AXCP (i) sədri Əli Kərimovun "siyasi planları" ifşa olunduqca, siyasi dairələr tərəfindən onun barəsindəki açıqlamalar da maraq doğurmaqdadır. Belə ki, "cəbhə" sədrinin seksual azlıq nümayəndəsi olmasını təsdiq edən sensasion araşdırmamızdan sonra, bir çox tanınmış siyasilər onun milli-mənəvi dəyərlərimizə zidd olan hərəkətləri ilə siyasi dividendlər əldə etməyə cəhd göstərdiyini vurğulayıblar. Eyni zamanda, bəlli olub ki, Ə.Kərimovun mənəviyyatsızlıq üzərində oynadığı oyun arxasına Azərbaycana qarşı xüsusi düşmənçiliyi ilə seçilən terrorçu erməni və şovinist fars siyasi dairələri dayanıb. Bu amil həm də onu deməyə əsas verir ki, zamanıda özünə lider seçdiyi mərhum Elçibəyə qarşı çıxan, ona qarşı təhqiramiz ifadlər işlədən Ə.Kərimovun hazırkı liderləri də dəyişib. Bəs kimdir "cəbhə" sədrinin özünə lider seçdiyi qüvvələr?
"Onun lideri Əbülfəz Elçibəy deyil, İran dini lideri Xamneyi və Ermənistan prezidenti Sarkisyandır"
Məsələ ilə bağlı açıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının fikrincə, yaxın günlərdə İranın panfarsist rejiminin anti-Azərbaycan meyilli bəyanatı səsləndikdən sonra, həmin "siyasi kursu" dəstəkləyən Ə.Kərimovun lider seçimi artıq bəllidir: " Əli Kərimli bu cür bəyanat verməklə təsdiq etdi ki, onun lideri Əbülfəz Elçibəy deyil, İran dini lideri Xamneyidır. Əbülfəz Elçibəy sağ olsaydı, Əli Kərimlini dərhal partiyadan qovardı. O, bir daha sübut etdi ki, onun üçün milli maraq anlayışı yoxdur".
BAXCP sədrinin müavini AXCP (i) sədri Ə.Kərimovun "İctimai Palata"nın yığıncağındakı məlum çıxışına münasibət bildirərkən, onu da söyləyib ki, "cəbhə" sədri İranın son günlərdə Azərbaycanala bağlı sərgilədiyi siyasətə etiraz olaraq keçirilən aksiyalarda dini lider Xameneyinin şəkillərinin yandırılmasının ona qarşı təhqir olduğunu deyib. O bildirib ki, Xamneyi milyonlarla insanın lideridir və ona qarşı bu cür hərəkət yanlışdır. N. Orduxanlı isə düşünür ki, Ə. Kərimov bu açıqlama ilə İranla Azərbaycan arasındakı vəziyyəti daha da gərginləşdirmək istəyir: "Açıq şəkildə molla rejiminə yarınmaq istəyir. Düşünür ki, indiki vəziyyətdə İrandan dəstək almaqla nəyəsə nail ola bilər. Hər gün İran dövlət televiziyasında Azərbaycan və onun rəhbərliyinə qarşı açıq formada informasiyalar verilir. Niyə İran bunun qarşısını almır? Niyə bu haqda "İctimai Palata" etiraz etmir? Söhbət Azərbaycanın milli maraqlarından gedir. Bu gün Azərbaycanda "Eurovision" Mahnı Müsabiqəsinin uğurla başa çatmasına görə, Ermənistan və İrandan çox, Əli Kərimli narahatdır. Onun Azərbaycana qarşı planları Sarkisiyan və Xamneyinin planları ilə üst-üstə düşür".
Q. ZƏNGİBASARLI