PDF Oxu

Müxalifət

  • 16

Rəsul Quliyevin “ideyası” radikal müxalifəti bir-birinə vurub

Rəsul Quliyevin “ideyası” radikal müxalifəti bir-birinə vurub

Son günlər müxalifət düşərgəsində cərəyan edən hadisələrin fonunda belə fikir formalaşdırılır ki, guya düşərgədə fəaliyyət göstərən qurumlar və "hərəkatlar" aktiv fazaya keçid alıblar. Belə ki, "İctimai Palata"nın yenidən aksiyalar haqqında bol-bol bəyanatlar səsləndirməsi, eləcə də, "Müqavimət Hərəkatı"nın da həmin formada çıxış etməsi müəyyən fikirləri ortaya çıxarmış olur.

Məsələ ondadır ki, hələ bir müddət öncə, "İctimai Palata"da təmsil olunan Müsavat və AXCP (i) rəhbərləri İ.Qəmbər və Ə.Kərimli "aksiyaların qaçılamaz" olduğunu dilə gətirmişdilər. Onların bu kimi sərsəm açıqlamalarının ardınca "ACP" lideri Rəsul Quliyevin də eyni fikirlər səsləndirməsi isə, əslində, müxalifətdaxili ziddiyyətlərin pik nöqtədə olduğunu nümayiş etdirir.

Digər tərəfdən, R.Quliyevin "yüz minlik aksiya" keçirmək arzusu real görünmədiyi qədər də müxalifət daxilində təmsil olunan bir sıra şəxslərin də gülüş hədəfinə çevrilib. Çünki onlar da çox gözəl anlayırlar ki, istər "İctimai Palata", istərsə də "Müqavimət Hərəkatı", ümumilikdə, ortaya yüz nəfər belə çıxara bilmək gücündə deyillər. Bu, sadəcə, R.Quliyevin "palata"da olan opponentlərinə atılan daş kimi qiymətləndirilir.

Başqa tərəfdən, bütövlükdə, "Müqavimət Hərəkatı"nın adından danışan "ACP" liderinin bəyanatları "hərəkatda" təmsil olunan partiya sədrləri tərəfindən də ciddi qınaq hədəfinə çevrilib.

"Azadlıq" partiyasının sədri Əhməd Oruc bildirib ki, "hərəkat"ın qərarlarını R.Quliyev və ya hər hansı konkret şəxs yox, idarə heyəti verir: "R.Quliyev hesab edir ki, "karvan yolda düzələr". O, indidən çox şey istəyir. Qərarı isə təkcə o deyil, biz veririk".

Ə.Orucun bu kimi fikirlərinə nəzər salarkən, bir daha bəlli olur ki, əslində, müxalifət düşərgəsində aparılan daxili savaş həm də şəxslərarası mənafelərin bölünə bilinməməsində də özünü göstərir. Ona görə də R.Quliyevin "Müqavimət Hərəkatı" adından lider kimi danışması həm Ə.Orucun, həm də digər qurum - "İctimai Palata"dakıların, necə deyərlər, şəstinə dəyir. Bu səbəbdən də, aksiyalardan danışan radikal müxalifətçilərin, bütövlükdə, bu kimi iddialarla çıxış etmələri şəxsi dividendlərə hesablanmış addım kimi başa düşülür.

Rəfiqə

Digər xəbərlər