PDF Oxu

Müxalifət

  • 12

Əli Kərimli nədən təlaşlanır?

Əli Kərimli nədən təlaşlanır?

Son günlər həm də "Azadlıq" qəzetinin baş redaktorluğunu edən AXCP (i) sədri Əli Kərimli içində yaranmış qorxusunu və təlaşını gizlədə bilməyərək, bunu qabaqdangəlmişliyi ilə ört-basdır etməyə cəhd göstərir. Belə ki, özünütəbliğ kampaniyasından yararlana bilməyən "cəbhə" sədri bütün məqamlarda siyasi səriştəsizliyini, idarəçilik bacarığına malik olmamasını partiyası daxilindəki avtoritar rejimlə əvəzləyir. Bunu bir çox məqamlarda müşahidə etmək mümkündür. Məsələn, qeyd etmək olar ki, hazırda "Azadlıq" qəzetində gedən bütün yazı və məqalələr şəxsən onun əlinin altından keçir və həmin məqalələrdə iqtidarın uğurlarına aid bir balaca ifadə olsa, onun qarşısı dərhal alınır. Əvəzində, həmin yazını yazan müxbirlərə sərt cəza verilir. Bunu axır zamanlar "Azadlıq" qəzetindən başqa tərəfsiz qəzetlərə transfer olunan jurnalist köçündən də məlum etmək çətin deyil. Bu isə onu deməyə əsas verir ki, Ə.Kərimli hazırda ciddi təlaş içərisindədir və həmin təlaşını partiyasında məhz bu qismdə idarə etməklə özünü təmizə çıxarmağa cəhdlər göstərir.


Haqlı və yerində deyilmiş sözlərin arxasından qaçmaq meyilləri


Əslində, sağlam düşüncəli ictimaiyyət tərəfindən AXCP (i) sədri haqqında deyilən fikirlər tam həqiqəti əks etdirir. Həmin həqiqətlər sırasında daha çox özünü əks etdirən məqam isə Ə.Kərimlinin hakimiyyət hərisliyinin aşırı dərəcədə artması və bunun qarşılığında xarici qüvvələrə satılmasıdır. Bu kimi məsələləri özünə qarşı hücum adlandıran AXCP (i) sədri həqiqətləri kənara qoyaraq, ona qarşı olan xalq antipatiyasının səbəblərini axtarmalıdır. Ancaq bunu etmək əvəzinə, ona qarşı istiqamətlənmiş həqiqətləri bir növ "qalxan" kimi istifadə etmək istəyir. Ancaq bu, onda heç də yaxşı alınmır ki, yaranmış şərait onun bacarıqsızlığından, qəbul olunmamasından irəli gələn haldır. Sözsüz ki, Ə.Kərimli ətrafında daralan çəmbər radikal müxalifət təmsilçilərini qorxuya salıb və artıq onlar Ə.Kərimli timsalında özlərini hara gəldi, necə gəldi çırpırlar. Yəni, nə etdiklərinin fərqinə belə varmırlar. Bir sözlə, Ə Kərimli hazırda həmin çəmbərdən xilas olmaqdan ötrü nə desən, etməyə hazırdır. Bu mənada, onun qorxaraq qınına çəkilməsi isə, hələ ki, canını qurtarmaq anlamını vermir. O, canını harada və necə qurtaracağını özü tərəfindən müəyyənləşdirə bilmək gücündə də deyil. Yəqin ki, burada da onun imdadına müəyyən Qərb dairələri çatacaq. Ancaq bu dəfə çox gecikəcəklər.


R.NURƏDDİNOĞLU

Digər xəbərlər