Zaman-zaman xarici ölkə səfirləri ilə mütəmadi görüşmələrə can atan radikal müxalifətin partiya sədrləri, eləcə də, "İctimai Palata"nı öz inhisarlarında saxlayan AXCP (i)-Müsavat cütlüyünün cəhdləri bir çox qaranlıq məsələlərə aydınlıq gətirir. Belə ki, əsas məqsədlərini "kütlə" vasitəsilə reallaşdırmağa, məhz həmin "kütlələrdən" məqsədləri naminə istifadə etməyə səy göstərən radikalların xarici səfirlər qarşısındakı ilkin tələbləri maddi vəsaitdir, yəni puldur.
Əsasda Avropa Birliyinə daxil olan ölkə səfirləri ilə görüşmək üçün dəridən-qabıqdan çıxan "İctimai Palata" inhisarçıları, təbii ki, bir sıra öhdəçiliklər də götürürlər. Və burada qeyri-məqamlar da mövcuddur ki, həmin məqamlar arxasında xarici diplomatların ölkəmizin daxili işlərinə etdikləri müdaxilə tipli davranışlarıdır. Əgər belə olmasa idi, hər halda, nə müxalifət "liderləri" onlar qarşısında öhdəçiliklər götürər, nə də səfirlik nümayəndələri onların qarşısına tələblər qoymazdılar. Bir sözlə, sözügedən hər iki nüansda dövlətçilik maraqlarına zidd olan hallar qabardılmaqdadır. Hətta bu barədə mətbuata açıqlama verən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov vurğulamışdır ki, Avropa Birliyinə daxil olan ölkələrin səfirləri ilə "İctimai Palata"nın görüşmək niyyəti onların hüququdur. Lakin Avropa ölkələrinin səfirləri bundan sonra onlarla hansı üzlə görüşəcək, bu, aydın deyil: " "İctimai Palata" bir neçə dəfə Avropa Birliyinə daxil olan ölkələrin Azərbaycandakı səfirləri ilə görüş təşəbbüsü ilə çıxış edib. Ötən il keçirdikləri görüşdə hansı məsələlərin müzakirə olunduğuna dair stenoqram var. Onların birinci tələbi puldur. Səfirlərin biri də deyib ki, mitinqə kifayət qədər adam çıxartmasanız, maddi və mənəvi dəstək verməyəcəyik. Hətta səfirlərdən biri müxalifətçilərin aksiyada iştirak edənlərin sayı ilə bağlı məlumatının yalan olduğunu da bildirib".
R.RƏSULOV