PDF Oxu

Müxalifət

  • 139

TƏƏCCÜBLƏNMƏK LAZIM DEYİL

TƏƏCCÜBLƏNMƏK LAZIM DEYİL

AXCP (i) sədri Əli Kərimov və onun "möhtəşəm kadrları" yenə gündəmdədir. Bu dəfə də eyni mövzu, eyni görüntülərlə...Partiyanın müxtəlif üzvlərinin, eləcə də, bu siyasi təşkilatla bağlı olan şəxslərin ədəbsiz, erotik və pornoqrafik görüntüləri ölkənin internet məkanını dolam-dolam dolaşmaqdadır. Sual yaranır ki, axı nəyə görə hər dəfə məhz AXCP (i) üzvləri və onlar "simpatiya" göstərənlər? Çünki Azərbaycanda Müsavat, AMİP, "KXCP", ADP, "VİP", ALP kimi onlarla müxalifət partiyası fəaliyyət göstərir. Bəs nə üçün eyş-işrət başında hər dəfə məhz "cəbhəçilər" yaxalanırlar? Bu baxımdan, bütün baş verənlərə daha müfəssəl aydınlıq gətirmək üçün yaxın keçmişə qısa ekskurs etmək lazımdır.


Homoseksuallar "Bizim liderə toxunmayın!" deyirdi


AXCP (i)-nin qurucusu və keçmiş sədri mərhum Əbülfəz Elçibəy hələ ölüm yatağında olarkən "cəbhəçilərə" yaxın mətbu orqana, yəni "Azadlığ"a onun sifilis xəstəliyinə yoluxması və bundan əziyyət çəkməsi haqda məsələ sızdırıldı. Həmin zamanlar mətbu orqanda fəaliyyət göstərən iki-üç şəxs həmin xəbərin qəzetin növbəti sayında dərc olunmasına etirazlarını bildirsələr də, bunun bir nəticəsi olmadı. Çünki ölüm yatağında olan sədri şərləmək, ona böhtan atmaq barədə tapşırıq partiyanın yuxarı dairələrindən, konkret isə Ə.Kərimovdan gəlmişdi. Xəbər qəzetdə dərc olundu. Göstərişin kim tərəfindən verilməsi hamıya məlum olsa da, heç kim bunu dilə gətirmədi. Həmin hadisənin baş verməsindən bir neçə il ötdü. Azərbaycanda prezidentliyə iddialı olan Ə.Kərimov səfərlərinin birində gözlənilməz sürprizlə qarşılaşdı. Belə ki, qonşu ölkələrdən birinə səfər etmək istəyən AXCP (i) sədrini yolda üzdəniraqlar - homoseksuallar qarşıladılar. "Cəbhəçilərin" rəqiblərinə xitabən "bizim liderimizə toxunmayın" - deyən bu arzuolunmaz şəxslər Ə.Kərimovun da onlarla bir sırada olmasına işarə etdilər.


"Üç palma"da iki lütün macərası


2005-ci ilin əvvəli: Ə.Kərimova məxsus qəzetin baş redaktoru Qənimət Zahid və mətbu orqanın direktoru Azər Əhmədov "Üç palma" restoranında iki qızla əylənərkən fotokameralara yaxalandılar. Hər iki şəxs çılpaq vəziyyətdə olduqları bu şəkillərin çəkilməsinə onları zorla vadar etdiklərini iddia etdilər. Mətbuata müsahibələrində, eləcə də, aksiyalardakı çıxışlarında xalqa mənəviyyat "dərs"i keçən Ə.Kərimova deyiləcək söz qalmadı. Onun hər iki tərəfdarının qızlarla lüt şəkilləri isə qəzetlərin gündəmini bir neçə gün zəbt etdi. Amma onlar "bizim tərədfarlarımıza böhtan atırlar"-deyə haray-həşir salaraq, baş verənləri təkzib etməyə çalışdılar. Bundan bir müddət sonra Qənimət Zahidin adı növbəti qalmaqalda hallandı. O, həbs edildi. Problem yenə də qadın məsələsi idi. Eləcə də, A.Əhmədovun ultraparnoqrafik "dildə" danışması da bu məsələnin real olduğunu üzə çıxardı. 2010-cu ilin ilin oktyabr ayında AXCP (i) sədrinin yaxın tərəfdarı yenidən mətbuatın və ictimaiyyətin gündəmini zəbt etdi. İnternetdə "Azadlıq" qəzetinin direktoru A.Əhmədovun hər kəsi şoka salacaq növbəti görüntüləri yayımlandı. İki övlad atası olan bu şəxsin özündən 35 yaş kiçik olan qızla adaxlıbazlığı, hərəkət və davranışları o qədər biabırçı, rüsvayçı idi ki, heç cəbhəçilərin "onu bu videogörüntülərə zorla çəkdiriblər" kimi sayıqlamalarına, eləcə də, digər bəhanələrə ehtiyac qalmadı. "Facebook" sosial şəbəkəsində Mohammad Azadi adlı şəxs tərəfindən bütün jurnalistlərə göndərilən videoçarx A.Əhmədovun jurnalist karyerasının üstündən xətt çəkdi. Direktor o qədər rüsvay olmuşdu ki, Azərbaycanda yaşamaq mümkün deyildi. O, bunu yaxşı dərk etdiyindən, vətəni tərk edib. Daha dəqiq desəm, qaçıb.

Başqa "aləm" və "Azadlığ"a

tüpürənlər


Qalmaqallı və erotik əhvalatlarla gündəmdə qalan AXCP (i) növbəti dəfə Natiq Ədilovun oyunbazlığından zərbə yedi. Belə ki, AXCP (i)-nin mətbuat xidmətinin rəhbəri, Ə.Kərimovu odlu-alovlu çıxışları ilə müdafiə edən N.Ədilovun (Güləhmədoğlunun) yeni rüsvayçı videogörüntüləri internet saytlarını "bəzədi". Bu, həmin N.Güləhmədoğludur ki, aprelin 2-də keçirilən icazəsiz aksiyalar zamanı paytaxt küçələrinə çıxaraq, müxtəlif formalarda şəkillər çəkdirir, insanların təsəvvürlərində "azadlıq uğrunda mübarizə aparan fəal gənc" obrazı yaratmağa çalışırdı. O, əlbəttə ki, öz timsalında yeni obraz yarada bildi. Amma mübariz, azadlıq uğrunda çalışan gənc kimi yox, başqa mənada... N.Ədilovu əks etdirən videoçarxdan açıq şəkildə göründü ki, Ə.Kərimovun ən sevimli jurnalisti seksual çatışmazlıqdan əziyyət çəkir. N.Ədilov kiminləsə mobil telefonla danışa-danışa müxtəlif hərəkətlər edir və özünü rüsvay edəcək bu vəziyyətdən xəbərsizdir. Videoçarxı diqqətlə izləyən hər bir vətəndaşa cəbhəçilərin boş vaxtlarında nə ilə məşğul olmaları bəlli olur. Ə.Kərimovdan, Q. Zahiddən, A.Əhmədovdan başlanan "ənənəvi yolu" N.Güləhmədoğlu davam etdirdi.

Ədilovla eyni otaqda başqa bir videogörüntüsü yayılan Qan Turalının real həyatda əsil obrazını əks etdirən, onu hər kəsə olduğu kimi çatdıran görüntülər isə tamam başqa "aləmdir". Onlar bir növ "Azadlıq" qəzetinin üzünə tüpürürdülər. Özü də necə!


Və Xədicə İsmayılova!


Əslində, bu "xanımın" məsələsi digər tərəfdən yuxarıda qeyd edilənlərin davamıdır. Ona görə də burada heç də təəccüblənmək lazım deyil.

Ona görə də, hələlik, özünə cavab axtaran bir sual hər kəsi narahat etməkdədir: adları müxtəlif seksual qalmaqallarda hallandırılan, internet şəbəkələrində müxtəlif formada görüntüləri yayılan şəxslər niyə məhz AXCP (i)-dən çıxırlar? Nə üçün ölkəmizdə fəaliyyət göstərən digər müxalif yönlü siyasi təşkilatların üzvləri arzuolunmaz formada və üzdəniraq şəxslərlə bir yerdə yaxalanmırlar? Əli "bəy", sənin "qara piar" adlandırdığın, əslində isə, üzvlərin tərəfindən "qırmızı (əyləncəli) piar" kimi qəbul edilən bu qalmaqallarda nə üçün məhz AXCP (i) "fəallarına", tərəfdarlarına rast gəlirik? Yoxsa siz bu "kadrlarla" iqtidara gəlmək istəyirsiniz? Allah eləməsin, işdir-şayəd, birdən hakimiyyətə gəlsəniz, halımız necə olacaq? Belə olacağı təqdirdə, Azərbaycan qalmaqallı parnoqrafik məmur şouları ölkəsinə çevrilməyəcək ki?

Son hadisələr bir daha AXCP (i) haqqında dolğun təsəvvür yaratdı. Kimin kim olduğu məlum oldu. Daha heç bir "cəbhəçi" müxtəlif yerlərdə və müxtəlif kameralarla lentə alınan bu görüntülərin hakimiyyətin "AXCP-yə qarşı təzyiqi, terroru" kimi cəmiyyətə sırıya bilməz. Axı bu videoçarxlarda "cəbhəçilər" və onların tərəfdarları özləri-özlərinə "terror" etdilər. Bir də ki, həmin "terrorun" başlanğıcını məhz Ə.Kərimov qoyub. Ona görə də, təəccüblənmək lazım deyil.


RÖVŞƏN

Digər xəbərlər