Özlərini "ənənəvəi müxalifət" kimi cəmiyyətə sırımağa cəhd edən dağıdıcı qüvvələrin beş ildən bir hər dəfə birləşmə, seçkiyə vahid namizədlə getmək həvəsi oyanır. Amma hər dəfə də həmin istək elə quru istəkdən o yana keçmir. Çünki bunlardakı quru istək arxasında "liderlərin" bir-birini qəbul etməmələri, qarşılıqlı ittihamlar dayanıb. Elə havalar bir az qızan kimi küçələrə tökülməyi özlərinə peşə etmiş radikal müxalifət təmsilçiləri sadə məişət problemlərini də girəvə bilərək, mitinqlərdən, aksiyalardan dəm vururlr. Və artıq buradan da bəlli olur ki, müxalifətçiliyin fundamenti düzgün qoyulmamışdır. Ona görə də müxalifətin həmişə məğlubiyyətə uğrayacağı göz qabağındadır.
Radikal müxalifət "liderləri" imkan olanda bir-birilərini gözdən salmağa meyllidirlər. Belə qeyri-səmimilik var və bunu ictimaiyyət görür. Ona görə də bunların birlik modellərinin səmimi olduğu qənaətinə gəlmək mümkün deyil. O ki qala mitinqlərə həmin mitinqlərin baş tutmayacağını indidən proqnozlaşdırmaq mümkündür. Və məhz bu səbəbi yenə də müxalifət "liderlərində" axtarmaq lazımdır. "Liderlər" "İctimai Palata" adlı təşkilatı öz nüfuzları ətrafında saxlamaq istəyirlər. İstəyirlər ki, hər kəs onları qəbul edib, onların ətrafında birləşsin. Ona görə də müxalifətin birlik modelləri uğursuzluqla üzləşir.
Aprelin 8-də mitinq keçirmək istəyənlərin isə məqsədləri arxasında daha bir məqam dayanıb. Onlar hər dəfə "İctimai Palata" adı altında toplaşaraq, guya yeni "taktika" hazırladıqlarını bəyan edirlər. Həmin "taktika" isə həm də köhnəlmiş "taktika" kimi görünür. Çünki bu vaxta qədər nə mitinqlərdə, nə də aksiyalarda müxalifət ciddi uğurlara imza ata bilməyib. Səbəblərdən biri də, təbii ki, elektorat qıtlığıdır. Elektorat qıtlığı isə, o deməkdir ki, radikalizm artıq normal düşüncəli insanlar tərəfindən rədd edilir. Bunlar isə normallıqdan kənar "siyasi" qüvvələrdirlər. Ətraflarına topladıqları insanlar isə özlərindən heç də fərqlənmir. Yəni bu gün Pənah Hüseynov, İsa Qəmbərov, Əli Kərimov kimi siyasi dələduzları dəstəkləyən beş-on nəfərin məqsədləri xarici havadarların onlara atdıqları tulapayından yararlanmaqdır. Ancaq bu da olmadıqda, yəni xarici havadarları radikal müxalifətə sərmayələr yatırmadıqdan sonra, sözügedən beş-on nəfərin də ağlı başına gələcək və öz "liderlərini" yarı yolda qoyacaq. Bununla da radikalizmin növbəti uğursuzluğu göz qabağında olacaq. Elə 8 aprel mitinqi də məhz bu kimi hadisələrlə yadda qala bilər. Martın 17-də olan uğursuzluq kimi...
Rəfiqə Hüseynova