AXCP (i) sədrinin bundan sonra daha hansı səfirin qucağına atılacağı məlumdurmu?
Son günlərdə Almaniyanın bəzi telekanallarının və media qurumlarının Azərbaycan həqiqətlərinə qarşı "qara piar" kampaniyalarına start vermələri arxasında kimlərin və nələrin dayanması artıq məlumdur. Məlumdur ki, burada öz rəsmi fəaliyyətini sual altında qoyan səfir də var, həmin səfirin qucağına atılmış "adam" da. Kimdir bu adam? Əlbəttə ki, daim anti-Azərbaycan fəaliyyətinə görə gündəmdən çıxmayan AXCP (i) sədri Əli Kərimli. Bu gün əlinə düşən "fürsətdən" hər vəchlə yararlanmağa çalışan "cəbhə" sədri, əslində, qucaqlardan-qucaqlara doğru atılmağa çox alışıb və bu alışqanlıq nə vaxtsa, ona çox baha oturacaq.
Ə.Kərimli daha öncələrdən
qucağa alışqandır
Yəni vaxtilə kimin qucağında oturubsa, həmin tərəf yeni tərəfə qısqanacaq. Məsələn, bir vaxtlar Norveçin Azərbaycanda səfir səlahiyyətlərini icra edən Steynar Gill qısqanır ki, nəyə görə Ə.Kərimli bu gün Almaniya səfirinin qucağındadır.
"Eurovision" kimi mötəbər yarışına gedən ümumxalq hazırlığında müxalifətin bu kimi məsələyə qısqanclıqla yanaşması, əslində, daha bir məqama da aydınlıq gətirir. Düzdür, siyasi olaylarda fərqlər olsa da, yerinə yetirilən sifarişlər eynilik təşkil edir. Ə.Kərimli hələ 2003-cü ildə qarşılaşdığı ciddi məğlubiyyət səbəbindən "həmfikri" İsa Qəmbərlə birgə özlərini Steynar Gillin ağuşuna atılaraq, xalqın hiddətindən xilas olmağa çalışmışdılar.
Bu gün isə, Ə.Kərimlinin birdən-birə Almaniya səfirinin qucağından düşmək istəməməsi həmin səfirin ona verdiyi müəyyən tapşırıqlardan irəli gələn hallardandır. Məsələn, ona deyilib ki, sən "Azadlıq" qəzetində Azərbaycanın uğuruna, inkişafına, tərəqqisinə qarşı çıx, Almaniyanın bəzi media qurumları sənin çıxışına istinad etsinlər. Bununla da, sənin himayənlə Almaniyanın bəzi anti-Azərbaycan meyilli siyasi dairələri məşğul olacaqlar. Məhz bu, mövqedən iki əlli yapışan AXCP (i) sədri bütün mənalarda özünü alman səfirinin ayaqları altına ataraq, deyilənləri qəbul edib.
Onun qaranlıq görünən sabahı
Sabah isə, Azərbaycanda hər hansı bir ciddi beynəlxalq miqyaslı müsbət hadisə baş verəcəksə, onda da hər hansı xarici qüvvələr ölkəmizə qarşı qara piar kampaniyasına start verəcəklər və maraqlıdır ki, onda hansı ölkənin səfiri Ə.Kərimliyə himayədarlıq təklif edəcək, Ə.Kərimli də həmin səfirin qucağına hoppanacaq? Hansı ki, indidən hər kəs çox gözəl başa düşür ki, bu gedişatla, yəni AXCP (i) sədrinin qucaqdan-qucağa atılması ilə onun gələcəyi, sabahı çox qaranlıq görünür. Həm də bu adamın ərköyünlüyü zamanı çatanda, himayədarlarını da bezdirəcək. Heç ağzına veriləsi əmcik də onun "inqəsini" kəsməyəcək.
RÖVŞƏN