PDF Oxu

Müxalifət

  • 9

“Məndən başqa yalandır”

“Məndən başqa yalandır”

Mahiyyətcə mənasız bir "qrup" olan radikal müxalifət partiyaları yarandıqları ilk günlərdən yalnız xarici qüvvələrin maraqlarına qulluq ediblər. Belə ki, hələ 1993-cü ildə mərhum Əbülfəz Elçibəyə ünvanlanmış "Ölkədə gedən siyasi proseslərə necə qiymət verirsiniz" sualı ilə müraciət olunan zaman, hakimiyyət uğrunda gedən didişmələrdən və Etibar Məmmədov, İsa Qəmbərov, Nemət Pənahov kimi saxta insanların oynadıqları ikiüzlü oyunlardan narahatlıq hissi keçirdiyini dilə gətirmişdi. AXC kölgəsi altında reytinq toplayan İsa "bəy"in, Etibar "bəy"in birdən- birə AXC hərəkatına qarşı çıxmaları, hətta Əbülfəz Elçibəyə kinayəli bir şəkildə düşmən gözü ilə baxmaları bu hərəkatdan öz mənafeləri üçün yararlanan AMİP, Müsavat partiya liderlərinin sonradan iç üzlərini aydınlatdı. AXC hakimiyyəti dövründə Əbülfəz Elçibəyin yanından bir addım da olsa, ayrılmayan bəzi saxtakarların xarici qüvvələr tərəfindən pula şirnikləndirilməsi, bahalı maşınlarla, evlərlə təmin olunması vədləri öz bəhrəsini verdi. İsa Qəmbərovun 1993-cü ildə "Əbülfəz Elçibəy xalqa xəyanət eləyib,partiyadan uzaqlaşdırılmalıdır" deməsi, Etibar Məmmədovun Əbülfəz Elçibəyə "Mənə artıq səlahiyyətlər verilsə, baş nazir postunu qəbul edərəm" deyə, təkidlə israr etməsi kimi faktlar hər kəsə məlumdur. Aldıqları pullarla öz niyyətlərini həyata keçirməyə çalışan radikallar hətta köhnə prinsiplərinə sadiq qalaraq,həmişəki kimi bir-birilərinə quyu qazmaqdadırlar. "Məndən yoxdur heç yerdə" fikirləri ilə yola çıxan AXCP (i), istərsə də Müsavat partiya sədrləri fürsət düşdükcə, rəqiblərinin bostanlarına daş atmaqdan həzz alırlar. Pula hərislik artıq təkəbbür hissi oyadaraq, şüurlarında belə bir düşüncə yaradıb: "Pulun var?"," Bir anbar". Hər şeyi maddiyyatda tapan radikallar mənəviyyatdan tamamilə uzaqlaşaraq, darvinizm nəzəriyyəsinə xas olan bir şəkil alıblar. Gah küsüb, gah da barışan radikal teatrı xarici mətbuatlarda elə şou yaratmağa çalışır ki, sanki bunlar bir mələkdirlər. "Birləşərək", "İctimai Palata" yaradan radikal partiya sədrləri, görünür, yenə də hansı ssenari üzrə yazılmış obrazın içində gizlənməyə çalışırlar. Vaxtilə Əbülfəz Elçibəydən istifadə etməkdən belə çəkinməyən İsa "bəy"in AXCP (i)-nin bostanına atdığı daşlar, mərhum Əbülfəz Elçibəyə satqın deyə təhqiramiz ifadəni işlətməsi nə tez Əli Kərimovun yaddaşından silindi? Nə idi sizi eyni masada əyləşdirib, dialoqa getməyə vadar edən? Səmimiyyətinizmi? Xeyr, xarici qüvvələrdir sizi dondan-dona salan! Məgər AXC-nin tək varisinin AXCP (i) olduğunu dəfələrlə dilə gətirən Əli Kərimov deyilmi? Bəs hanı sizin dəyərlərinizə, keçmişinizə, ən əsası Əbülfəz Elçibəyə olan hörmətiniz, yoldaş Əli "bəy"? Necə və hansı şəraitdən asılı olmayaraq, sizin yaratdığınız "İctimai Palata" da saxtakarlıqdan başqa bir şey deyildir!


İlqar Siyafov

Digər xəbərlər