AXCP (i) sədri Əli Kərimov küncə sıxıldığını, dalana dirəndiyini yəqin etdikcə, daha da aqressivləşməkdə və həmin aqressivliyini müxtəlif üsullarla, vasitələrlə nümayiş etdirməkdədir. Siyasi baxımdan tükənmiş birisinin kənarlarda baş verən hər hansı hadisələrdən "ruhlanması" isə, əslində, onun öz məğlubiyyətini, zəifliyini və gücsüzlüyünü dərk etməsi anlamını daşıyır. Daha dəqiq desək, ərəb ölkələrindəki müxalifət-iqtidar qarşıdurmalarını süni şəkildə "özünküləşdirmək" cəhdləri arxasında növbəti dağıdıcılıq, ultraradikalizm və siyasi quduzlaşma meyilləri baş qaldırır.
Və bu cür hallar Ə.Kərimovun artıq heç bir nüfuzu olmayan saytlara, o cümlədən, Türkiyənin "odatv.com" saytına verdiyi müsahibəsindən də bəlli olur. Eyni zamanda, AXCP (i) sədrinin vaxtilə törətdiyi dövləti cinayətlərini, həmçinin, hakimiyyətdə olduğu zamanlardakı xəyanətkar fəaliyyətini dərindən, müfəssəl öyrənməyən bəzi media qurumları dezinformasiyalara qapılaraq, onu az qala mərhum Elçibəyin "sağ qolu" qismində təqdim edirlər. Maraqlıdır ki, Ə.Kərimov bütün məqamlarda verdiyi müsahibələrində özündən oyuncaq "qəhrəman" düzəldir, bununla da, özü haqqında olan əsil həqiqətləri gizlətməyə səy göstərir. Onun bu kimi qeyri-ciddi davranışı növbəti dəfə müsahibə verdiyi "odatv.com" saytında da özünü büruzə edib. Görünür, bu rəzil siyasi fərd haqqında geniş və həqiqi məlumatlara malik olmayan bəzi media qurumları, təəssüf ki, onun sərsəmləmələrini, yalan və uydurmalarını ciddiyyət kimi qəbul edir, hətta onun rəzilliyini "ictimaiyyətə səsləniş" qismində təqdim etməkdən çəkinmir. Təbii ki, burada qondarma müsahibəyə öncədən ikitərəfli hazırlıq da mövcuddur ki, həmin müsahibə ətrafında jurnalist tərəfindən qızışdırıcı sualların verilməsi bu faktı təsdiqləyir. Məsələn, "Elçibəyi tanıyan, onunla görüşən bir insan olaraq, bütün təzyiqlərə baxmayaraq, hörmətli Kərimli kimi vəfalı və cəfakeş insanların varlığı məni Azərbaycanın gələcəyi mövzusunda inanılmaz dərəcədə ümidləndirdi" (??!!-R.) deyən jurnalist daha bilmir ki, Ə.Kərimovun əsil sifəti, əsil "portret cizgiləri", ümumilikdə, normal insanlara aid olmayan (həm mənəvi, həm psixoloji, həm də fiziki) bir çox qaranlıq məqamlardan ibarətdir.
Məqam № 1: Elçibəyə qarşı xərclənən pullar arxasında Əli Kərimov faktoru
Bir zamanlar Azərbaycanda müxalifətyönlü "Demokratiyanın İnkişafı Fondu" fəaliyyət göstərirdi. Bu qurumun ölkədəki fəaliyyətinə bilavasitə Ə.Kərimov nəzarət edirdi. Həmin fondun Qərbdə, ABŞ-da olan nümayəndələri etiraf edirdilər ki, fondun pulları təyinatı üzrə xərclənməyib. Yəni, həmin pulların böyük əksəriyyəti bir zamanlar müxalifətdaxili intriqalara, o cümlədən, Ə.Elçibəyin əleyhinə xərclənib. Sonrakı dövrlərdə də, konkret olaraq, bu faktlar etiraf olundu. Hətta bu barədə sənədlər də mövcuddur. Bir neçə yüz min dollar bilavasitə Ə.Elçibəyin əleyhinə təbliğat aparılmasına xərclənmişdi ki, bunun da arxasında Ə.Kərimovun dayanması sonradan bir daha bəlli oldu.
Məhz xərclənmiş vəsaitləri əsas götürərək, 1994-cü ilin yanvar ayında Ə.Kərimov və onun "Yurd" qruplaşması "Əbülfəz Elçibəy siyasi meyitdir" deyərək, bu amili dolayısı ilə etiraf etdilər. Əgər nəzərə alsaq ki, o zamanlar "İsa Qəmbər də bitib" fikirləri də səslənirdisə, demək, bu, adi və sıradan bir məsələ deyildi. Yəni Ə.Kərimovun, onun adamlarının arxasında çox ciddi maliyyə qaynağı dayanırdı. Məqsəd isə bu idi ki, həm Elçibəyi, həm də İ.Qəmbərovu sıradan çıxarmaq, bütövlükdə, müxalifət düşərgəsinin rıçaqlarına yiyələnmək.
Məqam № 2: Əli Kərimov tərəfindən Elçibəyin cənazəsinə qarşı təhqir
Bu gün Ə.Kərimovu Elçibəyin "sağ qolu" kimi görənlər bilməlidirlər ki, bu adam 1997-1998-ci illərdəki fəaliyyətində açıq xətlə Ə.Elçibəyi "bitmiş bir insan" kimi qeyd edirdi. Onun əsas niyyət isə məlum idi: anti-Elçibəy təbliğatını daha da gücləndirmək və sonradan onun adından istifadə edərək, siyasi ambisiyalarını gerçəkləşdirmək. Sonrakı illərdə də, yəni 1998-1999-cu illərdə "Yurd"un mətbuat şəbəkəsi açıq-aşkar təhqirlərə yol verirdi. Hətta "Elçibəy siflis xəstəliyinə mübtəla olub", "Elçibəyin xəstəliyi sağalmazdır" kimi başlıqlar o vaxtkı qəzetlərdə manşet şəkli alırdı. Hətta Ə.Elçibəyin cənazəsi Bakıya gətirilən gün Ə.Kərimova yaxın mətbuatda ona qarşı istiqamətlənmiş təhqirləri görmək mümkündür. O özünü bir gün belə saxlaya bilməyib və əsil sifətini ortaya qoyub.
Məqam № 3: Əli Kərimova nakişi damğası necə vuruldu?
Xatırlatmaq mümkündür ki, 2003-cü ildə "Azadlıq" qəzetində Lalə Hacıyeva haqqında hədsiz dərəcədə təhqirli yazı dərc olundu. Həmin vaxtlar L.Hacıyeva Ə.Kərimova bu cür cavab vermişdi: "Azərbaycan siyasətində belə bir mənəviyyatsız adam görməmişdim".
"Adam düşmən olanda, gərək kişi kimi düşmən olsun" deyən L.Hacıyeva, eyni zamanda, Ə.Kərimova "malçişka", yəni yetkinlik yaşına çatmayan uşaq kimi də müraciət etmişdi. Təbii ki, bu kimi cavab ifadələri bir daha onun fiziki çatışmazlıqlarından doğan amil kimi də qiymətləndirilib. Belə ki, L.Hacıyeva Ə.Kərimovun kişi kimi formalaşmasına şübhə etdiyini, buna inandığını həmin məşhur açıqlaması ilə ifadə edib. Müsavat başqanı İsa Qəmbərov isə Ə.Kərimov haqqında bu cür sözlər işlədərək demişdi: "Mən siyasətdə Ə.Kərimli adında adam tanımıram və tanımaq belə istəmirəm. Yaxşı olardı ki, o gedib haqqında deyilənləri araşdırsın və xalqa izahat versin".
Ə.Kərimovun fəaliyyətində AXC büdcəsinin dağıdılması, cangüdən, qrant maxinasiyası, məlum olmayan mənbələrdən maliyyə alma kimi hallarını da göstərmək mümkündür ki, bu barədə də zaman-zaman açıqlanmış müəyyən faktlar mövcuddur. Bunun üçün AXCP (i) daxilindəki "Yurd" ictimai birliyinin pozuculuq fəaliyyətini yoxlayan partiyadaxili xüsusi komissiyanın hesabatını nəzərdən keçirmək kifayətdir. Belə ki, həmin vaxtlar xüsusi komissiyada təmsil olunan Mirmahmud Mirəlioğlu mətbuata verdiyi açıqlamasında bildirib ki, ərizələr, sənədlər, video çəkilişlər və audio yazılar nəticəsində əsasında həmin hesabatda çox faktlara toxunulub və bunların heç biri göydən götürülməyib və heç kimin şəxsi mövqeyi və mənafeyi yoxdur: "Ciddi sənəddir. Burada sənədsiz-sübutsuz heç nə yoxdur. Dərc olunan bu hesabat isə əlimizdə olan faktların heç də hamısı deyil. AXCP tarixində Ə.Kərimli qədər pozuculuq fəaliyyəti, Ə.Kərimli qədər Ə.Elçibəy əleyhinə gedən, bu məsələni təşkilatlanmış, mobil şəkildə təşkil edib, sonunda xəyanət yolu tutan ikinci bir adam olmayıb. Bu faktdır, tarixdir. Ə.Kərimli "xalq cəbhəsi"nə qarşı elədiklərini etiraf etməyənə qədər, özü haqqında yaranmış söz-söhbətlərə aydınlıq gətirməyənə qədər bu fikirləri bildirəcəm".
R.RƏSULOV
P.S. Göründüyü kimi, "Azadlıq" qəzetində Ə.Kərimovun lüzumsuz müsahibəsini şişirdənlər, onu az qala "mələk" kimi təqdim edənlər bu kimi faktlardan məlumatsızdırlar. Ona görə də yaxşı olardı ki, gedib öz "liderlərinin" keçmiş həyatı haqqında keçmiş silahdaşlarından məlumatlar toplasınlar.