AXCP (i) sədri Əli Kərimovun gələn ayın 26-da keçiriləcək "Eurovision" beynəlxalq musiqi yarışmasından da sui-istifadə edərək xalq toplamaq amacı artıq heç kimə sirr deyil. Belə ki, hələ 2006-cı ildə qərargahını, 2007-ci ildə üzvlərinin əhəmiyyətli hissəsini, 2008-ci ildə isə partiyasının böyük "tikələri"ni itirən "cəbhə" sədri nüfuzlu "Eurovision" beynəlxalq musiqi yarışması ərəfəsində dünyanın bəzi siyasi təşkilatlarının diqqətini özünə və partiyasına cəlb etməyə cəhdlər göstərir.
Burada onun əsas məqsədi siyasi spekulyasiyalar fonunda özünə yeni qərargah almaq, partiyasının büdcədən maliyyələşməsinə nail olmaq, eləcə də, digər şəxsi məsələlərində dividend əldə etməkdən ibarətdir.
Bir zamanlar "Azadlıq" bloku da var idi...
Yəqin ki, siyasətlə maraqlanan sadə ictimaiyyətin yadındadır ki, Ə. Kərimovun bir zamanlar təmsil olunduğu "Azadlıq" bloku öz sonuncu mitinqini 2005-ci ilin 26 noyabrında, keçmiş "Qələbə" meydanında keçirdi. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq-aksiya saat 18-də sona çatmalıydı. Lakin populist və qaragüruhçu çıxışları ilə daim özü ətrafında siyasi təlxəkliklər etməyə adətkar olmuş Ə.Kərimov saat 17:55 radələrində mitinq iştirakçılarına "yerdə - meydanda oturun" göstərişi verməklə hakimiyyətə, qanuna qarşı çıxmağa cəhd göstərmək kimi avantüraya əl atdı. Və sözsüz ki, mitinqin vaxtı saat 18-00-da başa çatdığından müvafiq güc strukturları əməkdaşları "cəbhə" sədrinin murdar avantürasına uyaraq, meydanda yerə uzanan bir sıra təxribatçılara qarşı hüquqi tədbirləri həyata keçirdilər.
Və həmin anın kadrlarını xatırlayan insanlar yaxşı bilirlər ki, məhz bu zaman dəyənəklərdən qaçaraq rəngi qorxusundan meyit rənginə dönmüş Ə.Kərimov, sözün həqiqi mənasında, sarısın udmuşdu. (Bu kadrları görmək istəyənlər Lider tv-nin arxivinə müraciət edə bilərlər)
Və nə qədər təəccüblü olsa da, həmin vaxtdan bu günə qədər Azərbaycanda eyni müxalifətçi siyasi qüvvələr fəaliyyət göstərir. Eyni zamanda, təəccüblüdür ki, Ə.Kərimov son 7 il ərzində bircə dəfə də olsa, hər hansı aksiya, kütləvi tədbir təşəbbüsü ilə çıxış etmədi. Özünün təsirində olduğu qəzetdə buna "səbəb" kimi "ictimai-siyasi şəraitin" guya yetişməməsini göstərdi. Təəccüblüdür, bu 7 il ərzində Azərbaycanda nə dəyişdi, vəziyyət "hansı həddə gərginləşdi ki", AXCP (i) sədri yenidən radikallaşmağa səy göstərir?
R.RƏSULOV