PDF Oxu

Müxalifət

  • 10

Siyasi məntiqdən uzaq “blok” oyunu

Siyasi məntiqdən uzaq “blok” oyunu

20 ilə yaxın bir dövr ərzində yalnız "qrup"laşmalarla ayaqda durmağa çalışan müxalif qüvvələr yaratdıqları "İctimai Palata", "Qarabağ" adlı "blok"larla cəmiyyətdə nüfuz qazanmağa çalışırlar. Belə ki, ADP sədri Sərdar Cəlaloğlu və "Ümid" partiyasının sədri İqbal Ağazadənin yaratmış olduqları "Qarabağ" bloku kimə və ya hansı mənfur qüvvələrə xidmət göstərməsi, bu qüvvələrdən aldıqları çirkli pullar müqabilində onların əmr və tapşırıqlarını həyata keçirmək üçün yaradılması niyyəti su üzərində görünən yağ ləkəsi kimi aydındır. Pozucu müxalifətin Azərbaycan cəmiyyətində gedən demokratik inkişafa mənfi təsir göstərmə istəkləri xarici qüvvələrin maddi dəstəyi sayəsində özlərinə "Qarabağ", "İctimai Palata" və s. kimi başqa-başqa adlar altında cürbəcür şərti "qrup"laşmalar yaratmalarına gətirib çıxardı. Təəccüblü hal burasındadır ki, Dağlıq Qarabağ kimi işğal altında olan bir bölgəmizi erməni daşnaklarına hakimiyyət əvəzinə verən bu insanlar indi hansı əsasla "Qarabağ" adlı blok yaratdılar? Zaman-zaman müxtəlif adlarla yaradılmış belə şərti qruplaşmaların əsl məqsədləri xarici qüvvələrin diqqətini özlərinə cəlb etmək olmuşdur. Məhz bu səbəbdən bu cür "qruplaşmaların öz aralarında yaranan fikir ayrılıqlarına nəzər salsaq, ADP sədri S.Cəlaloğlunun "İctimai Palata tez bir zamanda həyatını itirəcək" fikri ilə çıxış etməsini və həqiqətdə bu "blok"ların mahiyyətsiz, gəlir mənbəyi kimi rol oynamaqdan başqa bir şey olmadığını görə bilərik. Dağıdıcı müxalifətin yalnız sözdə var olduğunu və Ə.Kərimov, İ.Qəmbərov kimi "partiya" sədrlərinin siyasi məntiqdən çox uzaq olmaları ittihamı ilə çıxış etməsi S.Cəlalaoğlunu "İctimai Palata" deyilən qondarma "qrupun" qınaq mərkəzinə çevirib. Aqressiv müxalifət liderlərinin cavab olaraq: "Qarabağ bloku ilə heç bir müzakirələrə getməyəcəyik" deyə sərt cavab vermələri bir daha sübut edir ki, bu partiyalar arasında siyasi gərginlik yox, şəxsi-qərəzlilik münasibətləri mövcuddur. Yaxşı deyiblər, "bəylə bostan əkənin tağı çiynində bitər". Göründüyü kimi, var-dövlət yığmağa başı qatışan adları sadalanan "partiya" sədrləri bundan sonra da heç bir kompromisə getməmək niyyətlərini açıq şəkildə büruzə edirlər.

Zaur

Digər xəbərlər