PDF Oxu

Müxalifət

  • 8

Ermənistan “Eurovision-2012-dəki iştirakından imtina etdi

Ermənistan “Eurovision-2012-dəki iştirakından imtina etdi

Müsabiqənin rəsmi saytının verdiyi məlumata görə, Ermənistanın İctimai Televiziyası Avropa Yayım Birliyinə (EBU) rəsmi məktub göndərib. Məktubda qeyd olunur ki, Ermənistan "Eurovision-2012-də iştirakdan imtina edir. Əslində, düşmən ölkə tərəfindən bu qərarın verilməsində bir neçə məqam dayanıb ki, həmin məqamlardan biri və ən başlıcası Ermənistan tərəfinin Azərbaycanın radikal müxalifəti ilə iş birliyinə getməsi və bu istiqamətdə müştərək şəkildə anti-Azərbaycan fəaliyyət göstərməsidir.

Ermənistanın müsabiqədən imtina etməsi radikal müxalifətlə aparılan gizli danışıqların nəticəsidir


Artıq dəfələrlə sübuta yetirilmişdir ki, Azərbaycanla bağlı həqiqtələrin təhrif olunaraq, Ermənistan mətbuatında işıq üzü görməsi bilavasitə "Azadlıq" və "Yeni Müsavat" kimi qəzetlərdən götürülmüş böhtan xarakterli dezinformasiyalardan qaynaqlanır. Daha dəqiq desək, "Eurovision-2012" ətrafında qeyri-obyektiv, yalan dolu informasiyaların adıçəkilən qəzetlər tərəfindən Ermənistan mətbuatına ötürülməsi, Ermənistanın isə müsabiqəyə qısa müddət qalmış həmin müsabiqədən imtina etməsi onlar arasında olan gizli işbirliyinin nəticəsi kimi başa düşülməlidir. Çünki burada daha bir fakt mövcuddur.

Belə ki, Ermənistan tərəfi Yerevanda seçim turu təşkil edərək, Azərbaycanda iştirak edəcək müğənnini müəyyənləşdirmişdi. Və əgər Ermənistan tərəfi, həqiqətən də, "Eurovision-2012"-də iştirak etmək istəməsəydi, sözügedən seçim turunu reallaşdırmazdı.

"Azadlığ"ın arzusunu can-başla yerinə yetirən Ermənistan

Sadəcə, aparılan gizli işbirliyi fonunda burada bir amilin dayanması şəksizdir: necə olursa olsun, Azərbaycanın yüksək imicinə xələl vurmaq və bu kimi məkrli əməllərdən ikitərəfli şəkildə (həm Ermənistan mətbuatı, həm də Azərbaycanın radikal müxalifəti) və kifayət qədər çox istifadə etmək.

Əlbəttə ki, "Azadlıq" qəzetində gedən qərəzli, düşmən mövqeli materialların dərhal erməni mətbuatında, informasiya saytlarında və portallarında nöqtə-vergülünə qədər üzə çıxması, həmin variantın varlığını təsdiq edir.

Bu isə, bir daha onu deməyə əsas verir ki, Ermənistanın "Eurovision"dan imtina etməsinin arxasında düşmən dövlətlə radikal müxalifət arasında olan işbirliyinin dayanması artıq heç kimdə şübhə doğurmur. Əks halda, AXCP (i) sdəri Ə.Kərimli ilə Müsavat başqanı İ.Qəmbərin "Eurovision"la bağlı səsləndirdikləri anti-Azərbaycan tipli çağırışlarına Ermənistan səs verməzdi.


RÖVŞƏN

P.S. "Eurovision" Mahnı Müsabiqəsinin rəhbəri Yan Ola Sand isə bu qərarı belə dəyərləndirib: "Biz çox təəssüflənirik ki, onlar bu cür qərar qəbul etdilər. EBU-nun səylərinə baxmayaraq, bəzi bizdən asılı olmayan səbəblərə görə onlar belə qərar verdilər". Bizdən asılı olmayan səbəblər dedikdə isə, Y.O.Sand burada Azərbaycanın radikal müxalifətinin qərəzli cəhdlərini və həmin cəhdlərə Ermənistanın "müsbət" cavab verməsini nəzərdə tutub. Çünki burada başqa heç bir arqument ola bilməz.

Digər xəbərlər