Hakimiyyət ləzzətini icazəsiz aksiyalar və mitinqlər vasitəsi ilə yenidən dadmaq, kürsü sahibi olmaq istəyən pozucu müxalifət yenə də abırsızcasına məkrli niyyətlərini həyata keçirmək niyyətindədir. Belə ki, 20 ilə yaxın bir dövr ərzində eks AXC hərakat qırıntıları olan dağıdıcı müxalifət liderləri İsa Qəmbərov, Əli Kərimov kimi naxələf övladlar xarici qüvvələrin maraqlarına uyğun olaraq, hərraca çıxarıldılar.
Həm cismi, həm də ruhu və mənəviyyatı satın alınan İ.Qəmbərov və Ə.Kərimov bahalı kostyumlar, ayaqqabılar, köynəklər geyinib-kecinsələr də, iç üzlərini ört-basdır etmək qabiliyyətinə sahib deyillər. "Üstü bəzək, altı təzək" desək, lap yerinə düşər. Xaricdən faksla alınan bütün tapşırıqları canfəşanlıqla millət "sevgi"si pərdəsi altında bir qrup gənci küçələrə icazəsiz aksiyalara, cinayət əməllərə təhrik edən aqressiv AXCP (i) və Müsavat partiyası nələrin marağındadır? Millət "sevgi"sinin? İnanan daşa dönsün. Var-dövlət hərisliyindən əziyyət çəkən bu insanlar həqiqətdə kimlərdir? Yağışdan sonra çıxan göbələklər kimi ayaq altından çıxan Ə.Kərimov, İ.Qəmbərov və bu kimi "lider"lər, əslində, eyni mövqedən dəm vursalar da, reallıqda qatı düşməndirlər. İcazəsiz aksiyalar keçirdib, daldalıqda gizlənməkdə mütəxəssis olan biabırçı müxalifət liderləri, həmişə olduğu kimi, 6 may tarixində icazəsiz aksiyalar keçirməyin növbəti zərbəsini daddılar. Mahiyyət etibarı ilə heç özlərinin də anlamadığı bir ssenarinin sözlərini əzbərləyən həris müxalifətçilər, bir o qalıb ki, meyxana desinlər, özü də təsbeh əllərində. Cinayətkar ünsürlərdən başqa nə gözləmək olar? Rəhmətlik Nəsibə xanım demişkən: "Hanı mənim təsbehim, andıra qalmış? Güclü xarici maliyyə dəstəyinin verdiyi rahatlıq pozucu müxalifətin tez-tez icazəsiz mitinqlər keçirmə sifarişlərini həyata keçirmək, Azərbaycan cəmiyyətində olmayan nüfuzun artmasına xidmət edir. Olan şeydir, "əziz" aqressiv müxalifət liderləri, "ayağını yorğanına görə uzat" misalını hədər yerə deməyiblər. O qədər xaricin sifarişləri ilə oturub-durmusunuz ki, milli dəyərlər, atalar sözləri də unudulub. Axı "Corc" qardaşınız hardan bilə ki, Azərbaycan qədim tarixə, mədəniyyətə sahibdir? Bu arada, artıq may ayıdır, havalar isinir. Məncə, yorğana da ehtiyac qalmayıb. Atalar yaxşı deyib, "yetimə gəl-gəl deyən çox olar, çörək verən az".
İLQAR SİYAFOV