PDF Oxu

Müxalifət

  • 5

Radikalların arzuları ürəklərində qalacaq...

Radikalların arzuları ürəklərində qalacaq...

Ölkədə fəaliyyət göstərən fəaliyyətsiz radikal müxalifət qüvvələri, hər zaman olduğu kimi, bu dəfə də reallığı özündə əks etdirməyən bəyanatlarla çıxış edir. Demək olar ki, bu qüvvələr özlərinə məşğuliyyət tapa bilmədiklərinə görə, bu cür boş-boş hərəkətlərə əl atmaqla məşğul olurlar. Burada "İctimai Palata" 2013-cü ildə keçiriləcək seçkilərə hazırlıq istiqamətində "vahid namizəd" məsələsini gündəmə çıxarmaqla ötən seçkilərdəki məğlubiyyətlərini dərk etməyiblər? Vəhdət partiyasının sədri Tahir Kərimli bizimlə söhbətində bildirdi ki, radikal müxalifət qüvvələri heç vaxt öz arzularına çatan deyil.

T.Kərimlinin sözlərinə görə, "İctimai Palata" 2013-cü ildə keçiriləcək seçkilər ilə əlaqədar olaraq, müəyyən qədər çalışırlar ki, "vahid namizəd" ilə çıxış etsin. Bu qüvvələr hədsiz dərəcədə zəifləmiş bir vəziyyətdədir. Adıçəkilən siyasi partiyalara rəhbərlik edən liderlər çox gözəl başa düşərək, dərk edirlər ki, heç vaxt onlar ölkədə keçirilən seçkilərdə uğur qazana bilməyəcələr. Çünki həmin qüvvələrin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Demək olar ki, radikal müxalifət partiyaları arasında birlik də yoxdur. Ona görə də, heç vaxt müxalifət qüvvələri "vahid namizəd" adı ilə çıxış edə bilməz. Radikal müxalifət qüvvələrinin reallığı özündə əks etdirməyən bəyanatlarla çıxış etmələri bir müddət gündəmdə qalmaqdan ibarətdir. Eyni zamanda, müxalifətdə təmsil olunan bu siyasi partiyalar hər hansı möcüzə gözləyir ki, nə isə baş verəcək və bunlar öz arzularını reallığa çevirəcək. Amma reallıq bunu göstərmir. Çünki Azərbaycan dövləti inkişaf etmiş və regionda öz sözünü demiş bir ölkədir. Demək olar ki, vətəndaşlarımızın istədikləri kimi yaşaması üçün ölkədə hər cür şərait var. Bu gün Prezident İlham Əliyevin apardığı bu uğurlu siyasətin qarşısını heç bir müxalifət qüvvəsi ala bilməz. Azərbaycan xalqı hər zaman cənab İlham Əliyevin uğurlu siyasətinə dəstək verib və həmişə verəcək də. Bu baxımdan, bu dəfə də radikal müxalifət qüvvələrinin arzu və istəklərinin həyata keçəcəyi qeyri-realdır.


GÜLYANƏ

Digər xəbərlər