PDF Oxu

Müxalifət

  • 10

Əli Kərimovun “Regnum” sevgisi

Əli Kərimovun “Regnum” sevgisi

Bu gün heç kimə, eyni zamanda, informasiya sahəsində çalışan insanlara sirr deyil ki, Rusiyada fəaliyyət göstərən, lakin birbaşa erməni təbliğatı ilə məşğul olan "Reqnum" informasiya agentliyi zaman-zaman Azərbaycan əleyhinə təbliğat aparmaqla məşğul olub və indi də bu kimi siyasəti yürütməkdədir. Adıçəkilən agentlik açıldığı gündən etibarən Azərbaycandakı proseslərin işıqlanmasında, xüsusilə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində birtərəfli mövqe tutub. Faktların daima təhrif edilməsi, uydurmalar, ərazi bütövlüyü prinsipinə hörmətsizlik bu agentliyinin fəaliyyətinin əsas xətti olub.

Onu da xatırlatmaq mümkündür ki, erməni lobbisi tərəfindən maliyyələşdirilən agentliyin rəhbərliyi həm də separatizmin təbliğatını apararaq, daim Azərbaycan əleyhinə fəaliyyət göstərən adamlardan müsahibələr, açıqlamalar almaqdadır. Qeyd edək ki, bir zamanlar konkret olaraq ermənipərəst mövqeyi və "Rusiya və Ermənistana müstəqil Kürdüstan lazımdır" kimi şübhəli bəyanatlarla mütəmadi çıxışlar da "Regnum" agentliyinin "iş prinsiplərindəndir". Erməni təbliğatı tərəfindən hazırlanmış, nəinki böhtan xarakterli, hətta Azərbaycanın dostluq və qarşılıqlı anlaşmaya əsaslanan qonşuları ilə olan münasibətlərin korlanmasına hesablanan bu tip nəşrlərin məqsədi isə bəllidir.

Lakin burada daha bir neçə məqamlar mövcuddur ki, həmin məqamlardan biri də Azərbaycanın radikal müxalifət partiyalarının sədrləri tərəfindən bu kimi agentliklərlə, bilavasitə, "Regnum"la sıx əməkdaşlıq etmələridir. Daim "azərbaycançılıqdan", "türkçülükdən", "dövlətçilikdən" dəm vuran bu kimi adamlar şəxsi mənfəətləri və siyasi dividendləri xətrinə adıçəkilən informasiya qurumuna müsahibələr verir, "Regnum"un təxribat xarakterli suallarına canla-başla cavab verirlər. Təbii ki, burada bir mövcudluq var ki, həmin mövcudluq erməni siyasi dairələri ilə yaranan iş birliyinin nəticəsidir. Sözügedən iş birliyindən növbətisini AXCP (i) sədri Əli Kərimov atıb. "Gənclər siyasəti" adı altında aparılan qərəzli müsahibəsində erməni jurnalistinin suallarını cavablandıran Ə.Kərimov hər cümləsində Ermənistanın mövqeyini nümayiş etdirib.

17 martda baş tutan icazəli aksiyada 300-400 nəfərdən artıq adam toplaya bilməyənlərin agentliyin jurnalisti tərəfindən "minlərlə" kimi təqdim etməsi yalanına rəng qatan Ə.Kərimov bunu öz "gənclər siyasəti" kimi təqdim etməklə yanaşı əsil simasını ortaya qoyub. Məlum olub ki, Ə.Kərimov, əslində, həqiqətləri əks etdirməyən hadisələri ermənilərin gözü qarşısında real kimi göstərməklə ölkəsinə, xalqına qarşı necə qənim kəsildiyini göstərib. Əlbəttə ki, o, bu dəfə də erməni təbliğat maşınının işləməsinə şərait yaradıb. Əgər onu da nəzərə alsaq ki, "Regnum" separatçı Əlikram Hümbətovdan, "Sadval" terrorçu təşkilatının üzvlərindən, radikal İranmeyilli dini qruplaşmaların rəhbərlərindən, qondarma "DQR"-in separatçı rəhbərlərindən dəfələrlə çoxsaylı anti-Azərbaycan xarakterli müsahibələr alıb, daim Ermənistanın yürütdüyü işğalçılıq siyasətinə dəstək olub (burada Yerevanda keçirilmiş sönük hərbi paradın şişirdilmiş təbliğatını da göstərmək mümkündür) bu zaman AXCP (i) sədri Ə.Kərimovun həmin agentliyə nəyin qarşılığında müsahibə verməsi də aydın olur. Və o da aydın olur ki, əslində, Ə.Kərimov hansı kateqoriyalı "adamlar" sırasına aiddir. Ən azından Azərbaycan xalqı bunu yaxşı bilir.


RÖVŞƏN

Digər xəbərlər