PDF Oxu

Müxalifət

  • 12

Əli Kərimli - saxtakarlıq timsalında cılız persona

Əli Kərimli - saxtakarlıq timsalında cılız persona

Radikalizm təxəyyülünü özlərinə xilas, yaxud da hakimiyyətə yiyələnmək yolu seçmiş müxalifət liderlərinin fəaliyyətləri arxasındakı qaranlıq məqamlar zaman-zaman ictimaiyyətin də maraq dairəsində olmuşdur. Yəni ictimaiyyət bu mövzu ətrafında mülahizələr yürüdərək, əslində, həmin liderlərin xalq, millət kimi məfhumlardan yalnız pafos üzərində istifadə etdiyini aşkarlamışdır.

Daha dəqiq desək, bu kimi amillərdən sui-istifadə edən radikallar, hətta burada ən rəzil addımlar atmaqdan belə çəkinməmişlər. Nəticədə, onların aşkar şəkil alan qaranlıq məqamları sağlam düşüncəli insanlar tərəfindən kəskin olaraq qınanılmışdır. Və burada təkcə bitərəflərin, ya da başqa partiya təmsilçilərinin qınaqları deyil, eləcə də, həmin rəzil siyasəti yürüdən radikal liderlərin partiya təmsilçiləri də buna qarşı öz etiraz səslərini ucaltmışlar. Buna misal olaraq, AXCP (i), Müsavat partiyalarında baş verən davalı və davamlı istefaları göstərmək kifayət edər. Xüsusilə, AXCP (i) ətrafında gedən proseslərə nəzər saldıqda isə, sözügedən hadisələrin həmin siyasi təşkilat daxilində daha qabarıq görünməsi qeyd edilənləri isbatlamış olur. Maraqlıdır, nəyə görə məhz AXCP (i)? Bildiyimiz kimi, hazırda "İctimai Palata"da qondarma birlik səhnəsini teatrlaşdırmış AXCP (i)-Müsavat partiyaları daxilində, xüsusilə, sədrlərarsı birincilik savaşının qalibi olmaq üçün ciddi mübarizə gedir. Həmin mübarizədən qalib ayrılmaq üçün isə həm Müsavat, həm də AXCP (i) liderləri bütün mümkün variantlardan istifadə etməyi qarşılarına məqsəd kimi qoyublar. Hətta burada xalqa xəyanət kimi vasitələr olsa belə. Hələlik, burada İsa Qəmbərdən daha çox, Əli Kərimlinin pyedestalın birinci ən yüksək pilləsində dayanması isə özündə növbəti hadisələri ehtiva edir. Bu hadisələri bir neçə mərhələyə bölmək olar.


Birinci mərhələ - "cəbhə"yə axın" imitasiyası


Ə.Kərimlinin partiyasında azsaylı elektoratı aldatmaqdan, onlara növbəti yalanları sırımaqdan ötrü, demək olar ki, hər həftə toplantılar keçirilir. Həmin toplantılarda müəyyən vasitələrlə ələ alınmış şəxslər öz yaxınlarını, qohum-əqrəbalarını şirnikləndirib, sözügedən iclaslara cəlb edir, sonradan zalda toplaşanların şəkilləri "Azadlıq" qəzetində nümayiş etdirilir. Hətta partiya üzvlüyündə olanlara ikinci və üçüncü dəfə partbiletlər təqdim edilir ki, həmin qondarma təqdimatları bilavasitə AXCP (i) sədrinin özü həyata keçirir. Sonra da onun özü tərəfindən pafoslu nitqlər söylənilərək, guya siyasi təşkilata "güclü axın"ın olduğu "bariz" şəkildə nümayiş etdirilir.

Bütün bunların yalan olmasını isə AXCP (i)-də təmsil olunan, hazırda 2 aprel icazəsiz aksiyalarındakı iştirakına görə həbs edilən bir gəncin etiraflarından da sezmək mümkündür. Çünki həmin gəncin özü də etiraf edir ki, onun AXCP (i)-yə üzv seçilməsi özündən xəbərsiz halda həyata keçirilib. Məhz bu kimi vasitələrlə cılız personasına "uğurlu siyasət" rəngi qatmaq istəyən Ə.Kərimlinin həqiqətdə nə qədər rəzilliklərə getdiyi ifşa edilmiş olur. Eyni zamanda, "cəbhə" sədrinin siyasi manipulyasiyaları sırasında şəhid ailələrindən, milli qəhrəmanlardan, eləcə də, torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizdən sui-itifadə halları da mövcuddur. Belə ki, onların adından gah bu, gah da digər formalarda bəyanatlar, açıqlamalar verən Ə.Kərimli həmin vasitədən maksimum yararlanır və həmin yararlanmalar vasitəsilə siyasi dividendini artırmağı düşünür.


İkinci mərhələ - Azərbaycana qarşı istənilən təxribat canla-başla müdafiə olunur


Lakin o da bəllidir ki, Ə.Kərimli bu günə qədər bir dəfə də olsun görüşdüyü xarici diplomatlara Qarabağ hadisələrinin vurduğu yaralarından, xalqımızın zamanında üzləşdiyi əzablarından danışmayıb. Əksinə, imkan düşdükcə antidövlətçi çıxışları ilə öz hakimiyyət hərisliyini həmin diplomatların diqqətinə çatdırmağa cəhdlər göstərib. Buna misal kimi AXCP (i) sədrinin Almaniyanın ölkəmizdəki səfiri ilə görüşünü xatırlatmaq kifayət edər. Məhz bundan sonra Almaniyanin bəzi media qurumlarında "Azadlıq" qəzetinə istinadlar edilmiş, hətta televiziya vasitəsilə anti-Azərbaycan meyilli verilişlər silsiləsinə start verilmişdi. Təbii ki, burada da Ə.Kərimlinin saxtakarlıq timsalındakı cılız personası önə çıxmış rəzillikləri sırasında yer alır.

Eləcə də, digər anti-Azərbaycan siyasi dairələrin müdafiəsinə çıxmaqla AXCP (i) sədri və bilavasitə onun nəzarətində olan "Azadlıq" qəzeti ictimaiyyət tərəfindən qınanıldığı zaman bu şəxs və onu müdafiə edənlər Azərbaycana qarşı istənilən addımı, informasiya təxribatını canla-başla müdafiə edirlər. Bu isə bir daha əsil həqiqətləri ortaya çıxarmış olur. Belə ki, əgər Ə.Kərimli özünütəbliğ kampaniyasını "uğurla" keçirdiyini zənn edirsə, möhkəm yanılır. Çünki bu cür özünütəbliğat daha çox özünüifşa kampaniyasına bənzəyir.

R.RƏSULOV

Digər xəbərlər