Ermənilər tərəfindən də dəstəklənən "hüquq müdafiəçisi" siyasi və fiziki fahişə olduğunu gizlətmirBu günlərdə Mətbuat Şurasının təşəbbüsü ilə ölkənin aparıcı media qurumlarının rəhbərləri tərəfindən "Eurovision-2012"də iştirak edəcək ölkələrin mətbuat qurumlarına birgə müraciət ünvanlanıb. Buna səbəb isə bəzi Qərb KİV-lərində Azərbaycanla bağlı qərəzli, heç bir əsaslara və faktlara söykənməyən materialların dərc edilməsidir.
Baş tutacaq möhtəşəm müsabiqə ərəfəsində Azərbaycana qarşı bəzi ölkələrin media qurumları tərəfindən qəsd xarakterli kampaniya aparıldığını bildirən müraciət müəllifləri bu kimi amilin medianın peşəkarlıq prinsiplərinə uyğun olmadığını, birtərəfli və qərəzli yazılar verildiyini qeyd edib, təəssüf etdiklərini vurğulayıblar.
Lakin həmin müraciət qəbul edildikdən sonra, özlərini və mənəviyyatlarını xarici ağalarına satan Leyla Yunusova, Arif Yunusov kimi bəzi qondarma hüquq müdafiəçiləri, eləcə də, onların züytutanları növbəti dəfə siyasi fahişəliklərini nümayiş etdirərək, daha da azğınlaşdıqlarını radikal müxalifətin mətbuat səhifələrindəki açıqlamaları ilə sübut edirlər. Buna misal kimi, "Sülh və Demokratiya İnstitutu"nun direktoru L.Yunusovanın "Azadlıq" qəzetindəki qara-qışqırıqlarını göstərmək olar. Belə ki, məlum müraciətdən sonra onun buna etiraz edərək Mətbuat Şurasının rəhbərliyinə, eləcə də, Prezident adminstrasiyasına "müzakirə aparmaq" təklifi etməsi qeyri-ciddi qəbul olunmaqla yanaşı, əslində, L.Yunusovanın nə qədər həyasız varlıq olmasına dəlalət edir. Məhz bu barədə müxalifət mətbuatına açıqlama verən "hüquq müdafiəçisi"nin sözlərinə görə, xarici mətbuatda Azərbaycanla bağlı qərəzli çıxışların əksəriyyətini məhz o edib. Hətta bir az da irəli gedib bundan sonra da Qərb mediasına bu kimi müsahibə verməyə hazırlaşdığını (?!) deyən L.Yunusova ermənilərə işlədiyini sübut etmiş olub. Çünki Ermənistanın bir neçə xəbər saytlarında da "hüquq müdafiəçisi"nin həmin açıqlaması əks edilib. Panorama.am, Armtoday.am, Times.am kimi xəbər saytları L.Yunusovanın erməni hüquq müdafiəçiləri tərəfindən də dəstəkləndiyi xəbərləri geniş yer almaqdadır. Bütün bunlar isə belə bir nəticəyə gəlməyə imkan verir ki, bu gün aşkar şəkildə ermənilər tərəfindən də dəstəklənən "hüquq müdafiəçisi" L.Yunusova siyasi və fiziki fahişə olduğunu gizlətmir. Bu isə onun adı ilə özü arasında olan həyasızlıq bənzərliyinin aşkar təsdiqidir.
RÖVŞƏN