PDF Oxu

Müxalifət

  • 8

Leyla Yunus növbəti dəfə donunu başına çəkdi

Leyla Yunus növbəti dəfə donunu başına çəkdi

Hələ də Kristofer Ştrasserin Azərbaycana "siyasi məhbuslar üzrə" məruzəçi qismində gələcəyini ümid edən "Sülh və demokratiya institunun" direktoru Leyla Yunus Avropa Birliyinin fevralın 27-də keçirdiyi "Şərq tərəfdaşlığı" proqramı ilə bağlı iclasında qəbu olunan sənəd və söylənilən fikirlərlə razılaşmadığını deyir. Belə ki, sənədin Azərbaycana aid bölümündə Avropa Birliyinə assosiativ üzvlük barədə danışıqlarda irəliləyişə nail olunması vurğulanmış və qeyd edilmişdir ki, qurum bu istiqamətdə gələcək səyləri mühüm hesab edir.


AB-nin sərt qərar çıxarmaması onun əldə edəcək qrant payına mənfi və ciddi təsir edir


Lakin nədənsə bu kimi fikirlərin səsləndirilməsi L.Yunusun xoşuna gəlməyib. Çünki bu sözlər onun xəyanətkar və ermənipərəst imicinə yaramır, sərf etmir. Ona görə yox ki, L.Yunus K.Ştrasserə bu qədər "bağlıdır", ona görə ki, onun ermənipərəst qüvvələr qarşısında götürdüyü öhdəlik, daha dəqiq desək, Azərbaycanla bağlı AB-nin sərt qərar çıxarmaması onun əldə edəcək qrant payına mənfi və ciddi təsir edir. Bu əsnada L.Yunus qədər pəjmürdə olan "Azadlıq" qəzeti də həmin dilxorçuluğu yatırmaq üçün "hüquq müdafiəçisinin" haray-şivənini manşetinə çıxarıb. Məsələn, onun dilindən yazıb ki, "hüquq müdafiəçisi Leyla Yunus hesab edir ki, AB Azərbaycana yönəlik daha sərt sənəd qəbul edə bilərdi". Və məlum olur ki, bu kimi fikirləri nəinki bu kimi siyasi dələduzlar, eləcə də Ermənistan hakimiyyətində və müxalifətində oturan siyasi dairələr də səsləndirirlər. Ona görə də bunların erməni siyasətçiləri ilə heç bir fərqləri yoxdur. Fərq bircə odur ki, ermənilər Ermənistanda, bunlar isə təəssüflər olsun ki, Azərbaycanda yaşayırlar.


Avropa Birliyi L.Yunusun mövqelərini deyil, Avropanın siyasi baxışlarını tərənnüm edir


Ölkəmizdə insan haqları ilə bağlı vəziyyətin, demokratik normalara əməl olunması ilə bağlı situasiyanın çox yüksək səviyyədə olduğunu bilə-bilə bu barədə ictimai çaşqınlıq yaratmaq istəyən L.Yunus kimi fərdlər və onlara fitil qoyan bəzi siyasi dairələr həmin faktlar qarşısında acizliklərini məhz bu kimi "ideyalarla" nümayiş etdirməi olurlar. Amma unudurlar ki, hər halda Avropa Birliyi onların mövqelərini deyil, Avropanın siyasi baxışlarını tərənnüm edirlər. Orada isə K.Ştrasser kimilərinin təsadüfən peyda olmaları bunlara sərf edir. O mənada sərf edir ki, onlar ştrasserlərin sayəsində qaz vurub-qazan doldururlar. Amma bu dəfə də L.Yunusun qazanı deyəsən boş qaldı.

RÖVŞƏN

Digər xəbərlər