1993- cü illərdə gedən siyasi çəkişmələr nəticəsində baş verən ölkədaxili çaxnaşmalardan o vaxtkı hakimiyyət birbaşa xəbərdardır. Belə ki, İsa Qəmbərov və Etibar Məmmədovun səsləndirdiyi fikirlər bizə bunu deməyə əsas verir.
Tutduqları postlardan əl çəkmək istəməyən o vaxtkı "hakimiyyət" rəhbərləri bütün siyasi böhrandan yalnız öz maraqları üçün yararlanmaq, dövlət və millət maraqlarına zidd ola biləcək bütün təxribatlara rəvac verəcək qanunsuz hərəkətlərə qol qoyaraq, qardaş qırğınına gətirib çıxaracaq bir ab-hava yaratdılar. Rəhmətlik Mirzə Ələkbər Sabirin bu sözləri yerinə düşür: "Millət necə tarac olur olsun, nə işim var?" Qardaşı qardaşa qırdırmaqdan belə çəkinməyən İsa "bəy", atdıqları hər bir səhv addımları kimlərinsə üstünə atmaqla özünə bəraət qazandırmağa çalışırdı. Qanlı-qadalı 1993- cü illərdə xalq özünün xilaskarını axtardığı bir vaxtlarda İsa Qəmbərov, Etibar Məmmədov və s. kimi "siyasətçilər" hələ də öz oyunlarını oynamaqda idilər. Xalqın taleyi ilə oynayan İsa Qəmbərov hər dəfə yalanlarla dolu verdiyi bəyanatlardan artıq Azərbaycan cəmiyyəti də cana yığılmışdı. 1993- cü ildə İsa "bəy"in yalnız qardaş qırğının dayandırılacağı təqdirdə istefaya gedəcəyini səsləndirməsi və buna rəsmi təminat verilməsi barədə zəmanət istəməsinə, E.Məmmədovun "Mən, bu zəmanəti verirəm" deyə İsa Qəmbərovun bu təklifinə cavab verməsinə nədənsə İsa Qəmbərov nə reaksiya vermiş, nə də istefaya getmişdi. Əməllərində belə verdiyi sözləri tutmağı bacarmayan İsa Qəmbərovdan bundan artıq heç nə gözləməyə belə dəyməzdi. Rahat kreslo uğrunda açıqca rəqabət aparan adları çəkilən "siyasətçi"lər, göründüyü kimi, Azərbaycanda qardaş qırğınının yaranmasına bilavasitə aparıcı rol oynamaqla yanaşı, həm də öz maraqlarına uyğun olaraq bəyənatlar verilirdi. Demokratiyadan, inkişafdan danışmaqdansa, öz maraqlarına uyğun olaraq, şəxsi prizmalardan yaxınlaşmaqdansa, yaxşı olardı ki, radikal Müsavat partiya sədri İsa Qəmbərov və onu dəstəkləyən xarici qüvvələr fikir yürütməmişdən qabaq tarixi faktlara bir daha nəzər salsınlar.
İlqar Siyafov