənlərin özləri də eyni əməllərin sahibləridir. Yəni onların özləri də Azərbaycana qarşı xəyanətkar davranış nümayiş etdirirlər.
Bir vaxtlar erməniləri müdafiə xarakterli yazdığı məqaləsinə görə bütün xocalılılar, ümumiyyətlə, qarabağlılar etiraz olaraq aksiyalar keçirdilər. Lakin Eynulla daha da həyasızlaşaraq hər zaman anti-Azərbaycan hərəkətləri ilə fəxr edib. Eyni zamanda, azərbaycanlıların qanını axıdarkən öldürülmüş erməni əsgərlərinin xatirəsinə kilsədə şam yandırması, Xocalını işğal etmiş erməni tankının və Şuşada ermənilər tərəfindən vurulmuş Azərbaycan tankının qarşısında gülərüz şəkil çəkdirməsi dövlətimizə və millətimizə təhqirdir!
E.Fətullayev cinayətkar fəaliyyətinə görə həbsxanada oturdu. Bu faktlar göstərdi ki, E.Fətullayev dövlətimizə, millətimizə deyil, mafiyaya, Azərbaycanı sevməyən qüvvələrə xidmət göstərib. Həmin qüvvələr Azərbaycanda öz maraqlarını təmin edə bilməyəndə, belələrini pulla ələ alıb istifadə edirlər. Sonra da beynəlxalq aləmdə guya Azərbaycanda insan hüquqlarının pozulduğu iddia olunur. Xarici qüvvələr Eynullanın qara qaşına-gözünə vurulmayıblar. Onlar ölkəmizdə müəyyən maraqları olanlardır, ermənilərin yanında bizi aşağılamaq istəyənlərdir. Ona görə də, belə adamlardan istifadə edirlər.
Əlbəttə ki, bu gün E.Fətullayevin "hüquq müdafiəçisi" qismində "fəaliyyət" göstərməsi arxasında da müəyyən məsələlər dayanıb ki, həmin məsələlərdən biri də növbəti xəyanətlərə doğru addım atmasıdır. Hər kəsə yüz faiz əmindir ki, E.Fətullayev ermənilərə işləyən xaindir və onun Azərbaycanda yaşaması, bu ölkənin müqəddəs torpağını basması qəbul ediləsi hal deyil. Hər halda, onun Ermənistanda yaşaması daha məqsədəuyğun olardı. Çünki E.Fətullayev Azərbaycana qarşı artıq ermənilərdən də betər düşmənə çevrilib.
R.Hüseynova