Uzan müddətdən bəridir ki, partiyalarının qurultayını keçirməyə müvəffəq ola bilməyən Müsavat rəhbərliyi yenidən həmin arzularına çatmaqdan ötrü Mədəniyyət və Turizm Nazirliyinə müraciət ünvanlayıb. Onların qurultay üçün seçdikləri məkan isə Azərbaycan Dövlət Opera və Balet Teatrının binasıdır. Ancaq tələb olunan yerin, həqiqqətən də, siyasi məqsədlər üçün istifadə olunması bəzi məqamlara nəzər salmağa imkan yaradır. Görəsən, Müsavat partiyasının başqanı İsa Qəmbərov da daxil olmaqla, orada cəmləşən hər kəs opera və balet teatrında hansı hoqqalardan çıxmağı düşünürlər? Əcəba, onlar opera ariyası oxumaqmı, balet rəqsi oynamaqmı eşqinə düşüblər?
Əslində, pis fikir deyil. Ancaq Müsavatın qurultay keçirmək cəhdləri baş tutmursa, onların ariya oxuyaraq, baletdə atılıb-düşmək eşqləri təəccüblü görünür. Hər halda, adicə qurultayını keçirmək istəyən müsavatçıların bunu edə bilməməkləri və qarşılığında gücsüzlüklərini opera-baletlə etiraf etmələri bunu deməyə əsas verir.
Arif Hacıyev İsa Qmbərova ariya oxuyub
Söz yox ki, başqan İ.Qəmbərovun anidən qurultay keçirmək cəhdi arxasında şəxsi məqsdələri dayanıb. Belə ki, o, 2 aprel hadisələrinə görə həbs olunmuş müavini A.Hacıyevin öz yerinə başqan seçiləcəyini ehtimal edib və həmin ehtimalın reallaşmaması üçün yeni variantlara əl atıb. Çünki hələ məhkəməsi düvründə A.Hacıyev bəyan etmişdi ki, o, Müsavatın başqanı postuna iddialıdır. Və həmin iddianın qarşılığında İ.Qəmbərov qurultayın keçirilməsi müddətini süni şəkildə yubatmış, nəticədə, belə bir vəziyyət alınmışdır. Ona görə də indiki şəraitdə A.Hacıyevin ona qarşı oxuduğu ariyaya cavab olaraq opera və balet ifasını məqbul sayır. Amma rusların da bu əsnada yaxşı bir məsəli var: "Xoroşemu tansoru, koye kakoy-to orqan tema meşayet". Yəni ay İsa, əgər balet oynamaq istəyirsənsə, oyna. Oynaya bilmirsənsə, axı bütün bu həngamələr nəyə lazımdır axı? Ancaq bu məsələdə İ.Qəmbərov yaxın məsləkdaşı, AXCP (i) sədri Əli Kərimovdan da müəyyən məsləhətlər ala bilər. Hər halda, bu günə qədər "cəbhə" sədri daha çox baletlər oynayıb. Nəticəsi isə göz qabağındadır. Məsələn, "Qu gölü" baleti və s. Görəsən, İ.Qəmbərov da "Qu gölü"nü Ə.Kərimov kimi oynaya bilərmi?
R.RƏSULOV