PDF Oxu

Müxalifət

  • 8

Bəzi xarici təşkilatların qərəzləri hər hansı əsaslara söykənmir

Bəzi xarici təşkilatların qərəzləri hər hansı əsaslara söykənmir

Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lər xaricdən qrant qazanmaq məqsədilə növbəti dəfə xəyanətkar addım atıblar.

Onların bu tipli xəyanətləri, əslində, birinci deyil və sözügedən faktor artıq bu tip QHT-lərin qaranlıq xislətlərində dəfələrlə özünü göstərib. Belə ki, onlar xaricdə fəaliyyət göstərən anti-Azərbaycan meyilli fondlarla, təşkilatlarla əməkdaşlıq edərək, çirkin mənfəətə meyilli ambisiyalarını reallaşdırmağa səy göstərirlər. Eyni zamanda, qanunvericiliyi pozan həmin QHT-lər və "hüquq müdafiəsi" təşkilatları bilavasitə müxalifətdəki siyasi partiyalarla müxtəlif cür qaranlıq əməkdaşlıq əlaqələri quraraq, dəfələrlə icazəsiz aksiyalarda iştirak etmiş, nəticədə öz fəaliyyətlərini siyasi istiqamətə çevirmişlər. Çünki burada onların da qrant payları var və öz xəyanətkar əməlləri ilə bağlı "hesabatlar" verirlər. Guya Azərbaycanda "işgəncə" faktının olduğunu iddia edən bu siyasi dələduzlar bir az da irəli gedərək, xarici ağalarına yalmanmaqda davam edirlər. Belə ki, sözügedən böhtanlı "hesabatın" Azərbaycanla bağlı hissəsində yazılıb ki, 2010-2011-ci illərdə, guya ölkədə insan haqları ilə bağlı vəziyyət daha da pisləşib. Onların iddialarına görə, ATƏT seçkilərin qeyri-demokratik keçdiyini bəyan edib. Ancaq bu barədə bir dənə də olsun fakt ortaya qoymayıblar. Əksinə, ictimaiyyətə də bəllidir ki, ölkədə keçirilən, nəinki parlament seçkiləri, eyni zamanda, digər seçkilər tam demokratik şəraitdə keçirilib və həmin seçkilərin hər biri nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib. Bununla yanaşı, hər il dövlət başçısının humanist addımları sayəsində neçə-neçə məhbuslar azadlığa buraxılır.

Eyni zamanda, "obyektiv" olmağa çalışan hər hansı bir təşkilat ən azı minimal balansı gözləməlidir. Baş verənləri isə, yalnız erməni lobbisinin təsiri altında qərəz və müəyyən düşmən dairələrin siyasi sifarişinin yerinə yetirilməsi kimi də qiymətləndirmək olar. Həmçinin, guya korrupsiya ilə bağlı neqativ məqamların da olduğunu "hesabat" qismində yayan xarici təşkilatlar bir çox hallarda özləri-özlərini ifşa etmiş olurlar. Məsələn, "Transparency İnternational"ın təşkilatının 2011-ci il hesabatına istinad olunaraq, Azərbaycanın guya korrupsiya ilə əhatə edildiyi göstərilir. Halbuki "Transparency İnternational"ın 2010-cu il hesabatında Azərbaycanın son illər ərzində korrupsiya ilə mübarizə sahəsində müəyyən nailiyyətlər əldə etdiyi qeyd edilib. Belə ki, ölkəmiz korrupsiyanı qavrama indeksinə görə ötən illərlə müqayisədə ildə 15 pillə irəliləyib. 2011-ci ildə isə daha 10 pillə irəliləyərək, yüksək balla müsbət göstəriciyə nail olub. Həmçinin, buraya söz və mətbuat azadlığının təminatını, demokratik mühitin daha da inkişaf etdiyini qeyd etmək mümkündür.

Bir daha bəlli olur ki, özlərinin maddi vəziyyətlərini təmin etməkdən ötrü hər bir rəzilliyə imza atan siyasiləşmiş QHT rəhbərləri hər an, hər dəqiqə Azərbaycanı satmaqla, bu ölkəyə xəyanət etməklə məşğuldurlar. Sonda onu da əlavə etmək lazımdır ki, "Amnesty İnternational", "Frankafoniya", "Sigrid Rausing Trust" kimi qərəzli xarici təşkilatlar da bu kimi xəyanətkarlardan bəhrələnərək, ölkəmizlə bağlı qeyri-real hesabatlar yayırlar. Amma təəssüflər olsun ki, bu QHT-lər Fransa Senatında "erməni soyqırımı"nın inkarına qarşı cinayət məsuliyyəti nəzərdə tutan qanunun qəbul edilməsinə Liviyada populyar telejurnalist Qalya-əl-Misratinin qətlə yetirilməsinə heç bir reaksiya vermədilər... Onların bu susqunluğu qərəzli fəaliyyətlərinin göstəricisidir. Lakin çox yəqin ki, onların da qeyri-qanuni əməllərinə hüquqi müstəvidə son qoyulacaq. Çünki ən azından Azərbaycana, burada olan inkişafa, tərəqqiyə qarşı qeyri-obyektiv və qərəzli təşkilatların bu cür əməllərindən Azərbaycan xalqı hiddətlənir, buna etiraz edir.


R.Hüseynova

Digər xəbərlər