Siyasətdə əxlaq problemi antik Yunanıstan dövründən bu günə qədər öz aktuallığını qoruyub saxlayıb. Bu məsələ ilə bağlı aparılan diskussiyalar və elmi araşdırmalarda siyasətlə məşğul olan fərd və ya hansısa siyasi subyektin əxlaqi keyfiyyətlər çərçivəsində hərəkət etməsi əsas götürülüb.
Baxmayaraq ki, orta əsrlərdə Makiavelli, sonradan isə Bismark və Hitler "məqsəd vasitəyə haqq qazandırır" ideyasını əsas tutaraq, maraqlarını təmin etmək üçün istənilən yola baş vursalar da, dünya bu cür təcrübələri qəbul etmir. Çünki həm Bismarkın, həm də Hitlerin əsaslandığı ideya bəşəriyyətə iki dünya müharibəsi və 100 milyonlarla insanın ölümünü gətirib. Bu mənada, müasir dünyanın siyasət meydanında əxlaq prinsipləri gözlənilir, siyasi mübarizə metodu kimi cəmiyyətin mənəvi-əxlaqi və sivil dəyərləri ön sıraya çəkilir. Lakin bir sıra hallarda, xüsusilə də, müxalifətdə olan qüvvələr korporativ maraqların, ambisiyaların reallaşdırılması üçün qeyri-əxlaqi metodlara, hətta Vətənin, xalqın mənafelərinin satılmasına razılaşırlar. Bu da siyasətdə yeni anlayışı - siyasi əxlaqsızlığı ortaya çıxarır. Qeyri-əxlaqi siyasət aparan bu qüvvələrin qismində, təəssüflər olsun ki, Azərbaycandakı radikal müxalifətin nümayənləri çıxış edirlər. Onlar, nəinki xalqı və dövləti öz maraqlarına qurban verirlər, hətta geylərdən, beynəlxalq mədəni tədbirlərdən sui-istifadə edərək, məqsədlərinə çatmaq üçün vasitələrinə haqq qazandırırlar. Təbii ki, söylədiyimiz fikirlər də tutarlı faktlara əsaslanır.
İsa Qəmbər müstəqillik tariximizin bütün illərində xəyanət yolunu tutub
Haqqında danışdığımız radikal müxalifətin nümayəndələrindən biri Müsavat partiyasının başqanlıq kreslosundan iki əlli yapışmış İsa Qəmbərdir. O, hələ Azərbaycan müstəqilliyini yenicə elan etdikdən qısa müddət sonra xarici ölkələrin kəşfiyyat orqanlarının köməyilə şəxsi maraqlarını reallaşdırmağa çalışıb. Qeyd etmək lazımdır ki, 1992-ci ildə AXC-Müsavat cütlüyü birgə məlum ölkələrin xüsusi xidmət orqanlarının dəstəyilə qanlı çevriliş edib və hakimiyyətə gəlib. Hakimiyyəti qəsb etdikdən sonra 1 il müddətində ölkəni qan çanağına çevirmiş İsa Qəmbər kimilər məqsədlərinə nail olmaq üçün bir daha bismarkçı, hitlerçi yolunu getdiklərini nümayiş etdiriblər.
İsa Qəmbər Ali Sovetin sədri kimi 1992-ci ilin may ayından başlayaraq, ölkənin talanmasında, torpaqlarımızın işğal edilməsinə şərait yaradılmasında birbaşa iştirakçı olub. Rüşvəti, korrupsiyanı, siyasi cinayətkarlığı, rəqiblərini fiziki baxımdan məhv etmək metodunu siyasi fəaliyyət normasına çevirən İsa Qəmbərov dövlətin və xalqın maraqlarını ayaqlar altına ataraq, yalnız sığındığı ölkələrin mənafeləri üçün çalışıb.
İsa Qəmbər S.Hüseynovdan qorunmaq üçün Rusiya kəşfiyyatından kömək istəyib
İsa Qəmbərin xarici kəşfiyyat orqanları ilə sıx işbirliyində olmasını təsdiqləyən faktlar da mövcuddur. Xatırladaq ki, hələ 1993-cü ilin iyun qiyamında İsa Qəmbərov konkret olaraq, xidmət etdiyi mənbəni ifşa etdi. S.Hüseynov ordusu ilə Bakıya tərəf istiqamət götürərkən, İsa Qəmbəri və onun ətrafındakıları asacağı ilə hədələdiyindən, ikinci canını qorumaq üçün himayədarına yalvardı. Belə ki, həmin vaxt "Dayaq" Azərbaycan Cəmiyyətinin sədrinin vasitəçiliyi ilə Rusiya kəşfiyyat orqanının rəhbəri Anatoli Stepanovla İsa Qəmbərin nümayəndəsinin görüşü təşkil olundu. Həmin görüşdə Anatoli Stepanova deyildi ki, "Surət Hüseynov Bakıya gəlir və İsa Qəmbəri öldürəcək. Ona görə də, öz adamınızın həyatını qurtarın". Rusiyalı general-polkovnikdən xahiş ediblər ki, Surət Hüseynovdan İsa Qəmbəri öldürməməklə bağlı zəmanət alsın. Göründüyü kimi, İsa Qəmbər həyatı üçün təhlükə yarandığı bir vaxtda Azərbaycanı kimlərin göstərişi ilə uçuruma apardığı faş edilib.
Müsavat başqanı indi də Almaniya və İsveç səfirlərindən kömək istəyir...
Xalqına və dövlətinə xəyanət etməyə öyrəşmiş İsa Qəmbər indi də Almaniya, İran və İsveç səfirlərindən hakimiyyət dilənir. Bunun üçün həmin ölkələrin təşkil etdikləri istənilən tədbirlərdə stol kənarında əyləşən İsa Qəmbər səfirlərdən Azərbaycan hakimiyyətinə təzyiq etməyi, ona qrant ayırmalarını və dövlət başına gətirilməsini xahiş edir. Elə İsa Qəmbərin Almaniyada görüşlər keçirməsi, ermənilərlə və Azərbaycanın düşməni olan bütün qüvvələrlə sövdələşmə əldə etməsi bütün bunlara əyani sübutdur.
Gey-parad arzuları ilə molla rejiminə əl uzadan Əli Kərimli...
Dövlətinə və xalqına xəyanət edən, maraqlarını reallaşdırmaq üçün əl atdığı vasitələrə haqq qazandırmağa çalışan, əxlaqi keyfiyyətlərdən uzaq olan siyasi dələduzlardan biri də Əli Kərimlidir. O, Azərbaycanın, "Eurovision" yarışmasına ev sahibliyi şansını əldə etdikdən sonra, bir sıra xarici qərəzli dairələrlə iş birliyinə girdi və dövlətə qarşı bütün çirkin kampaniyalarda yer aldı. Hazırda da Əli Kərimli bütün vasitələrdən istifadə edərək, Almaniyanın, İsveçin, hətta İranın dəstəyindən yararlanmaqla, "hakimiyyət piroqu" yemək istəyir. Belə ki, Almaniyanın qərəzli KİV-lərində çıxışlar edən, bu ölkənin anti-Azərbaycan fondlarından qrantlar alan Əli Kərimli almanların marionetkası kimi hakimiyyətə gəlmək sevdasını ortaya qoyurdu. Lakin Azərbaycan xalqının almanlarla Əli Kərimli xəyanətkar planlarından xəbər tutduqdan sonra AXCP sədri İsveç səfirliyinə pənah aparıb. Ötən gün İsveç səfirinin təşkil etdiyi ziyafətdə bu ölkənin "Eurovision" təmsilçisindən də yardım dilənən Əli Kərimlinin bu cəhdi də boşa çıxdı. Mahnı müsabiqəsində İsveçi təmsil edən Lorin Əli Kərimliyə hər kəsin gözü qarşısında demokratiya dərsi keçib. Məlumat üçün bildirək ki, Əli Kərimlinin yanında Müsavat başqanı İsa Qəmbər də olub.
Bütün cəhdlərin boşa çıxdığını və "Eurovision"un yüksək səviyyədə təşkil olunduğunu görən Əli Kərimli sonuncu şans kimi İran mollalarına əl uzadıb. İrandakı anti-Azərbaycan mitinqlərini dəstəkləyən bəyənatlarla çıxış edən Əli Kərimli elə İrandakı bəzi dairələrin dəstəyilə Bakıda gey-parad keçirmək niyyətini açıqlayıb. Elə Əli Kərimlinin avropalı geylərdən məktub alması da göstərir ki, AXCP sədri İran mollaları ilə birgə gey-parad arzularını reallaşdırmaq istəyir.
Bismarkın və Hitlerin davamçıları olan Əli Kərimli və İsa Qəmbər siyasi əxlaqdankənar keyfiyyətlərini göstərir
Beləliklə də, aydın olur ki, həm Əli Kərimli, həm də İsa Qəmbər xəyanətkar məqsədinə nail olmaq üçün bütün vasitələrə əl atır. Onlar üçün xalqın milli dəyərləri, maraqları və mənafeləri, həmçinin, dövlətçiliyi heç bir məna kəsb etmir. Elə 1992-ci ildə olduğu kimi, indi də hakimiyyətə gəlmək üçün Azərbaycanın bütün düşmənlərilə birgə hərəkət edir və çirkin planların bir hissəsinə çevrilirlər. Əli Kərimli, İsa Qəmbər 1992-ci ildə silahla və qanla hakimiyyətə gəldilər, eyni vəziyyətdə də hakimiyyətdən getdilər. Eyni aqibəti elə Bismark da, Hitler də yaşayıblar. Əgər Əli Kərimli ilə İsa Qəmbər tarixdə milyonlarla insanın qanını axıtmış fərdlər kimi qalmaq isəyirsə, əməllərinə davam edəcək. Əlbəttə ki, burada nə Əli Kərimlidən, nə də İsa Qəmbərdən etik və əxlaqi addım gözləmək olar. Çünki onlar sonuncu addımları ilə bu əxlaqdan və etikadan uzaq olduqlarını nümayş etdiriblər.
"Səs" Analitik qrupu