PDF Oxu

Müxalifət

  • 9

Utanmasan, oynamağa nə var ki?

Utanmasan, oynamağa nə var ki?

Siyasətdə olduqları dönəmdə səhvləri ardıcıl olaraq təkrarlamaq sanki müxalifət partiya liderlərinin boynuna biçilib, alın yazısına çevrilib. O mənada ki, cəmiyyətdə dağıdıcı müxalifət imici qazanan partiya sədrləri ictimai rəyin diqqətini özlərinə cəlb etmək üçün müxtəlif düşünülməmiş vasitələrdən istifadə ediblər ki, bu da son nəticədə, onlara uğursuzluqlar gətirib. Düşünmək olar ki, tarixi səhvlərdən müxalifət partiya sədrləri nəticə çıxarar ki, bu da, fəaliyyət yolunda onlara müsbət irəliləyişlər vəd edə bilər. Amma görünən odur ki, müstəqil düşüncə tərzinə və siyasi mübarizə əzminə malik olmadıqlarından partiya sədrləri 15-20 il bundan əvvəl etdikləri səhvlərini bu gün də təkrarlamaqdadırlar. Misal kimi rahat, təhlükəsiz yerdə oturub Azərbaycandan oğurlayıb apardığı pullar hesabına Bakıda Vaqif Mahmudov kimi ünsürləri danışdıran "ACP" lideri Rəsul Quliyevin 1998-1999-cu illərdə etdiyi səhvlərini 2012-ci ildə də təkrarlanmasını göstərmək olar. Amma nəzərə alınmır ki, məhz kobud, ağılsız səhvlərinin nəticəsi olaraq, ikibaşlı piramida hesab olunan ADP parçalanaraq, onun bazasında Ədalət partiyası yarandı. Səhvlərin davam etdirilməsinin bəhrəsi olaraq, sonradan Sərdar və Qurban Məmmədov qardaşları R.Quliyevi ADP-dən uzaqlaşdırdılar. Yaranan ACP-də R.Quliyevin arzu və istəklərinin ifadəçisinə çevrilə bilmir. Çünki yanlış siyasət, düzgün olmayan mübarizə ACP"-ni siyasi düşərgədən aşağılamaqdadır. Niyə və səbəb nədir? Birincisi, R.Quliyev Azərbaycanda həyata keçirmək istədiyi planlarını yanlız qisasçılıq üzərində qurur. İkincisi, hər kəsə bəlli olan fakt ondan ibarətdir ki, R.Quliyev ABŞ-dakı anti-Azərbaycan mövqeli qüvvələrin tələblərini yerinə yetirməkdədir. Üçüncüsü, R.Quliyev pozucu qüvvələrin əsas təşkilatçılarından olan AXCP (i) və Müsavat funksionerləri ilə heç də arzuolunan münasibətlərə malik deyil.

Bu səbəbləri qeyd etdikdən sonra, o fikri vurğulamaq lazımdır ki, R.Quliyev tamamilə tükənmiş və cəmiyyət tərəfindən tamamilə rədd edilən partiya lideridir. Düzdür, R.Quliyev müxtəlif şou və məzhəkələr qurmaqla özünə qarşı olan mənfi münasibəti az da olsa dəyişməyə çalışır. Ötən həftə R.Quliyevin bir neçə yaşlı qadın və kişini "Sahil" metrostansiyasından Milli Parka qədər aksiya keçirməyə təhrik etməsi də, yalnız cəmiyyətin diqqətini cəlb etməyə hesablanmışdır. Həmin aksiya iştirakçılarının maykalarının ön hissəsinə qırmızı hərflərlə R.Quliyev yazılması siyasətdə utanc gətirən nüanslardan sayıla bilər. Çünki abırlı mübarizə və jestlər siyasətdə yazılan və yazılmayan qanunlardan hesab olunur. Düşük, hər kəsdə gülüş doğuracaq şüarlardan istifadə etmək isə R.Quliyev kimi siyasət məxluqlarına xasdır. Belələri üçün deyiblər: utanmasan, oynamağa nə var ki?

İ.ƏLİYEV

Digər xəbərlər