PDF Oxu

Müxalifət

  • 13

Əli Kərimov kimisini “lider” sayanlar ziyalılar deyil, zavallılardır

Əli Kərimov kimisini “lider” sayanlar ziyalılar deyil, zavallılardır

Son zamanlar AXCP (i) sədri Əli Kərimovun adının radikal müxalifət düşərgəsində az qala "ana müxalifət lideri" kimi təqdim olunması özündə bir çox suallar yaradır ki, həmin suallara cavab axtararkən, istər-istəməz onun keçmişinə nəzər salmalı olursan.

"Siyasi fəaliyyətində" bir çox ayamalara (malçişka, "qoluboy", "oxlovudan" və s.) tuş gələn partiya sədrinin birdən-birə bu qədər "populyarlaşması" arxasında bəzi qondarma "ziyalıların" da adlarının hallanması isə təəssüfdoğurucu hallardandır. Daha dəqiq desək, Ə.Kərimov kimi siyasi maxinatorun ətrafına toplaşanların "ziyalı" adlandırmaları həmin təəssüfün əsas qayəsidir. Bu baxmdan da, onların "ziyalı" deyil, həqiqətdə zavallı olmaları ən çox qabarıq görünən hallardandır. Çünki belə bir nacins, əxlaqını, ləyaqətini və şərəfini pul-paraya satan, eləcə də, balkonundan ona etirazlar edənlərə xanımı vasitəsilə "şiş" göstərdənin ətrafındakılara ziyalı deməyin özü bəlkə də mənəvi cinayətdir.

Bu gün müxalifətin mətbuat orqanı sayılan, həqiqətdə isə, Ermənistana məlumatlar ötürən "Azadlıq" adlı bulvar qəzetində yazılanlar da, orada çıxış edən siyasi dələduzlar da həmin mənəvi cinayəti üzərlərində daşıyan nacinslər toplumunun bir parçasıdırlar. Əlbəttə ki, əsil həqiqət yandırıcı olur və qəzet olaraq bizim həqiqətlərimiz daim radikalizmə, dağıdıcılığa, dövləti xəyanətlərə dəstək verənləri ifşa etməkdir. Məhz ona görə də müxtəlif məqamlarda həqiqəti yazan əməkdaşlarımıza müxalifətçi ünsürlər tərəfindən təhdid xarakterli telefon zənglərinin edilməsi, həmin zənglərdə onların "mərifət və qanacaqlarının" üzə çıxması onların bundan qeyzə gəlməsindən xəbər verir. Necə deyərlər, soğan yeməmisən, için niyə göynəyir?

Belə bir kəsimdə tərənnüm olunan qondarma "ziyalılar" da mövcuddur ki, bu gün onlar həqiqətdə "gey"lərə simpatiya göstərən bir ünsürün müdafiəsinə qalxıblar. Məsələ ondadır ki, bu günə qədər Ə.Kərimovun şəklini qəzetlərdə görən Rafiq Əliyev adlı birinin nəinki Ə.Kərimovu, eləcə də, onun dələduz bankir qohumuna "qahmar" çıxması təəccüb doğurur. "Siyasi xadimin qohumu olduğuna görə kimisə həbsə atmaq eybəcərlikdir" deyən R.Əliyev əminəm ki, həmin şəxsin dələduz cinayətkar olduğunu çox gözəl bilir. Sadəcə, özü öz mənəviyyatını Ə.Kərimov kimi siyasi blefologiya "ustası" olan naşəxsin ayaqları altına atır və həqiqəti söyləməyə cürət etmir. Bununla da hansı eybəcərliyə xidmət etdiyini, hansı çirkinliklər içində olduğunu sübuta yetirmiş olur.

Lakin R.Əliyevlə yanaşı, digər onun kimi "ziyalıların" da belə bir "etiraz kampaniyasına" qoşulmaları bir daha təsdiq edir ki, onlar nəinki "ziyalı" deyillər, hətta zavallıdırlar. Zavallıdırlar ki, Ə.Kərimov kimi xəyanətkarın "arxasını" qorumağa məhkum olublar.


R.RƏSULOV

Digər xəbərlər