PDF Oxu

Müxalifət

  • 14

“Azadlıq” qəzeti və “Panorama. am” saytının işbirliyi

“Azadlıq” qəzeti və “Panorama. am” saytının işbirliyi

"Eurovision -2012" Beynəlxalq Mahnı Müsabiqəsinin keçirilməsinə az müddət qalmasına rəğmən, həmin müsabiqənin baş tutacağından ən çox pəjmürdə olan məkrli qonşumuz Ermənistandır desək, heç də yanılmarıq. Belə ki, bütün imkanlardan istifadə etməyi qarşısına məqsəd qoyan Ermənistan dövləti bunun üçün uzağa getməyərək, özünə daha yaxın olan dairələrlə əməkdaşlıqlar etməkdədir.

"Azadlıq" qəzeti Ermənistanın dövlət mətbuat orqanıdır?


Həmin yaxın dairələrdən biri də AXCP (i)-nin mətbuat orqanı olan "Azadlıq" qəzetidir. Ermənistanın "Panorama.am" informasiya portalı, demək olar ki, hər gün adıçəkilən qəzetdən dezinformasiyalara istinadlar edərək, həmin məlumatları "dolğun informasiya" şəklində əhalisinə təqdim edir. Sanki "Azadlıq" qəzeti bilavasitə Ermənistanın hakimiyyət qəzetidir və orada yazılan hər bir məqalə anti-Azərbaycan xarakterli mövzuları əhatə edir.

Belə ki, bu dəfə "Panorama. am" saytının 2 aprel saat 14.06- ya olan informasiyası da "Azadlıq" qəzetinə istinad edilərək yazılıb. Başlıq isə bu cürdür: ""Azadlıq": Bakıda "Eurovision" üçün tikilən konsert zalı plagiatdır"(?!)

Əslində, burada da heç bir qeyri-adi hadisə baş verməyib. Çünki "Azadlıq" qəzetinin hər dəfə, bütün mövzularda erməni mətbuatına dezinformasiyalar ötürməsi heç də birinci hal deyil. Lakin qəzetin bu qədər rəzilliyin arxasınca ondan da betər rəzilliyə imza atması, ümumiyyətlə, heç bir çərçivəyə sığmır. Hətta "Azadlığ"ın erməni saytına ötürdüyü informasiya o qədər yalandır ki, bunu "Panorama.am"-ın özü də bilmədən etiraf edir.


Qısa müddətə tikilən möhtəşəmliklə dörd ilin fərqi və erməni də "Azadlığ"ı ifşa etdi


Məsələn, "Azadlığ"a istinad edən "Panorama. am" yazır ki, guya "Crystal Hall" hansısa xarici ölkələrin birində tikilmiş idman sarayının "prototipidir". Ancaq bu əsnada vurğulanır ki, həmin xaricdə tikilən bina dörd il müddətinə tikilib. Yəni "Azadlıq" iddia edir ki, "Crystal Hall" digər dövlətdə tikilən idman salonunun "prototipidir", "Panarmenian.am"isə yazır ki, həmin "prototip" başqa dövlətdə dörd il ərzində inşa olunub.

Bu isə, onu deməyə əsas verir ki, heç bir idman zalının prototipi olmayan möhtəşəm "Crystal Hall" Azərbaycanda bir neçə aya hazır olmaqdadır və işlər yekunlaşmaq üzrədir.Daha dəqiq desək, Bakının memarlıq incilərindən hesab olunacaq "Crystal Hall" dörd ilə deyil, qısa müddət ərzində və yüksək dizaynla hazırlanmış sənət əsəridir.

Məhz buradan bir daha belə bir nəticəyə gəlmək mümkündür ki, hətta erməni mətbuatı "Azadlıq" qəzetinin onlara ötürülmüş dezinformasiyalarını ifşa edirlərsə, onda yerdə qalanı qalsın "Azadlığ"ın vicdanına, hərgah həmin mətbu orqanda daha nə vicdan, nə də şərəf və ləyaqət qalıb. Bu qəzetin hər şeyi aşkar şəkildə göz qabağındadır...

RÖVŞƏN

Digər xəbərlər