PDF Oxu

Müxalifət

  • 10

“İctimai Palata”nın Rəsul Quliyevə nifrəti nədən qaynaqlanır?

“İctimai Palata”nın Rəsul Quliyevə nifrəti nədən qaynaqlanır?

Azərbaycanın radikal müxalifətində təlaş hökm sürür. Belə ki, ümumi düşərgədə üstünlüyü ələ aldığını hesab edən "İctimai Palata"nın "ana müxalifətçilik" stasusu artıq əldən çıxmaq üzrədir. Təbii ki, həmin "statusu" onlara çox görən əsas fiqurlardan biri "ACP" lideri Rəsul Quliyevdir. Daha dəqiq desək, söhbət sabiq spiker R.Quliyevin ətrafında yaranan "Milli Müqavimət Hərəkatı"ndan gedir. Ötən ilin son aylarından başlayaraq "fəallaşmış" eks-spiker artıq öz ətrafında bir vaxtlar yığdığı müəyyən maddiyyatlar hesabına sifarişli "siyasi qüvvələri" toplaya bilib. Onun "lideri" olduğu "Açıq Cəmiyyət Partiyası" da daxil olmaqla, 4 partiyanın - ALDP, "Azadlıq", "KXCP" və "Aydınlar" partiyasının düşərgə sükanını ələ keçirmək cəhdləri məsələni daha da qəlizləşdirib. Ən maraqlı nüans isə bir vaxtlar "İctimai Palata"nın üzvü olan "KXCP"-nin həmin qurumdan ayrılaraq sözügedən birliyə qoşulmasıdır ki, R.Quliyev bu vasitə ilə "palataya" sarsıdıcı zərbə vura bilmişdi.

Bəzi ehtimallara əsasən, ADP də bu birliyə qoşula bilər. ADP gələrsə, "Ümid" də yeni qurumda olacaq. O halda, sözügedən "Milli Müqavimət Hərəkatı" artıq "İctimai Palata"ya alternativ kimi deyil, həmin qurumu sıradan çıxarmaq üçün fəaliyyət göstərməyi nəzərdə tutub. Yəqin ki, eks-spiker qurumun genişlənməsinə və güclənməsinə maliyyə də ayıracaq. Onu da proqnozlaşdırmaq mümkündür ki, "Milli Müqavimət Hərəkatı"nın "İP"-dən ayrıldığı tək partiya "KXCP" olmayacaq. Çünki daha bir neçə partiyanın "palataya" qarşı üz çevirəcəyi indidən məlumdur. Belə ki, R.Quliyevin iddia etdiyi kimi, onun ABŞ-dakı görüşləri arxasında da məhz həmin faktorlar dayanıb. Əldə etdiyimiz informasiyalara görə, R.Quliyev bir sıra şəxslərlə görüşdükdən sonra əlində olan maliyyəsini artırmaqdan ötrü danışıqlara gedib. Həmin danışıqların əsas hissəsi ilə bilavasitə müxalifət düşərgəsində "ana müxalifət" obrazını canlandıran "liderləri" sıradan çıxarmaqdır. Bu vasitə ilə o guya düşərgədə "yeniləşməni" saxlayacağını düşünür. Qeyd edək ki, həmin məsələdə R.Quliyevə dəstək olanlardan biri də AMİP "lideri" Etibar Məmmədovdur.

Xatırladaq ki, hələ bir müddət öncə R.Quliyevlə E.Məmmədov Avropada görüşərək birgə hərəkət etməklə bağlı qərara gəlmişdilər. Hər halda, AMİP-in də "İP"-dən uzaqlaşmağı bunu deməyə əsas verir. Bu arada "İctimai Palata" daxilindəki ciddi narahatlıq özünü daha çox göstərir. "Palata"ya yaxın mətbuat orqanları qondarma qurumun son "sessiyası"nı az qala mitinq kimi təqdim ediblər. "İctimai Palata" rəhbərliyinin bu günlərdə "Azadlıq" və "Yeni Müsavat" qəzetləri ilə münasibətləri yaxşılaşdırdığı da aşkar hiss olunur. İstənilən halda, R.Quliyevin fəallaşması ilə radikal müxalifətin parçalanmasını reallaşdırıb. Bundan sonra "İctimai Palata" istəsə belə parçalanmanı dayandıra bilməyəcək. Çünki bir-birinə qarşı yaradılan alternativ qurumlar artdıqca, iflasa qarşı atılan addımlar da bir o qədər böyüyür.

Rəfiqə Hüseynova

Digər xəbərlər