PDF Oxu

Müxalifət

  • 11

Sifarişlərlə işləyən müxalifət

Sifarişlərlə işləyən müxalifət

Xaricdən maliyyələşən, əlləri beynəlxalq dairələrin, donorların ciblərindən çıxan müxalifətçi siyasi qüvvələr bu gün də öz hamilərinin buyruqlarını yerinə yetirirlər. Azərbaycan haqqında tənqid, görülən işlərə kölgə salmaq, ölkəmizin nüfuzuna zərbə vurmaq kimi sifarişlər isə həmin qüvvələrin daim pusqusunda dayandıqları subyektlərdir. Buna misal, 2004- 2005-ci illərdə Müsavat və AXCP (i) mitinqlərə o zamankı ABŞ prezidenti Corc Buşun portretləri ilə çıxırdılar. Bütün bunlar isə hələ o zamanlar hər şeydən xəbər verirdi.

Maraqlısı isə o idi ki, guya Məmməd Əmin Rəsulzadənin siyasi platformasını davam etdirdiyini bəyan edən Müsavat başqanı İsa Qəmbər nədənsə o zamankı aksiyalarda onun deyil, məhz ata Buşun portretinə bərk-bərk sarılmışdı.


Xaricin muzdlu liderləri nə vaxt xalqın içinə qatıldılar?

Bu gün həmin xaricə satılmış qüvvələr ən xırda məişət problemindən istifadə edərək, dərhal sosial şəbəkələrdə, müxalif qəzetlərdə "xalq üsyana qalxdı" şüarları ilə haray-həşir salmağa başladılar. Maraqlıdır ki, "xalq üsyana sizsiz qalxırdısa", onda siz nəyə, kimə lazımsınız və ya sizin xalqa nə dəxliniz var? Görəsən, bu gün Müsavatın, AXCP (i)-nin burunlarından uzağı görə bilməyən "uzaqgörən" liderləri nə vaxt xalqın içinə qatıldılar? Azərbaycanda hər şeyi qara rəngdə görməyi özünə peşə etmiş bir sıra siyasətbazlar, o cümlədən, AXCP (i)-nin, Müsavatın "müstəqil" mətbu orqanları rəhbərlikdən gələn buyruqla yalanlar, böhtanlar kampaniyasına start verdilər. Bir neçə gün bundan əvvəl mətbuata müsahibə verən Əli Kərimlinin keçmiş partiyadaşı, BAXCP sədri Qüdrət Həsənquliyev "Azadlıq" qəzetindəki bəzi yazıların məhz bu şəxs tərəfindən yazılmasına eyham vurdu. "İş-gücdən" başı açılmayan, mətbu orqanlara müsahibələr verməkdən imtina edən Ə.Kərimlinin evində oturub yazdığı "məqalələr" "Azadlıq"da "siyasət şöbəsi" kimi yazılsa da, mənbənin kimdən və hardan gəldiyi hamıya aydındır. Bu mətbu orqanı oxuduqda, elə düşünürsən ki, dünya dağılır, aləm qopur, qiyamət başlayıb.


Qohum vasitəsilə yoldan çıxarılan gənclər


Bunların yalnız bir məqsədi var - Azərbaycanda qarşıdurma yaratmaq və bundan şəxsi məqsədləri üçün istifadə etmək, "xalq"ı üsyana qaldırmaq. Bəzən "xalq" dedikləri bunların sözünü eşidir - ötən ilin 2 aprelində 25-30 nəfərdən ibarət "xalq" onların göstərişləri ilə küçələrə çıxmışdılar. İndi isə həbsxanadan bağışlanmaları üçün ərizə və müraciətlər yazırlar. Hətta bəziləri deyirlər ki, uşaq olmuşam, məni Ə.Kərimlinin, İ.Qəmbərin yanında işləyən filan qohumum yoldan çıxarıb və müxalifətçi edib.

Lakin xalqın gözü tərəzidir. Siyasətlə az da olsa maraqlanan, eləcə də, maraqlanmayan hər kəs kimin kim olduğunu yaxşı bilir. Ona görə də bəzi qəzetlərdə çıxan "xalq ayağa qalxdı" başlıqlı, yalan və böhtanlarla bəzənmiş cümlələrə daha inanan yoxdur. İnanan yoxdursa, demək, ən yaxşı halda danışmamaları daha məqsədəuyğun olardı. Çünki bunlar danışanda daha çox iç üzləri açılır və onlar ifşa olunurlar.


R.Hüseynova

Digər xəbərlər