Gözəl vədlər verməklə, özünü parlaq gələcək uğrunda aparılan mübarizənin əvəzolunmaz lideri kimi təqdim etməyə çalışan AXCP (i) lideri Əli Kərimov satın alınmış dəyərlərini təhlil etməkdə xeyli gecikib. Belə ki, partiya iclasında: "Müsavata görə, heç bir ziddiyyətli kompromislərdən söhbət gedə bilməz. Biz partiyanın və onun qurucusu Əbülfəz Elçibəy kursunu davam etdirəcəyik" deməklə, qatı anti-Elçibəy ideyaları ilə tanınan İsa Qəmbərovla yaradılan münasibətlərdən vaz keçmişdir.
Xuliqanlıq və pozuculuq əməllərinə görə İ. Qəmbərovdan heç də geri qalmayan Ə. Kərimovun bu taktiki gedişi dağıdıcı müxalifətin hansı məzhəbə qulluq etdiyini bir daha üzə çıxarmış olur. Atalar yaxşı deyib, "göygöz və dişləri seyrək insanlardan uzaq durmaq məsləhətdir". Aqressiyalı fikirlər üzərində yaradılan "İctimai Palata"nı ancaq gəlir mənbəyi kimi istifadə edən Ə.Kərimovu mərhum Ə.Elçibəy görsəydi, mütləq bu ifadəni işlədərdi: "Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış". Ləyaqətdən, şərəfdən, tarixi keçmişə verilən dəyərlərdən saatlarla danışan bu insana necə çatdıraq ki, a kişi, İ.Qəmbərov Ə.Elçibəyə hələ 1992-ci ildə satqın, ikiüzlü deyə onu partiya sıralarından kənarlaşdırmaq, ifşa etmək istəyirdi. Bu da fakt. Nə oldu, Kərimov? Hanı sənin "kişi" sözün? Görəsən, siz dağıdıcı müxalifət sıralarından bir düz- əməlli, sözü bütöv insan çıxacaqmı? "Çölüm özgəsini yandırır, içim özümü". Xaricdən gələn havadarlarınızın qarşısında xərclik pulu alana kimi iki qat olana qədər, həqiqətləri söyləyib, alnınıza yazılan xəyanət ləkəsini təmizləyin. Hələ mətbuatınızı demirəm, sanki "Mozalan" jurnalıdır. Axşam "bizdən yoxdur heç yerdə" deyən yazarlarımızın səhər "o, kişi deyil, pula görə mənə xəyanət etdi" başlıqları ilə məqalələri dərc olunur. Xarici qüvvələrin əlində necə oyuncaq olduğunuzu bilə-bilə yenə də alçaldılırsınız. Əlinin papağını İsanın başına, İsanın papağını da Əlinin başına qoyan siyasi oyundan bundan başqa nə gözləmək olar? "Bənövşə, bəndə düşə?" Sən İsaya baxıb gülürsən, İsa da sənə. Nəticədə isə, bütün Azərbaycan sizə gülür. "Ən yaxşı gülən, sonda gülən olar". Ay Əli, özün bir keyfiyyətə malik deyilsən, heç olmasa, adına bax, utan. Nə qədər gec deyil, ağlını yığ başına. Onun-bunun süfrəsində az qarnını otar. Yalaq olmaqdan kim xeyir gördü ki, sən də görəsən?
İlqar