PDF Oxu

Müxalifət

  • 11

“Qarabağ” bloku “İctimai Palata”nı ittiham etdi

“Qarabağ” bloku “İctimai Palata”nı ittiham etdi

Radikal müxalifətə çoxtirəlik anlayışının ən qabarıq nümunələrindən biri də düşərgə daxilində partiyalar və bloklar arasındakı qəbuledilməzlik prinsipiallığıdır. Söz yox ki, müxalifət təmsilçisi olan hər bir partiya öz fəaliyyətini digərlərindən artıq görür və həmin amil parçalayıcı məqamın başlıca xüsusiyyətlərindən hesab olunur. Yəni hər hansı blok, yaxud birlik timsalında fəaliyyət göstərən müxalifət partiyalarının liderləri başqalarını özlərindən ucuz tuturlar. Təbii ki, yaşanan ikitirəliklərlə yanaşı, siyasi monopolizm uğrunda amansız savaşlara da start verilir. Növbəti belə bir savaş ADP sədri Sərdar Cəlaloğlu tərəfindən elan olunub.


"20 ildir müxalifət var, ancaq heç bir dəyişiklik yoxdur".


Müxalifətin sağalmaz ağır xəstəliyə düçar olmasına həm də bir həkim-cərrah kimi diaqnoz qoyan ADP sədri onun bir neçə tərəfdən konsilium edildiyini bildirib. Qeyd edək ki, "Qarabağ" blokunun üç ildir ki, yarandığını vurğulayan S.Cəlaloğlu qurumun "İctimai Palata" ilə heç bir kontaktda olmamasını deyib. Partiya sədri "İctimai Palata"nın tez bir zamanda həyatını itirəcəyini istisna etməyərək deyib ki, bunun nəticəsi müxalifətin siyasi məntiqdən uzaq fəaliyyət göstərməsidir: "İctimai Palata"nı müzakirələrə dəvət etmişik, ancaq "yox" cavabı almışıq".


"Qarabağ" bloku ilə də irəliləyişə nail olmaq mümkün deyil"


S.Cəlaloğlu müxalifətin siyasi texnologiyasının yanlış olduğunu söyləyib:"Müxalifət nəzəri cəhətdən hazır olmadığına görə aparılan mübarizə ilk baxışdan effektiv görünsə də, son nəticədə, heç bir siyasi inkişafa gətirib çıxarmır. Bu səbəbdən də, 20 ildir müxalifət var, ancaq heç bir ciddi dəyişiklik yoxdur. Bu, texnologiyanın qüsurundan qaynaqlanır".


R.RƏSULOV

Digər xəbərlər