PDF Oxu

Müxalifət

  • 8

Hüquq müdafiəçisinin qərəzli kampaniyası baş tutmadı

Hüquq müdafiəçisinin qərəzli kampaniyası baş tutmadı

Bu gün "Eurovision" kimi mötəbər mahnı yarışmasının Azərbaycanda keçirilməsi, eləcə də, beynəlxalq aləmdə "EUROVİSİON-AZERBAİJAN 2012" kimi təqdim olunması ölkəmizdə erməniləşmiş radikalizm tör-töküntüləri ilə yanaşı, xarici ermənipərəstləri də ciddi narahat edir.

Belə ki, Almaniyanın bəzi korrupsioner siyasi dairələri haradasa şnaps içib və dəm olaraq deyiblər ki, Azərbaycanda keçiriləcək "Eurovision" musiqi yarışmasının iştirakçıları guya ölkədə "siyasi məhbusların" azadlığa buraxılması tələbi ilə çıxış etməlidirlər (?!) Buyurun, bu da L.Yunusovanın sevinc və iftixar hissləri! L.Yunusova sevinir ki, haranınsa alman sərxoşu Azərbaycanda keçiriləcək möhtəşəm yarışma haqqında sərsəm ideya ilə çıxış edib. Bu gün onun aparmağa cəhd göstərdiyi kampaniya da həmin çərçivədəndir. Lakin L.Yunusova burada bir etirafı da etməyi unutmayıb. Məsələn, deyib ki, "mənim "siyasi məhbus" siyahıma düşmək çox bahadır" (?!) Ona görə də əlinə fürsət düşən bu fərd həyasızcasına, xalqın qarşısında bu etiraflarını edir. Çünki o, həm də siyasi axmaq, həm də siyasi fahişədir!


Milli xəyanətin bariz simvolu


Ümumiyyətlə, heç bir çərçivəyə sığa bilməyən, ancaq əməllərini çərçivəyə zorla sığışdırmağa səy göstərən Leyla Yunusova "milli kimliyini" bir daha təsdiq edən növbəti bəyanatla çıxış edib. Ancaq mən bunu bəyanat deyil, erməniləri sevməkdən irəli gələn qaragüruhçuluq çağırışı kimi görürəm. Ona görə ki, bu "adam" (milli xəyanətə xidmət edənləri yalnız dırnaqarası adam kimi təqdim etmək lazımdır-R.R.) bütün mənalarda öz iç üzünü bütün çılpaqlığı ilə ifşa edib. Yəni L.Yunusova pula satıldığını, özünün pula satılan "adam" olduğunu bəlli edib. Həm də, görünür, özü kimilərinin yanlarında "baha qiymətə satılan mal" olduğu üçün fəxr edir, qürrələnir L.Yunusova. Axı növbəti xarici sifarişi də yerinə yetirib və Armen-Haykanuş qardaş-bacılarının yanlarında da başı qürrələnməkdən az qala göylərə dəyir. Amma onun başı hara qədər qalxa bilirsə, qoy qalxsın, hər halda, bu qalxmağın bir enişi də var, özü də birdəfəlik!

L.Yunusova deyib ki, 2012-ci ilin əvvəllərinə onun təsisatının hesablamalarına görə, guya Azərbaycanda 63 "siyasi məhbus" var və onların günahları sübuta yetirilməyib (?!) Necə ola bilər ki, insan həbs oluna, ancaq həmin insanın həmin həbslə əlaqəsi olmaya? Özü də həmin adamların bütün cinayət tərkibli əməlləri hal şahidlərinin təsdiqi ilə sübuta yetirilib, cinayət törədənlər isə haqlı cəzalarını alıblar. Bəlkə L.Yunusova kriminal aləmlə də iş birliyi qurub və həmin iş birliyinin nəticəsi kimi cinayətkarları "siyasi məhbus" siyahısına əlavə edir? Əslində, bu "adamdan", həqiqətən də, istənilən alçaqlıqları, rəzillikləri gözləmək mümkündür. Gəlin məsələyə daha yaxından nəzər salaq. Məsələn, həbsdə olan vətən, dövlət, millət xainlərini, dövlətçilik üçün xüsusi təhlükə mənbəyi olan Səid Dadaşbəylinin dəstəsini "siyasi məhbus" qismində təqdim etməklə nəyi demək istəyir? Demək istəyir ki, o, həqiqətən də, bir qanıqarışıq ermənidir və doğma erməni xalqına ürəkdən, cani-dildən xidmət göstərir? Əgər belə olmasa idi, bu cür cəfəng əməlləri ilə haykların dəyirmanına su tökməzdi və bar-bar bağıraraq, donunu başına çəkməzdi ki, "siyasi repressiyalar baxımından ötən 2011-ci il ən məhsuldar il oldu" (??!!)

Bu barmaq da L.Yunusovaya aiddir. Bu gün ölkə qanunlarına qarşı çıxan birisindən nə gözləmək olar? Onu gözləmək olar ki, hətta ölkə qanunvericiliyinin tələblərinə qarşı çıxan "adam"ın bu ölkədə yaşamağa heç bir hüququ yoxdur!

Bu gün beş-üç nəfər radikal müxalifət tərəfindən öyrədilmiş adamların, bir-iki nəfər "etirazçı vətəndaşın", özünü "jurnalist" hesab edən qələm dağarcıqlarının, hüquq müdafiəçilərinin "dəstəkvericisi" kimi "mələk" donuna girən siyasi fahişə L.Yunusova məhz erməni lobbisindən gələn sifarişlər hesabına şəxsi dividendlərini (yəni maliyyə gəlirlərini) artırmaqla məşğuldur. Və bu gün hətta İranın panfarsist rejimindən də pul-para uman L.Yunusova qondarma "hicab" məsələsinə burnunu soxaraq, gah radikal dindarların, gah da daha kimlərin "qoruyucu mələyinə" çevrilib. Amma nə fərqi var ki, ya erməni olsun, ya da ki fars mollası. Onsuz da onlar kimi L.Yunusova da Azərbaycanın qələbələrini həzm edə bilmir. Həzm etmir və həzm etmədikcə də azğınlaşır, vampirləşir və FAHİŞƏLƏŞİR! Ona görə də "burada erməni barmağı var" dedikdə, mütləq L.Yunusovanı da oraya əlavə etmək labüddür.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər