PDF Oxu

Müxalifət

  • 7

Qaranlığa daş atanlar

Qaranlığa daş atanlar

Siyasi uğursuzluqların acısını dadan radikal müxalifət çıxış yolunu, ancaq icazəsiz aksiyalar keçirməklə ölkədə ictimai asayişin pozulması kimi ciddi qanun pozuntusuna gətirib çıxarmaqda görür. Müsavat, AXCP(i) və bu kimi digər radikal partiya sədrlərinin verdikləri boş-boş bəyanatlarında icazəsiz mitinqlər, aksiyalar haqda fikirlərə tez-tez rast gəlmək olur. Xalqın etibarını hələ hakimiyyətdə olduqlari dövrlər ərzində yürütdükləri uğursuz siyasət nəticəsində tamamilə itirən İsa Qəmbərov, Əli Kərimov cütlüyü şərəf və ləyaqətlərini xarici qüvvələrin maraqlarına qurban verməklə, bir daha hansı maraqlardan çıxış etdiklərini büruzə verdilər. Bir qrup gənci icazəsiz aksiyalara təhrik etməyə can atan radikal partiya sədrləri nədənsə bu aksiyalarda görünməz olurlar. Aprelin 8-də mitinq keçirəcəkləri barədə ağızdolusu danışan radikallar indidən çirkin niyyətlərinin yenə də uğursuzluqla nəticələnəcəyini hiss edirlər. Xarici qüvvələrin Azərbaycanda təsir dairəsinin genişləndirilməsi, ictimai asayişin pozulması və bu kimi neqativ halların yaranması üçün canfəşanlığa düşən, dəridən- qabıqdan çıxan radikal müxalifət partiya liderləri, havadarları tərəfindən onlar üçün ayrılan külli miqdarda çirkli pulların hara sərf edildiyi sualını min bir bəhanələrlə qulaqardına vurmağa çalışırlar. Fırıldaqlıqdan, yalandan özlərinə don geyinən İsa Qəmbərov, Əli Kərimov və digər radikal partiya sədrlərinin özləri də gözəl anlayırlar ki, bu çirkli pulların nəyin qarşılığında ayrıldığı, hansı yollarla kimlərə və necə xərcləndiyi xalqa məlumdur. Özlərini vicdanlı və təmiz göstərməyə çalışan radikallar qaranlığa daş atan avam insanlar kimi çıxılmaz bir yol ayırıcında qalıblar. Müsavat və AXCP (i) mətbuatına nəzər salsaq, onların, əslində, bir-birilərinə olan nifrətin, daxili kinli münasibətlərin şahidi olardıq. Guya ədalətdən dəm vuran "partiya sədrləri"nin icazəsiz mitinqlərdən, aksiyalardan dəm vurmaları və yeni ideologiyalardan danışmaları artistlikdən başqa bir şey deyildir. Günü-gündən uçurumun dərinləşdiyini hiss edən radikal müxalifət partiya sədrləri işlətdikləri hər bir cümlənin, əslində, onların maraqlarından deyil, birbaşa xarici qüvvələrin mənafelərinə qulluq etdiyini açıq şəkildə büruzə verirlər. Onun-bunun hesabına kişi olmağa çalışan, verilən cib xərclikləri qarşılığında mənliklərini ayaqlar altına atan radikal partiya sədrlərinə məsləhət bu olardı ki, boş-boş vədlər verməkdənsə, kəmiyyətə yox, keyfiyyətə üstünlük versinlər. Necə deyərlər, ac ol, kişi ol.


İlqar Siyafov

Digər xəbərlər