Əli Kərimova həsr olunmuş real həqiqət
Hakimiyyətə gəlməklə bağlı imkanların mövcudluğuna özlərinin belə inanmadıqları halda, ərəb ölkələrindəki inqilablardan Əli Kərimov və ona bənzərlər dəstəsi cuşa gəldi. Hər dəfə kütləvi aksiya, icazəsiz mitinq, başıpozuq piket və başqa adlar altında "cəbhə" sədri Ə.Kərimov Azərbaycanda ssenarisi xarici ölkələrdə hazırlanan tamaşaları bizlərə göstərib pul qazandı, ölkədə qarışıqlıq yaratmağa cəhd göstərdi və bu gün də həmin çirkin addımlarını atmaqdadır. Lakin bu gün özünü sağlam düşüncəli vətəndaş hesab edən istənilən şəxs, sözsüz ki, bu kimi ucuz siyasi şoulara adi hal kimi baxır.
Ancaq maraqlıdır ki, daim özünü "təmiz", "vicdanlı", "aydan arı-sudan duru", yaxud da "mələk" kimi "insan" qismində təqdim edən AXCP (i) sədrinin görünən tərəfləri ilə yanaşı, görünməyən tərəfləri də mövcuddur və həmin mövcudluqları bilməyənlər həqiqətdən qaçanlardır. Onlar bilməlidirlər ki, Ə.Kərimov cinsi azlıq nümayəndəsi olmaqla bərabər, daha hansı gizli əməlləri ilə "başını girləyir"?
Arvad "şotuna" dolanan "kişi"
Ə.Kərimovun "həyat yoldaşı" imitasiyasını yapan Samara Seyidovanı yəqin ki, hər kəs tanıyır. Bu "xanım" hələ ötən ilin aprelində gənclərin "cəbhə" sədrinə etdikləri etiraz piketlərinin birində mənsub olduğu "mədəniyyətin" pik həddini göstərmişdi. Belə ki, müəmmalı qazanclar əldə edən S.Seyidova bütün mənalarda Ə.Kərimovu əməlli-başlı dolandırır. Qeyd edək ki, onun Londonda və Mançesterdə böyük bir ətriyyat mağazsı mövcuddur. Eyni zamanda, "cəbhə" sədrinin uşaqları da Londonda yüksək maliyyə qarşılığında təhsil alırlar.
Ə.Kərimovun "həyat yoldaşı" ötən il eyvandan etirazçıların üzərinə yumurta atanda 2003-cü ildə ona parlamentin tribunasından səsləndirilən, daha sonra Müasir Müsavat partiyasının sədri Hafiz Haciyevin efirdən dəfələrlə təkrarladığı sözləri xatırlamaq mümkündür. Maraqlıdır, o zamanlar AXCP (i) sədri bu iddialara cavab verə bilməmişdi. Sonra bir qrup mavi Bakı küçələrinə çıxıb "Əlidən əl çəkin" - deyə fəryad qopardı. Həmin ərəfədə İstanbula gedən Ə.Kərimovu mavilər gül-çiçəklə qarşıladı. O zaman sual yarandı ki, niyə məhz digər müxalifət nümayəndələrinin deyil, Ə.Kərimovun ətrafı seksual manyaklardan ibarət idi? Hansı səbəbdən bu rüsvayçı işlər üstündə tutulanlar digər müxaliflərin deyil, ancaq Ə.Kərimovun yaxınları çıxırlar? Eləcə də, xalq arasında qəribə bir sual yaranıb: dirsəyini xalqa eninə-uzununa göstərən Samara Seyidovanın göydən yerə atdığı yumurtaların sahibi kimdir?
Lalə Hacıyeva: "Əli Kərimlini çox alçaq səviyyədə gördüm"
Ə.Kərimovdan bəhs edərkən, ALP lideri Lalə Hacıyevanın onun haqqında dediyi sözlərini də xatırlamamaq olmur. Belə ki, 2003-cü ildə "Azadlıq" qəzetində L.Hacıyeva haqqında hədsiz dərəcədə təhqiramiz bir yazı dərc olunmuşdu. L.Hacıyevanın cavabı isə yazılanlardan da sərt oldu. O, "Azərbaycan siyasətində belə bir mənəviyyatsızlıq görməmişdim. Adam düşmən olanda, gərək kişi kimi düşmən olsun. Əli Kərimlidən çox alçaq səviyyə gördüm" - demişdi. Əslində, kimdir Ə. Kərimov? O, bu gün siyasi arenada hörməti olmayan və küncə sıxışdırılmış siyasətçidir. Onun özü də siyasi karyerasının sonunun gəldiyini anlayır. Lakin...
Azərbaycan gerçəkliyində Ə.Kərimov xəyanətkarlığı hər zaman mövcud olub
1995-ci il - Ə.Kərimov AXC-ni partiyaya çevirmək tapşırığını uğurla yerinə yetirdi və mandat sahibi oldu.
1996-cı il - Hələ parçalanmamış AXCP daxilindəki "Yurd" funksiyası partiyanı tam özəlləşdirmək üçün fəal cəbhəçilərə, hərəkatçılara qarşı təzyiqlərə başladı. AXCP rəyasət heyəti ardıcıl olaraq bir çox insanı "cəbhədən" uzaqlaşdırdı. Beləcə, ""cəbhə"nin gələcəyi Ə.Kərimovun adı ilə bağlıdır" təbliğatına start verildi.
1997-ci il - Xaricdən aldığı maliyyə dəstəyi nəticəsində Ə.Kərimov media vasitəsilə Əbülfəz Elçibəyə zərbələr vurdu, onu gözdən salmaq üçün kampaniyaya başladı.
2005-ci il - Ə.Kərimovun Ruslan Bəşirli olayı və çevriliş planı fiaskoya uğradı.
2008-ci il - Qənimət Zahidi "qurban" verib diqqəti özünə çəkən Ə. Kərimov Qərbdəki "daydaylarından" pul almaq üçün planlar qurdu.
Aqil Xəlil olayı da Ə.Kərimovun qurduğu iyrənc oyunlardan biri idi. Məlum oldu ki, Aqil Xəlili bıçaqlayan küçədən keçən şəxs deyil, məhz "cəbhə" sədrini yaxından tanıdığı mavidir. Beləcə AXCP (i) başbiləninin bu planı da suya düşdü. O, qazdığı quyuya özü düşdü.
Hələ AXC dönəmində Ə.Kərimov xarici fondlarla işləyirdi. Ə. Elçibəyin dövründə o, dövlət postunu tutsa da, Elçibəyə qarşı olan mənfi təbliğatın başında dayanmışdı. Bunun üçün Azərbaycanda "Demokratiyanın İnkişaf Fondu"ndan Ə.Kərimov milyonlarla pul alıb mənimsəmişdi. Ə.Elçibəy hakimiyyətdən getdikdən sonra da, Ə.Kərimov bu xəyanət yolunu davam etdirmişdi. Elçibəy isə onu bir daha "cəbhəyə" buraxılmamasını siyasi həmkarlarına tövsiyə etmişdi.
Əli Kərimov terrorçuların sevimlisi rolunda
Ə.Kərimov Azərbaycan "İslam Partiyası"nın Azərbaycanda son zamanlar fəallaşan İranmeylli dini qurumların, "Hizbullah" təşkilatının, Dağıstan və Çeçenistanda vuruşmuş radikal vəhabilərin, "Taliban" hərəkatına yaxınlığı ilə seçilən terrorçu qurupların ən sevilənlərindən biridir. Bundan başqa, o, "Mahmudçular", "Süleymançılar" kimi radikal, aqressiv və dağıdıcı dini təriqətlərlə də gizli anlaşmalar imzalayıb. "Mahmudçu"ların Azərbaycandakı "xəlifəsi" Əli Əsgəridir. Qeyd edək ki, Əli Əsgəri AXCP üzvü olub və Ə.Elçibəyin "vurulmasında" ona yaxından dəstək göstərib. O, Ə.Kərimovun ən yaxın dostudur. Ə. Əsgərli Azərbaycanda şəriət dövlətinin qurulması üçün fəaliyyət göstərən bir şəxsdir. Ə.Kərimov isə öz şəxsi mənafeyinə görə Azərbaycanı güdaza verən, cinsi azlıqların hüquqlarının toxunulmayacağına dair öhdəliyə imza atan şəxsdir. Onları isə bir-birilə yalnız Azərbaycanda xaos yaratmaq istəyi birləşdirir.
Ə.Kərimov həm də ermənilərin dostudur. O, bu "fəxri damğa"nı böyük iftixarla daşıyır. Ə.Kərimov erməni lobbisini başlıca tərəfdaş kimi qəbul edir. O, yeganə "siyasətçidir" ki, öz şəxsi maraqlarına görə erməniyə nəinki "dayı", hətta "ata" belə deməkdən çəkinmir. AXCP (i) sədri kifayət qədər erməni mətbuatı ilə sıx əməkdaşlıqlar qurur, əlində olan "Azadlıq" qəzeti vasitəsilə erməni mətbuatı arasında informasiya mübadilələri aparır.
Bir sözlə, Ə.Kərimov "dayı"larının qrant qarşılığında verdiyi tapşırıqları yerinə yetirməyə çalışan, amma buna nail ola bilməyən vətən xainidir.
Yəni insan millətindən və milli dəyərindən uzaq olanda, Ə.Kərimov kimi olur.
"Cəbhə" sədrinin yeni gizli mülkü və aptek-dərman biznesi
Onu da qeyd edək ki, AXCP (i) sədri Bakının bir qədər kənar hissəsində gizli şəkildə yeni mülk alıb. "Cəbhə" rəhbəri bu obyektdən partiyanın qərargahı kimi istifadə edəcəyini desə də külli miqdarda pulun haradan əldə etdiyini deməyib. Başqa tərəfdən isə, məlum olub ki, aldığı mülkün pulunu ona bəzi Qərb dairələri müəyyən siyasi vədlər qarşılığında və maraqlarının təmin edilməsi fonunda ödəyib. Burada "İctimai Palata"da bir sıra səfirlərin "cəbhə" sədri ilə görüşünü xatırlamaq lazımdır. Xüsusilə də, Almaniya səfirinin canfəşanlığını da unutmamaq lazımdır. Bildirək ki, artıq binanın təmir işlərinə start verilib. Apardığımız araşdırmalara görə, Ə.Kərimov mənzil alqı-satqısı ilə məşğul olan dəllalların ona bina satmayacağını yəqin edərək, bu binanı yaxın dostlarından birinin adına qeyri-qanuni şəkildə sənədləşdirib. "Eurovision" musiqi yarışması ərəfəsində beynəlxalq təşkilatların və Qərb dövlətlərinin Azərbaycana diqqət və maraqları artdığından, Ə.Kərimov bu addımı atmağa, guya AXCP (i)-nin "aparıcı partiya" olması barədə görüntü yaratmağa məcbur olub. Yeri gəlmişkən, AXCP (i) sədri gizli biznes fəaliyyəti ilə də məşğuldur. Partiya rəhbəri maliyyə məsələlərini qeyri-qanuni olaraq, apteklər - dərman alqı-satqısı vasitəsilə həyata keçirir. Bu barədə araşdırmalarımız davam edir. Yaxın günlərdə Ə.Kərimovun Böyük Britaniyadakı bahalı yaxtası, Fransadakı gizli "qəsri" və digər şəxsi necə maraqlarının təmin olunması barədə ətraflı məlumatlar verəcəyik. Bizi izləyin.
RÖVŞƏN RƏSULOV