PDF Oxu

Müxalifət

  • 6

“İnqilab aşiqlərinin” bənzərlikləri

“İnqilab aşiqlərinin” bənzərlikləri

Bu gün Azərbaycanda inkişaf edən daxili siyasi situasiya bütün məqamlarda özündə bir əhəmiyyətli amili diktə edir: sabitlik, firavanlıq, rifah və davamlı inkişaf. Və bu əhəmiyyətli məqamdan irəli gələn haldır ki, hazırda Azərbaycan istər regionda, istərsə də beynəlxalq aləmdə vurğulanan faktorlar səviyyəsində liderliyini qoruyub-saxlayır. Daha dəqiq desək, istər postsovet ölkələrində, istər ərəb ölkələrində, istərsə də Qərbdə yaranan xalq narazılıqları dünyada ciddi rezonans doğursa da, Azərbaycanda bu versiyalar, ümumiyyətlə, qəbuledilməzdir.

Çünki buna ehtiyac da yoxdur. Dövlətin xalqla birgə olması, xalqın isə öz dövlətinə arxalanması, güvənməsi bəzi qüvvələr tərəfindən yaradılmaq istəyən stereotipləri alt-üst edir. Ona görə də Azərbaycanda yaşayan vətəndaşlar inqilab deyil, yalnız inkişaf haqqında düşünürlər.

Bu əsnada yaxın tarixlərə müraciət etsək, yaşanan inqilabların nə ilə nəticələndiyinin şahidi olarıq. Belə ki, təkcə Ukraynada "böyük ümidlər" çərçivəsində yaşanmış "narıncı inqilab" çox keçmədi ki, öz acı sonluğunu göstərdi. Prezident seçilmiş Viktor Yuşşenko və onun siyasi həmkarı Yuliya Timoşenko nə qədər cəhdlər göstərsələr də, onların və onlara dəstək göstərən Qərbin yaratdığı inqilabın ömrü çox sürmədi və müxalifətdən böyük pafoslar hesabına hakimiyyətə gəlmiş Yuşşenko-Timoşenko cütlüyü fiaskoya uğramalı oldu. Onları bir vaxtlar dəstəkləyən xalq devirdi və onları hakimiyyətə gətirən Qərb belə siyasi dairələri heç nə edə bilmədi.

Məsələ ilə bağlı müxtəlif mətbuat orqanları da deyilənləri təsdiq edir. Məsələn, Rusiyada nəşr edilən "Rossiyskaya qazeta"nın yazdığı bu kontekstdəndir: "Ukraynada "narıncı inqlab"ın acı nəticələri göstərdi ki, hərəkat liderləri arasında kəskin ziddiyyətlər mövcuddur, onlar ölkəni idarə etmək üçün zəifdirlər, potensialları yoxdur. Hakimiyyətin iddia olunan çatışmayan cəhətlərinin, əslində, müxalifətə məxsus olduğu çox aydın göründü. "Narıncılar"ın idarəçiliyi ölkəni faciəli vəziyyətə gətirib çıxardı, iqtisadiyyat ciddi şəkildə gerilədi, ölkənin borcları artdı. Yuşşenko və Timoşenko vədlərinin heç birinə əməl etmədilər və Ukraynanı irəli aparmaq əvəzinə geriyə qaytardılar".

Bir nüansa diqqət yetirsək, görərik ki, Yuşşenko-Timoşenko cütlüyü bir çox məqamlarda İsa Qəmbər-Əli Kərimli cütlüyünə çox bənzəyir. Məsələn, bu insanlar da nə vaxtsa hakimiyyətdə olublar və hakimiyyətə güc vasitəsi ilə yiyələniblər. Oxşar cəhət isə odur ki, məhz həmin hakimiyyət - AXC-Müsavat hakimiyyəti də həm daxili ziddiyyətlərdən, həm də xalqın ciddi və kəskin narazıçılığından dolayı iflasa uğradı. Görünən tərəf isə, odur ki, bu gün yenidən "inqilab" adlandırdıqları xaos və anarxiya yaratmağa cəhd göstərən radikal müxalifət düşərgəsinin dağıdıcı liderləri, əslində, Ukraynada baş verənləri hələ, 93-cü ilin iyununda yaşayaraq, hakimiyyətdən qaçıblar. Bu isə, bir daha onu deməyə əsas verir ki, "inqilab" ideyası ilə yaşamağa cəhd göstərən bu kimi siyasətçilərin axırları elə indidən bəllidir.


Q.ZƏNGİBASARLI

Digər xəbərlər