PDF Oxu

Müxalifət

  • 12

Azərbaycan müxalifətinin anatomiyası

Azərbaycan müxalifətinin anatomiyası

Nə üçün radikal müxalifət sivil siyasi mübarizə yolunu deyil, destruktivlik və xəyanət metodunu seçib?

Son bir neçə həftə ərzində radikal müxalifət düşərgəsinin nümayəndələrinin söylədiyi fikirlər, xarici qərəzli dairələrin mətbuat orqanlarına verdiyi müsahibələr və irəli sürdükləri absurd iddialar bir daha bu cür arzuolunmaz mövzuya qayıtmağı və reallığı olduğu kimi təsvir etməyi labüdləşdirir. Çünki radikal müxalifətdən olan Əli Kərimov, İsa Qəmbərov və digərləri müəyyən dairələrin qrantlarını və yardımlarını almaq üçün bütün norma və dəyərləri unudaraq, ən son variantlara belə əl atırlar. Burada əsas sezilən hərəkətlərin isə xəyanət üzərində qurulması cəmiyyət tərəfindən birmənalı şəkildə qarşılanmır. Məhz bu yaxınlarda Almaniya hökumətinin nümayəndəsilə görüşən radikal müxalifət nümayəndələrinin almanlardan alacaqları yardımlar əvəzinə, istənilən vəzifəni yerinə yetirəcəklərinə söz vermələri isə deyilənləri təsdiqləyir. Belə bir şəraitdə cəmiyyəti düşündürən bir sual cavabını tələb edir: nə üçün radikal müxalifət sivil siyasi mübarizə yolunu deyil, destruktivlik və xəyanət metodunu seçib?

Son bir neçə həftə ərzində radikal müxalifət düşərgəsinin nümayəndələrinin söylədiyi fikirlər, xarici qərəzli dairələrin mətbuat orqanlarına verdiyi müsahibələr və irəli sürdükləri absurd iddialar bir daha bu cür arzuolunmaz mövzuya qayıtmağı və reallığı olduğu kimi təsvir etməyi labüdləşdirir. Çünki radikal müxalifətdən olan Əli Kərimov, İsa Qəmbərov və digərləri müəyyən dairələrin qrantlarını və yardımlarını almaq üçün bütün norma və dəyərləri unudaraq, ən son variantlara belə əl atırlar. Burada əsas sezilən hərəkətlərin isə xəyanət üzərində qurulması cəmiyyət tərəfindən birmənalı şəkildə qarşılanmır. Məhz bu yaxınlarda Almaniya hökumətinin nümayəndəsilə görüşən radikal müxalifət nümayəndələrinin almanlardan alacaqları yardımlar əvəzinə, istənilən vəzifəni yerinə yetirəcəklərinə söz vermələri isə deyilənləri təsdiqləyir. Belə bir şəraitdə cəmiyyəti düşündürən bir sual cavabını tələb edir: nə üçün radikal müxalifət sivil siyasi mübarizə yolunu deyil, destruktivlik və xəyanət metodunu seçib?

Keçmişi unutdurmağa çalışan müxalifət...

Radikal müxalifət ictimaiyyətdən müəyyən mənada dəstək almaq məqsədilə hər zaman hakimiyyətə qarşı absurd iddialar irəli sürür. Bu işdə isə, xüsusilə, aktivliyilə seçilən Əli Kərimov xarici qərəzli dairələrin, ələlxüsus, ermənilərin məqsədlərinə xidmət edən mətbuat orqanlarına müsahibələr verir, yalanlar uydurur. Təbii ki, bu cür hərəkətində o, iki məqsədi güdür: birincisi, keçmişdə olanların üzərinə pərdə çəkmək, ikincisi, Azərbaycanda destabillik yaratmaq istəyənlərin qrantlarını, yardımlarını əldə etmək. Lakin reallığı üzə çıxarmaqla, biz bir daha Əli Kərimov kimilərin səhv etdiyini xalqa detallı şəkildə göstəririk.

Bu gün Azərbaycan hakimiyyətini pis idarəçilikdə ittiham edən Əli Kərimov, İsa Qəmbərov özlərinin hakimiyyətdə olduqları zaman mövcud olmuş siyasi, sosial-iqtisadi şəraiti, deyəsən unudublar, ya da, unutdurmağa çalışırlar.

1992-ci ildə hakimiyyəti silahlı qəsb yolu ilə ələ alan AXC-Müsavat birliyi sonradan respublikanı elə bir vəziyyətə qoymuşdu ki, rüşvət, korrupsiya və cinayətkarlıq dövlət siyasəti səviyyəsinə qalxmışdı. Xatırladaq ki, 1993-cü ilin may ayının 25-də Prezidentin İcra Aparatında o zamankı Prezident Əbülfəz Elçibəyin rəhbərliyi ilə keçirilən müşavirədə səslənən fikirləri, qarşılıqlı ittihamları təhlil etdikcə, deyilənlər bir daha öz təsdiqini tapır və AXC-Müsavat iqtidarı xalq və dövlət qarşısında xəyanətlərini, səriştəsizliyini etiraf edir. Həmin müşavirədə çıxış edən Prezident Əbülfəz Elçibəy deyir ki, "biz bir ildən çoxdur hakimiyyətdəyik. Təəssüf ki, dövlət quruculuğunu nəzərdə tutduğumuz kimi yerinə yetirə bilmirik".

O zaman dövlət katibi vəzifəsini tutmuş Əli Kərimov isə öz dililə satqınlığı və riyakarlığı təsdiqlədi: "İqtisadi sahədə cinayətkarlıq elə bir vüsət alıb ki, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, həmin vəsaitin xaricdə saxlanması və bir sözlə, dövlət əmlakının talan edilməsi adicə hala çevrilib. Biz bunu etiraf etməliyik. On milyonlarla dollar hələ də xaricdə, ayrı-ayrı adamların hesabında saxlanılır və biz yaddan çıxarmamalıyıq ki, bu, dövlət əmlakıdır və dövlət əmlakının mühafizəsi bizə tapşırılıb. Ona görə də bilavasitə bu dövlət əmlakının dağılmasında məsul şəxslər kimi özümüzü mənən iştirakçı saymalıyıq".

Ə.Kərimov, həmçinin, iqtisadi cinayətkarlıqda dövlətin yüksək vəzifəli məmurlarının birbaşa iştirak etməsi barədə yüzlərlə fakta malik olduqlarını da deyir: "İqtisadiyyatın bütün sahələrində cinayətkarlıq iri miqyas alıb və hətta ayrı-ayrı cinayət faktları göstərir ki, hüquq-mühafizə orqanlarının da müəyyən vəzifəli şəxsləri daxil olmaqla, artıq dövlət orqanlarının daxilində müəyyən cinayətkar təbəqələr formalaşmaqdadır".

Göründüyü kimi, satqınlığı, rüşvəti və cinayətkarlığı dövlət siyasətinə çevirmiş Əli Kərimov, İsa Qəmbərov bu gün mediada populist çıxışlar etməklə nəinki, keçmişdə baş verənləri unutdurmağa çalışırlar, hətta yuxarıdakı faktlara görə özlərinə bəraət qazandırmağı da unutmurlar.


Destruktivlik və xəyanət radikalların əsas mübarizə metodudur

Keçmişi unutmaq, əlbəttə ki, hər bir xalqın gələcəyinin təhlükə altına düşməsi deməkdir. Xalqın sərvətini talamış şəxslərin 20 il sonra yenidən həmin xalqın qarşısına çıxaraq, yalan danışması və absurd iddialar irəli sürməsi faktı isə siyasi riyakarlıqdan başqa bir şey deyil. Radikal müxalifət vaxt ötdükcə, xalqın onlardan üz döndərdiyini, Əli Kərimov, İsa Qəmbərov və digərləri timsalında müxalifətçi görmək istəmədiyini başa düşür. Lakin onlar siyasi meydanı da tərk etmək istəmirlər. Çünki xarici qərəzli dairələrin siyasi sifarişlərini yerinə yetirməklə, ayrılan qrantları heç kəslə paylaşmaq niyyətində deyillər. Yəni anlaşılan odur ki, radikal müxalifət sivil siyasi mübarizə metodlarından istifadə etmək imkanlarını tükədib və çıxış yolu kimi, xəyanəti seçib.

Xatırladaq ki, bir müddət öncə ictimaiyyətdə Almaniyanın xarici işlər naziri Guido Vestervellenin radikal müxalifətin başçıları, onların təsiri altında olan "hüquq müdafiəçiləri", ictimai təşkilatların rəhbərlərilə nəyi müzakirə etdiyi "maraq" doğurmuşdu. Sual olunmuşdu ki, nə üçün dövlət qeydiyyatından keçmiş 50-dən artıq siyasi partiyadan yalnız ikisinin rəhbəri görüşə dəvət olunmuşdu? Bəli, araşdırmaların ardından bəlli olmuşdu ki, Əli Kərimov və İsa Qəmbərov yenidən Azərbaycan xalqına xəyanət yolunu seçiblər.

Bir daha xatırlanmalıdır ki, Azərbaycan xalqı adları çəkilən xəyanətkarların dəfələrlə Azərbaycanın maraqlarına zidd olan sövdələşmələrə getdiyini, Dağlıq Qarabağı şəxsi ambisiyaları naminə satdığını, ermənilərlə gizli sazişlər bağladığını və s. çox görüb. Əli Kərimov, İsa Qəmbərov, Leyla Yunus kimi xəyanətkar və riyakarlar Azərbaycanın maraqlarına zərbə vurması heç də yeni hal deyil. Əsas detallarının gizlin saxlanıldığı həmin görüşlərdə Ə.Kərimov və İ.Qəmbərov Q.Vestervelledən Almaniyanın Azərbaycana təzyiq göstərməsini, Almaniya mətbuatının Azərbaycana qarşı kampaniyasını davam etdirməsini xahiş ediblər. Hətta etibarlı mənbələrdən aldığımız məlumata görə, Ə.Kərimovun radikal müxalifətə yaxınlığı ilə seçilən müxtəlif QHT-ləri maliyyələşdirməyi Almaniya XİN rəhbərindən xahiş edib. Əvəzində isə, istənilən sifarişi yerinə yetirməyə hazır olduğunu bildirib.

Göründüyü kimi, radikal müxalifət qrantlar, maliyyə yardımları əvəzində xarici dövlətlər qarşısında öhdəliklər götürür və Azərbaycandakı sabit vəziyyəti pozmağa çalışır. Burada isə radikal müxalifət, əsasən, destruktiv vasitələrdən istifadə edir.


Radikallar gənclərdən çirkin məqsədləri üçün istifadə edir

Bütün vasitələrlə yanaşı, Əli Kərimov və İsa Qəmbərov niyyətinə çatmaq və çirkin məqsədlərini reallaşdırmaq üçün gənclərdən də vasitə kimi istifadə edirlər. Radikal müxalifət, xüsusilə, AXCP sədri Əli Kərimov və Müsavat partiyasının başqanı İsa Qəmbərov ətraflarına yığdıqları 5-10 gənci yenidən mitinqlərə, piketlərə çıxmağa məcbur edir və onlardan öz cılız siyasi maraqları naminə istifadə etməyə çalışırlar. Onsuz da hər kəs bu radikalların əvvəllər gəncləri hansı çirkin oyunların alətinə çevirdiyini görüb. Dağlıq Qarabağı ermənilərə satan, Azərbaycana təzyiq etmək üçün xarici dövlətlərin kəşfiyyat orqanlarına material ötürən gənclər, məhz AXCP ilə Müsavatın sıralarından çıxıb. Həmin gənclər bəlkə də, etdiklərinin fərqini iş-işdən keçdikdən sonra anlamağa başlayırlar. Lakin məsələnin özəyi ondan ibarətdir ki, çirkin oyunların alətinə çevrilmiş gəncləri, məhz AXCP sədri Əli Kərimov və Müsavat partiyasının başqanı İsa Qəmbərov yolundan azdırır. Bu səbəblərdən də, Əli Kərimov kimilərin ətrafındakı aldadılmış şəxslər heç vaxt Azərbaycan gəncliyini təmsil edə, onlara nümunə ola bilməzlər. Çünki Əli Kərimov gənclərə yalnız xəyanət, satqınlıq, riyakarlıq, dövlətə və xalqa qarşı düşmənçilik öyrədə bilər.


"Səs" Analitik qrupu

Digər xəbərlər