PDF Oxu

Müxalifət

  • 9

AZĞINLIQ XƏSTƏLİYİ QUDUZLUĞA ÇEVRİLƏ BİLƏRMİ?

AZĞINLIQ XƏSTƏLİYİ QUDUZLUĞA ÇEVRİLƏ BİLƏRMİ?

Radikal müxalifət yetkililəri yenidən kimlərinsə haralarına və nələrinə arxalanaraq, öz "güclərini" göstərmək "əzmində" olduqlarını ətraflarında toplaşmış bir qrup fərdlərə sırımağa cəhdlər göstərirlər. Əsasən də, "İctimai Palata" adlı qondarma və lüzumsuz bir qurumda ağızdolusu danışmağa macal tapmış partiya sədrləri və onların funksionerləri bütün məqamlarda dağıdıcılıq, hətta yırtıcılıq siyasətləri çərçivəsində həmin kimlərəsə olan arxalanmalarını gizlədə bilmirlər.

Görünür, yazın gəlişi, qanın oyanışı radikalllarda daha aşırı hal alıb ki, bu dəfə aşkar şəkildə ətraflarındakı qruplaşma fərdlərini "inqilaba" səsləyirlər. Hər halda, buna azğınlıq xəstəliyi adını da vermək mümkündür. Amma maraqlıdır ki, bu xəstəlik quduzluğa çevrilə bilərmi? Bax, bu suala cavab axtarmaqdan ötrü sadəcə siyasi artistizmə meyillənmiş azğın liderlərin "İctimai Palata"dakı çıxışlarına nəzər salmaq kifayət edər...


"Politolgin" və ya quduzluğun müalicəsi gecikirsə, nəticəsi qorxunc olur


Azərbaycan xalqında özünə qarşı xüsusi olaraq antipatiya hissləri yaradan Müsavat başqanı İsa Qəmbərovun "sessiyadakı" çıxışı bilavasitə sözügedən xəstəliyin bütün simptomlarını üzə çıxarıb. Belə ki, başqanın öz məlum durumu və vəziyyəti qala-qala siyasi imitasiyaya yol verməsi, guya hakimiyyətin bu aciz insan qarşısında "təlaşa" düşməsi qismindəki çıxışları bütövlükdə "İctimai Palata"da şəxsi təbliğatına yönəlmiş çıxış təsiri bağışlayıb. Müsavat başqanının, hətta məişət hadisələrindən dividend güdməsi də onun əsaslı vəziyyətini ifşa edir. Gah "Eurovision" qısqanclığından, gah da digər uğurlardan bəhrələnən xalqın sevincini həzm etmək iqtidarında olmadığını aşkar şəkildə nümayiş etdirən İ.Qəmbərov bir az da bulaşdığı xəstəliyə qapılaraq, Gürcüstan prezidenti Mixail Saakaşvilinin hər qanunverici orqandakı hansısa ifadəsini az qala əlində bayraq edərək, öz ifadəsi kimi təqdim etmək istəyib. Maraqlıdır ki, M.Saakaşvilinin ifadəsini Azərbaycan hakimiyyətinə "ciddi siqnal" olduğunu bildirərkən, İ.Qəmbərov nəyə görə Gürcüstan prezidentinin Azərbaycanın apardığı demokratik uğurları və islahatlar barədə çıxışları, bəyanatları haqqında bir kəlmə də olsun söz deməyib? Çünki bu, ona sərf etmir və xəstəliyini daha da artırır. Ona görə də məntiqsizliyi qədər qanmazlığını da ortaya çıxarmış olur.

Onu da qeyd edək ki, "digər kəsimlərlə də əlaqələrimizi gücləndirməliyik" kimi ifadələr işlədən Müsavat başqanı məhz burada bir daha öz dili ilə təsdiq edir ki, bəli, o, hazırda bəzi xarici qüvvələrlə əməkdaşlıq edərək, Azərbaycandakı siyasi sabitliyi pozmağa istiqamət almış qeyri-işlərlə məşğuldur və həmin məşğulluğu tez bir zamanda İ.Qəmbərova çox baha oturacaq. Çünki quduzluğun müalicəsi gecikərsə, nəticəsi də qorxunc olur. Ona görə də Azərbaycan cəmiyyəti inanır ki, artıq azğınlıq xəstəliyini geridə qoyub, quduzluq xəstəliyinə keçid alan İ.Qəmbərovun "politolgin" adlı siyasi iynəsi zamanında və yerində vurulacaq.

Bu səbəbdən də aprelin 8-də mitinq keçirməyi düşünən Müsavat başqanının adıçəkilən iynəsi vurulmasa, heç həmin tarixə qədər qalıb-qalmaması da müəyyən suallar doğura bilər.


Əli Kərimov çaşqınlıq içində - quduzluq onu haradan vuracaq?


Qonrama "sessiyada" çıxış edən AXCP (i) sədri Əli Kərimov da quduzluq xəstəliyinə tutulduğunu aşkar çəkildə büruzə edib. O, hətta bu xəstəlik simtomlarına görə Müsavat başqanını arxada qoyduğunu belə gizlədə bilməyib. Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə qarşı qatı düşmən olaraq qənim kəsilmiş AXCP (i) sədri bütövlükdə çaşqınlıq içində olduğunu etdiyi çıxışının bütün cümlələrində və ifadələrində aşkar şəkildə nümayiş etdirib. Hətta radikal müxalifətin fəaliyyətsizliyini belə öz zəhərli dili ilə deyib : "Tənbəlliyi bir kənara qoymalıyıq". Amma unudub ki, əslində, quduzluq xəstəliyinin daha bir simptomu da halsızlıq və fəaliyyətsizlikdir. Ona görə də, onsuz da fiziki sahədə TƏNBƏL olan Ə.Kərimov bunu "siyasi" sahədə də yaşamış olur. Hazırda mitinq arzusu ilə müəyyən yerindən alışıb-yanan "cəbhə" sədri quduzluğun onu haradan vuracağını belə bilmir.

R.NURƏDDİNOĞLU

Digər xəbərlər