PDF Oxu

Müxalifət

  • 7

LEYLA YUNUSOVA AZƏRBAYCAN DİLİNİ SÖYÜŞ SÖYMƏK ÜÇÜN ÖYRƏNİB

LEYLA YUNUSOVA AZƏRBAYCAN DİLİNİ SÖYÜŞ SÖYMƏK ÜÇÜN ÖYRƏNİB

Azərbaycanın dünya miqyasında yeri və rolu möhkəmləndikcə, nüfuzu artıqca bəzi xarici qüvvələrlə yanaşı, "sapı özümüzdən olan baltaları" da ciddi narahat etməyə başlayıb.

Xüsusilə də, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və şuraya sədrlik etməyə başlaması, eləcə də, 57-ci "Euvrovision" Musiqi Yarışmasının qalibi olaraq bu yarışmanın Bakıda təşkil edilməsi və digər bu kimi qlobal miqyaslı uğurlar Azərbaycana düşmən kəsilən qüvvələri ciddi narahat etməyə başlayıb. Bu baxımdan son vaxtlar İran kimi dövlətlər açıq şəkildə ölkəmizə qarşı təhdid siyasəti aparır. Paralel olaraq da İsa Qəmbərov, Əli Kərimov, Leyla Yunusova və bu kimi qrant həvəskarları Azərbaycan daxilində çaşqınlıq yaratmaq üçün müxtəlif şoular, məzhəkələr qururlar. Onlar gah icazəsiz aksiyalar keçirir, gah da "Demokratiya naminə oxu" kimi qondarma tədbirləri çərçivəsində ölkəmizlə bağlı yaramaz mövqe sərgiləməyə çalışırlar.


"DEMOKRATİYA NAMİNƏ OXU", YOXSA LEYLA YUNUSOVANIN "AUUU..." MƏZHƏKƏSİ


Bəllidir ki, 57-ci "Euvrovision" Musiqi Yarışmasının yüksək səviyyədə təşkili Avropa Yayım Birliyi tərəfindən də yüksək qiymətləndirilib. Ölkəmizə gələn qonaqlar aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərində, şəhərimizin gözəlliyindən heyrətləndiklərini gizlədə bilmədilər. Xarici qonaqlar səfər təəssüratları ilə bağlı fikirlərində Azərbaycanın öz inkişafına görə Avropanın əksər ölkələri üçün nümunə olduğunu bildirdilər. Azərbaycanın bu uğurlarına qəlbində, ürəyində, vətən, xalq sevgisi olan insanları sevindirsə də, qara niyyətli, bəd xislətli leyla yunusovaları ciddi təşvişə salıb. Çünki xarici ermənipərəst qüvvələrin onun qarşısına qoyduğu vəzifələri yerinə yetirə bilməyib. Bu isə, o deməkdir ki, növbəti mərhələlərdə L.Yunusova qrantdan məhrum oluna bilər. Məhz buna görə də, L.Yunusova bütün mümkün vasitə və üsullardan istifadə etməklə, özünə qarşı olan xarici inamsızlığı aradan qaldırmağa çalışır. Bir neçə gün əvvəl keçirilən "Demokratiya naminə oxu" kampaniyası çərçivəsində tədbir də L.Yunusovanın özünü göstərmək üçün əlinə düşən fürsətdən sayılıb. Hər fürsətdə özünü azərbaycanlı kimi təqdim etməyə çalışan L.Yunusova çıxışlarını ingilis və ya rus dilində ifadə etməyə daha çox üstünlük verir. Yalnız söyüş söymək lazım gələndə, L.Yunusova Azərbaycan dilində danışmağa başlayırdı. Hətta arada bir jurnalist adı altında Almaniyanın Azərbaycana göndərdiyi agenturanın ona diqqətlə nəzər salmasından ruhlanaraq Amerika aborigenləri sayağı əlini ağzına qoyub "auuu..." deyə qışqırır. Əgər fürsət verilsə idi, L.Yunusova bir qədər də dərinə gedib, əlinə nizə alaraq, zalda "auuu..." deyə-deyə dövrə də vurardı. Amma görünür, bu situasiyaya hazırlaşmadığından L.Yunusova nəzərdə tutulan məzhəkəni qurmağa səy göstərmədi. Amma söz yox ki, növbəti xarici ermənipərəst qüvvələrin ayıracaqları qrant layihləri vasitəsilə L.Yunusova arzularını reallaşdıra biləcək.


LEYLA YUNUSOVANIN

AZƏRBAYCAN XALQINA VƏ DÖVLƏTİNƏ NİFRƏTİ HARDAN QAYNAQLANIR?


Sülh və Demokratiya İnstitutunun rəhbəri L.Yunusovanın ən radikal formada Azərbaycan dövləti və xalqı əleyhinə anti-təbliğat aparması çoxları üçün çoxsaylı suallar doğurur. Əgər doğrudan da, L.Yunusova azərbaycanlıdırsa, nədən ermənilərlə işbirliyinə gedir? Və ya L.Yunusovanın Azərbaycan xalqına və dövlətinə nifrətinin səbəbi nədir? Bəzən konkret fikir onunla izah olunur ki, L.Yunusovanın ata-babası Cəlal kişinin, əslində, Yerevanda yaşayarkən, bir erməni qadını ilə izdivacı olub. Məhz sonrakı nəsil törəməsindən L.Yunusova kimi bivec məxluqlar dünyaya gəlib. Bunun nə dərəcədə əsaslı olduğuna şübhələr olsa da, L.Yunusovanın Xankəndiyə səfəri zamanı qondarma qurumun rəhbəri Arkadi Qukasyanla fotosessiya təşkil etməsi insanda tərəddüdlər yaradır. Eyni zamanda, L.Yunusovanın hər fürsətdə Azərbaycan dövləti və xalqı ilə bağlı təhqiramiz ifadələr səsləndirməsi fonunda ermənilərin Azərbaycan torpaqlarını işğal etməsinə haqq qazandırması da onun soy-kökünün şübhəli məqamlar üzərində qurulduğunu deməyə əsas verir.


SÖKÜNTÜDƏN NARAZI QALMAQ XALQA VƏ DÖVLƏTƏ NİFRƏT BƏSLƏMƏYƏ ƏSAS VERMİR


Bu, bir faktdır ki, ölkəmizin inkişaf mərhələsində genişmiqyaslı quruculuq və abadlıq işləri əsas fəaliyyət yolu hesab olunur. Təbii ki, yolların genişləndirilməsində, park və xiyabanların salınmasında lazımsız tikililərin, obyektlərin sökülməsi tam qanunamüvafiq hesab olunur. Söz yox ki, kiminsə mülkiyyəti sökülürsə, qanunvericiliyə müvafiq olaraq da əvəzində kompensasiyalar ödənilir. Bu günə qədər Bakı şəhərinin müxtəlif yerlərində aparılan tikinti quruculuq işləri zamanı insanların evləri və ya obyektləri sökülüb. Bunun müqabilində isə onların mülkiyyət hüquqları tam şəkildə qorunub. Narazı qalanlar yalnız L.Yunusova kimi insanlardır ki, onların da razı salınması qeyri-mümkündür. Çünki ələ düşən fürsət müqabilində dövlət və xalq əleyhinə şər və böhtan səsləndirmək L.Yunusova kimilər üçün ən ali məqsəd hesab olunur. Əgər belə olmasa idi hazırkı Füzuli küçəsi (keçmiş Basin) ətrafındakı evlərin söküntüsü zamanı hər kəs razı salındığı halda, L.Yunusova qanuna müvafiq olaraq təklif olunan vəsaitdən imtina etmişdir. Çünki ermənipərəst xarici qüvvələrdən belə təlimat almışdır. Amma L.Yunusova və onun kimi düşünənlər başa düşmürlər ki, dünyanın əksər ölkələrində bu tip tədbirlər həyata keçirilir ki, bu da tam qanunauyğun hesab olunur. Nəzərə almaq lazımdır ki, müsəlman dünyasının ibadət mərkəzi olan Məkkənin genişləndirilməsi zamanı 30 minə yaxın ev sökülmüşdür. O zaman hər kəs bunu təbii qarşılamışdır. Çünki orada L.Yunusova kimi ermənipərəst qüvvələrdən asılı olan qüvvələr olmamışdır.


İ.ƏLİYEV


Digər xəbərlər